Axırzaman və Hz. Mehdi (ə.s.) əlamətləri »

1. Bədiüzzaman, hz. Mehdinin (ə.s) hicri 1400-cü illərdə  fəaliyyət göstərəcəyini: "GƏLƏCƏK-İ DÜNYƏVİYƏDƏ (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ…" ifadəsi ilə bildirilir. (Sözlər, s. 318)1

2. Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bir hədisdə "İnsanlar 1400-cü ildə hz. Mehdinin (ə.s) yanında toplanacaqlar." ifadəsi ilə hz. Mehdinin (ə.s) hicri 1400-cü ildə zühur edəcəyi xəbər verilmişdir. (Risalətül Huruc-ül Mehdi, s. 108)2

3. Bədiüzzaman hz. Mehdinin (ə.s) "ÖZÜNDƏN BİR ƏSR SONRA" gələcəyini "…BUNDAN BİR ƏSR SONRA ZÜLUMATI DAĞIDACAQ ŞƏXSLƏR İSƏ HƏZRƏT-İ MEHDİNİN (Ə.S) ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR" ifadəsi ilə xəbər vermişdir. (Şüalar, s. 605)3

4. Bədiüzzaman hz. Mehdinin (ə.s) gözlənildiyini və özündən bir əsr sonra gələcək bir şəxs olduğunu "…HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS…" ifadəsi ilə bildirmişdir. (Kastamonu Lahikası, s. 57)4

 

5.  Hər 100 ildə bir Allahın bir mücəddid, yəni dini canlandırıb yeniləyən birini göndərməsi və hicri 1400-cü ilin mücəddidinin hz. Mehdi (ə.s) olduğu Sünən-i Əbu Davudda "Həqiqətən Əziz və Cəlil olan Allah HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər." (Sünen-I Əbu Davud, 5/100) ifadəsi ilə, məktubat-i Rəbbanidə "HƏR YÜZ İLİN ƏVVƏLİNDƏ bu ümmətin üləması arasından BİR MÜCƏDDİD GƏLƏCƏK və şəriəti canlandıracaq." (Məktubat-ı Rəbbani, 1/520) ifadəsi ilə, ustad Səid Nursinin Barla Lahikasında ""HƏR YÜZ İLDƏ BİR CƏNAB-İ HAQQ BİR MÜCƏDDİD-İ DİN (DİNİ YENİLƏYƏN) GÖNDƏRİR..."  (Barla Lahikası, s. 119) ifadəsi ilə açıq ifadə olunmuşdur. 5
 6.  Böyük İslam alimi İmam Rəbbani hz. Mehdinin (ə.s) Peyğəmbərimizdən (s.ə.v) 1000 il keçdikdən sonra hicri 2000 içində gələcəyini; "Quran hökmlərinin qüvvətləndirilməsi, milləti yeniləməsi bu İKİNCİ MİNDƏDİR. … Hz. İsanın (ə.s) HZ. MEHDİNİN (Ə.S) BU MİN İÇİNDƏ YAŞAMALARIDIR." (Məktubat-ı Rəbbani, c. 1, s. 611), və "… ARADAN MİN İL KEÇDİKDƏN SONRA HZ. MEHDİNİN (Ə.S) GƏLİŞİ DƏ BUNUN ÜÇÜNDÜR…" (Məktubat-ı Rəbbani, c. 1, s. 440)6 şərhləri ilə ifadə etmişdir.

Ustad hicri 1327-ci ildə Şamda Əməvi Məscidində verdiyi xütbəsində isə "YETMİŞ BİRDƏ FƏCR-İ SADİQ (dan yerinin ağarması, Günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı) BAŞLADI və ya başlayacaq. Əgər bu, fəcr-i kazib (səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq) da olsa, OTUZ-QIRX İL SONRA FƏCR-İ SADİQ  (fəcr-i kazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma) ÇIXACAQ." (Xütbə-i Şamıya, s. 23)7 ifadəsi ilə hicri 1400-cü ilə işarə etmiş və Fəcr-i Sadiqin çıxacağı tarixi vermişdir.
Bədiüzzamana görə fəcr-i sadiqin çıxacağı illər:

1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991

Bədiüzzamanın bu izahına görə, Haqqın qarşısında batili təmsil edən düşüncə olan ateizmin və materialist fəlsəfənin dağılmağa başladığı 1981-1991-ci illərdə, fikirlə tam mənası ilə susdurulub dağılmasının isə 2001-ci ildə olacağına işarə etmişdir.

İzlənmə sayı: 949