Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

Hədislərdə Mehdinin çıxışı

• əl-Əyyaşi öz sənədiylə Əli b. Hüseyndən (İmam Zeynəlabdin) Rəsullullahın (S.Ə.V.) belə buyurduğunu rəvayət edir:

Əgər dünyanın ömrünün (sona çatmasına) yalnız bir gün qalmış olsa, Allah bu günü ailəmdən adı mənim adımla eyni olan bir adamın zühur edib zülm və haqsızlıqla dolmuş olan dünyanı ədalətlə dolduracağı qədər uzadacaq.

• Əbu Bəsir İmam Cəfər Sadiqdən rəvayət edir:

".. (Allah-u Təalanın "Ta ki özlərinə vəd ediləni görənə qədər" buyruğuna gəlincə; O Qaimin qiyamıdır, o da saatdır" buyurdu.

Saat yaxınlaşdı... (Qəmər surəsi, 1)

• Əbu b. İbrahim Qummu rəvayət edir:

"Allah’ın: "O zaman yaxınlaşdı" buyruğu haqqında soruşuldu. İmam; Qaimin zühurudur, buyurdu."

• Hazzaz Kumni: Ammar b. Yasir rəvayəti: Rəsulullah (S) Burakın hüzuruna getdikdə ərz etdim ki: "Əli, Allah üçün (yolunda) haqqıyla cihad etmişdir." (Əfəndimiz) buyurdu: "...Onun bir qeybi olar, xalqın bir qismi ondan imtina edərkən, digər bir qismi sabit qalar. Axırzamanda ortaya çıxar, dünyanı ədalət və həkkaniyətlə doldurar, (Quranın) təvili haqqında mübarizə aparar; mənim tənzili uğrunda mübarizə apardığım kimi, adı mənim adımdır və insanlar içində mənə ən çox bənzəyəndir..."

• Tabərsi: Alkəmə b. Muhəmməd əl - Həzzəmi rəvayəti, İmam Muhəmməd Bəkir buyurur: Rəsulullah (S) həcc etdi və dönərkən Qədir-Xumda (xalqa xitab olaraq) əvvəl Allah’a həmd etdi və sonra buyurdu ki:

"Ey insanlar! İnanın Allah’a, elçisinə və... onunla endirilən nura... Biz bəzi üzləri silib arxalarına çevirmədən... Ey insanlar! Allah (Əzzə və Cəllənin) nuru mənə yerləşdirilmişdir, sonra Əliyə, sonra ondan Qaimə qədərki nəsilə. O (Mehdi) ki, Allah’ın haqqını alar və bizə aid olan bütün haqqları (alar)... Bilin ki, bizdən olan son İmam Mehdi Qaimdir. Onunla olmayan Haqq ilə olmaz və onun yanında olmayan nur olmaz."

Mehdinin gəldiyi dövr

• İslam Peyğəmbəri (S.Ə.V.):

"Nə vaxt, ədalətsiz hakimlərin əliylə zülm və haqsızlıq, hiylə və fırıldaqçılıq bütün insanları əzməyə başlayarsa, mənim təmiz ailəmdən, mənim ad və nişanımı daşıyan Səmavi bir qurtarıcı qiyam edəcək və hüzur hər yerə yayılacaq."

Amirə bint-i Nufeyl deyir ki: İmam Hüseyn əleyhissalamın belə buyurduğunu eşitdim: "Sizlər bir-birinizdən bəri (uzaq) olduğunuzu söyləmədikcə, bir-birinizin üzünə tüpürmədikcə, bir-birinizi təkfir etmədikcə və bir-birinizə lənətləmədikcə gözlədiyiniz (hz. Mehdinin zühuru) baş verməyəcək. Ərz etdim ki: Elə isə o zamanda heç bir xeyir yoxdur. Buyurdu ki: "Xeyirin hamısı o zamandadır. Qaimimiz qiyam edəcək və bunların hamısını aradan qaldıracaq."

