Quranda qiyamət əlamətləri »
Quranın 54. surəsinin adı olan "Qəmər"in azəricə mənası "Ay" deməkdir. Bu surənin böyük hissəsində özlərinə göndərilən peyğəmbərlərin "xəbərdarlıqlarını yalanlayan" Nuh, Ad, Səmud və Lut xalqının, Firon və ətrafındakı insanların başlarına gələn fəlakətlərdən bəhs edilir. Eyni zamanda, birinci ayədə qiyamət vaxtı ilə əlaqədar çox əhəmiyyətli bir məlumat verilir:

Saat (qiyamət saatı) yaxınlaşdı və Ay bölündü. (Qəmər surəsi, 1)

Ayədə istifadə edilən "yarmaq" felinin ərəbcə qarşılığı "şakka"dır. Bu sözün ərəbcə fərqli mənaları var. Bəzi Quran təfsirlərində "ikiyə yarılmaq" mənasına rast gəlinir. Bununla yanaşı, "şakka" sözü ərəbcə  “torpağı qazma" mənalarında istifadə edilir.

İkinci mənasına nümunə olaraq Əbəsə Surəsinin 26. ayəsində keçən “şakka” sözünü verə bilərik:

Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb. orada taxıl yetişdiririk. (Habelə) üzüm və yonca, zeytun və xurma (ağacları), (Əbəsə surəsi, 25-29)

Açıqca görüldüyü kimi, bu ayədəki "şakka" ifadəsi "yerin ikiyə yarılması" mənasında deyil, "müxtəlif bitkilərin yetişməsi üçün torpağın sürtülərək yarılması" mənasında istifadə edilmişdir.

Məhz bu məqamda,1969-cu ilə geri döndüyümüzdə Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. Qəmər surəsində, on dörd əsr əvvəl xəbər verilən ayə 20 İyul 1969-da Ay səthində aparılan müşahidələrlə baş vermişdir. Amerikalı astronavtların Aya ayaq basaraq Ay torpağı üzərində elmi araşdırmalar aparmaları, daş və torpaq nümunələri toplamaları ayın yarılması ayəsindəki ifadələrə tam olaraq uyğun gəlir.

Ayın kəşfi, "Bir insan üçün kiçik bir addım, insanlıq üçün böyük bir irəliləyiş" oldu. Bu tarixi səyahət kosmos araşdırmalarında dönüş nöqtəsidir; kameralar vasitəsilə sənədləşdirilmiş və o tarixdən bu yana yaşayan insanların seyr etdikləri bir hadisə olmuşdur. Qəmər surəsinin ilk ayəsində bildirildiyi kimi, bu böyük hadisə eyni zamanda bir qiyamət əlamətidir; dünyanın qiyamətdən əvvəl son zamanda yaşanıldığının bir göstəricisidir. (Ən doğrusunu Allah bilir.)

Son olaraq bunu da ifadə edək ki, haqqında danışılan əlaməti xəbər verən ayələrin davamında çox əhəmiyyətli bir xəbərdarlıq vardır. Bu ayələrdə, Allah qatından gələn işarələrin insanları qəflət və səhvlərindən uzaqlaşdıracaq böyük fürsətlər olduğu, bu xəbərdarlıqları gördükləri halda yalanlayanların "görülməmiş" bir gün kimi tanıdılan qiyamət günü dirildildiklərində peşman olacaqları xatırladılır:

O Saat yaxınlaşdı və ay bölündü.

Onlar bir möcüzə gördükdə üz döndərib: “(Bu,) tez keçib-gedən bir sehrdir” deyirlər.

Onlar (Peyğəmbəri) yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.

Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!

Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər. (Qəmər surəsi, 1-8)

İzlənmə sayı: 1183