Süleyman ibn Bilal deyir ki: İmam Cəfər-i Sadiq əleyhissalam atasından, o da babasından nəql edir ki, hz. Hüseyin əleyhissalam belə buyurdu: Bir gün bir nəfər Əmirəlmöminin Əli əleyhissalamın yanına gələrək: "Ey Əmirəlmöminin! Bizə bu Mehdinizdən bəhs edərsənmi? - deyə ərz edincə belə buyurdu: "Getməsi lazım olanlar gedib də möminlər azaldıqda və fitnəçilər getdikdə məhz orada (yəni uzaq bir yerdə zühur edəcək).

Konstantiniyyədə Məsihlə birlikdə olması

• MəcmaÜl-Bəhreyn və Matlaün-Nəyyirəyn, Yaz: Fəxrəddin ət-Türeyhi (-1085 H. /1674 M.)

Mehdi Allah’ın haqq yola çatdırdığı kimsədir. Mehdi Peyğəmbərin son zamanda gələcəyini müjdələdiyi, öz ailəsindən olan kimsənin adıdır. Yer üzünü ədalət və bərabərliklə dolduracaq; zülm və haqsızlıqla dolmuş ikən. O Konstantiniyyədə Məsih ilə birlikdə olacaq. Ərəb və ərəb olmayan hər kəsə hökm edəcək, Dəccalı öldürəcək.

...Onlar üçün dünyada bir alçaldılma (rüsvaylıq), axirətdə böyük bir əzab vardır. (Bəqərə surəsi, 114)

• Məhəmməd b. Carir Tabəri: Əsbat, Süddidən "Onlar üçün dünyada rüsvayçılıq var" buyruğuna dair:

"Dünyada rüsvay olmaları budur ki: Mehdi qiyam edib Konstantiniyyəni fəth edincə..."

Hz. İsa Mehdinin arxasında namaz qılacaq

• İbni Ərəbi, Məhəmməd b. Əli ət-Tani: (-638H.1241 M.) Nəzəri mədəniyyətin atası sayılan bu şəxs yuxarıdakı ayənin təfsirini edərkən əvvəlki rəvayət qaynaqlarına və cümlələrə yer verdikdən sonra bu şərhi əlavə edir:

"(İsanın) Beytül müqəddəsə girişi və müşahidə yerinə çatması, qütb mövqesindən ayrıdır. Namazı gecikdirən İmam isə Mehdidir. Zamanın qütbü olduğu halda namazı gecikdirməsinin səbəbi; vəlayət sahibinin peyğəmbərlik sahibinə qarşı hörmət göstərməsidir. İsanın onu önə keçirməsinin səbəbi isə, İmamın zamanın qütbü olduğunu bilməsidir. Muhəmməd (Ə.S.) dini üzərinə onun arxasında namaz qılması isə; ona iktida edərək zahirən və batinən bolluq əldə etmək istədiyindəndir. Allah daha yaxşı bilər."

Mehdi olaraq adlandırılmasının səbəbi

• Cabir b. Yezid əl-Cofi, İmam Məhəmməd Bəkirdən rəvayət edir:

... Mehdinin Mehdi deyə adlandırılmasının səbəbi budur ki; gizli bir işə doğru istiqamətləndiriləcək, Tövrat və digər Səmavi kitabları Antakyada bir mağaradan çıxardacaq və yəhudilər arasında Tövratla, Xristianlar arasında İncillə hökm edəcək.

• Harun b. Məruf; Zamra b. Rəbiadan, Abdullah b. Şəvzəbdən rəvayət edir:

Şübhəsiz ki, Mehdi Mehdi deyə adlandırılmışdır. Çünki O, Şam dağlarından bir dağa doğru hidayət olunar (istiqamətləndirilər) "Tövrat" kitablarını oradan çıxardar və onlara əsaslanaraq Yəhudilərlə müzakirə edər və (nəticədə) bir qrup Yəhudi Onun əliylə Müsəlman olar.

• Məhəmməd b. Əli əs-Süləmi, İmam Muhəmməd Bəkirdən rəvayət edir:

Mehdinin Mehdi deyə adlandırılmasının səbəbi budur ki; gizli bir işə doğru istiqamətləndiriləcək, xalqın könlündə olan şeylərə doğru hidayət olacaq... Tövratı Antakyada bir mağaradan çıxardaraq...

• Mamar b Hişam, Matarül- Vərrakdan, Kabül- Əxbardan rəvayət edir:

O Mehdi deyə adlandırılmışdır, çünki; O gizli bir işə hidayət edilər (gizli bir işə vəzifələndirilər), Tövrat və İncili Antakya deyilən bir yerdən çıxardar...

Cabir ibn Abdullahı Ənsari deyər ki:

Hər kim ona itaət etsə Allah’a itaət etmiş, hər kim də ona qarşı çıxarsa Allah’a qarşı çıxmış olar. O gizli bir əmrə doğru hidayət edəcəyi üçün onun adı Mehdidir. Tövratı və Allah əzzə və cəllənin sair kitablarını Antakyadakı bir mağaradan çıxaracaq, Tövrat əhli olanlar arasında Tövrat ilə, İncil əhli olanlar arasında İncil ilə, Zəbur əhli olanlar arasında Zəburla, Quran əhli olanlar arasında isə Quran ilə hökm edəcək.

Mehdinin digər adları

• Ömər b. Zahir rəvayət edir:

"Biri İmam Cəfər Sadiqə; "Qaimə, Əmirəl-möminin deyə salam göndərə bilərikmi?" - deyə soruşdu. İmam buyurdu; "Xeyr Allah-u Təala bu ləqəbi yalnız hz. Əliyə vermiş, ondan əvvəl və sonra kimsə bu ləqəblə xatırlana bilməz." Adam soruşdu: "Yaxşı onu necə salamlayım?" Həzrətləri: "Salam olsun sənə, ey Bakiyətullah, - deyərək" - buyurdu.

Həyatını gizli davam etdirməsi

• Sakr b. Əbi Dəlf rəvayət edir, eşitdim İmam Muhəmməd Tağı buyururdu:

Soruşdum: Ey Allah’ın Rəsulunun nəvəsi, nə üçün Qaim adını almışdır?

Buyurdu: Çünki o, unudulmuş olduğu və imamlığı qəbul edənlərin çoxu ona arxa çevirdikləri bir anda qiyam edəcək.

Soruşdum: Onun "müntəzər" (gözlənilən) deyə adlandırılmasının səbəbi nədir?

Buyurdu: Çünki o, həyatını gizli davam etdirəcək, bu çox uzun sürəcək, gəlişi çox uzanacaq. İxlaslı kəslər ortaya çıxışını gözləyəcəklər...

Görmürsünüzmü ki, şübhəsiz Allah göylərdə və yerdə olanları ixtiyarınıza vermiş, açıq və gizli sizin üzərinizdəki nemətlərini genişlədib-tamamlamışdır... (Loğman surəsi, 20)

• Şeyx Sadiq: Məhəmməd b. Ziyad əl- Azdi rəvayəti, Allah-u Təalanın bu: "... və sizə zahir və batin nemətlərini bol-bol verdi" buyruğu haqqında İmam Musa Kazımdan soruşdum, buyurdu:

"Zahir (açıq) nemət: Zahir (görünən, açıq) İmamdır. "İmamlar içində qaib olan vardırmı?" dedim. Buyurdu: "Bəli özü insanların gözündən qaib olar, (lakin) zahiri möminlərin ürəyindən qaib olmaz... Allah onunla bütün çətinlikləri asanlaşdırar, bütün sərtlikləri yumşaldar. Onunla yerin xəzinələrini ortaya çıxardar, onunla bütün uzaqlıqları yaxınlaşdırar, inadçı bütün zalımları onunla ortadan qaldırar, bütün pis şeytanları onun əliylə yox edər... Ortaya çıxıb zülm və haqsızlıqla dolan dünyaya ədalət və hakkaniyyəti hakim edənə qədər."

İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır. (Rəd surəsi, 29)

• Şeyx Sadiq: Əbu Bəsir rəvayəti, İmam Cəfər Sadiq buyurdu:

""Bizdən olan Qaimin qeyb dövründə bizim işimizdən yapışan necə xoşbəxtdir, (belə birinin) ürəyi hidayətə çatdıqdan sonra sapmaz.... Allah’ın buyruğu "xoşbəxtlik və gözəl gələcək" buna işarədir".

• Şeyx Sadiq: Buna bənzər bir xəbəri eyni İmamdan, eyni ravi ilə lakin başqa bir sənədlə belə qeyd edir: (sf. 401)

"İmam buyurdu: Yaxşı bir şey soruşdun, ey Ümmü Hani; bu zamanın sonunda ortaya çıxacaq biridir, o bu Əhl-i Beytdən olan Mehdidir. Onun bir qeyb (dövrü) olar. O dövrdə bəziləri havalanar, bəziləri hidayət tapar. Sən əgər onu görsən çox xoşbəxt olarsan və onu görənlər necə xoşbəxtdirlər ...

Hz. Əli əleyhissalam daha sonra Rəbbinə and içərək belə buyurur: "Əlinin Rəbbinə and olsun ki, hüccət (hz. Mehdi) ayaqda olacaq, dünyanın yollarında yeriyəcək, evlərə və saraylara girəcək, bu yerin şərqində və qərbində gəzəcək, sözləri eşidəcək, camaata salam verəcək, görəcək, amma görünməyəcək."

Bu hədisin doğruluğunun bir dəlili isə bundan əvvəl nəql etdiyimiz bu hədisdir: Şübhəsiz yer üzündə Allah’ın hüccəti mütləq vardır. Amma xalqın zülmü, cəfası və nəfsləri üçün etdikləri israfları səbəbiylə Allah onu xalqın gözlərindən uzaqlaşdırar." Sonra hz. Mehdi əleyhissalam hz. Yusufa bənzədilir və onun xalqı gördüyünü, amma xalqın onu görə bilmədiyini və hz. Əlinin də buyurduğu kimi göydən nida olunana qədər onun görülməyəcəyi qətidir.

Şübhəsiz Mehdi Əlinin övladıdır. Onun qeybi, eynilə Yusufun qeybi kimidir və onun dönüşü eynilə İsa ibn Məryəmin dönüşü kimidir. Qeybindən sonra qırmızı ulduzun doğuşu ilə birlikdə zühur edəcək. Zəvra məhv olacaq və o, Rəydir (Bugünki Təhranın cənub-qərbi).

Abdullah ibn Ata deyir ki: İmam Əbu Cəfər-i Bəkir əleyhissalama belə ərz etdim: Bizə Qaim əleyhissalamdan xəbər ver. Buyurdu ki: "Vallah o mən deyiləm və sizlərin ümid etdiyiniz də deyil. Onun dünyaya gəlişi aydın olmayacaq. Dedim ki: Hansı yolu izləyəcək. Buyurdu ki: Rəsulullahın yolunu izləyəcək; Əvvəlki şeyləri ləğv edib yeni şeylərlə gələcək."

 

MEHDİ ONDAN ÜMİD KƏSİLDİYİ ANDA ZÜHUR EDƏCƏK

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir”– deyirdilər. (Əhzab surəsi, 12)

Allah Quranda ürəklərində xəstəlik olan şəxslərin "Allah və Elçisi, bizə boş bir aldanışdan başqa bir şey vəd etmədi" deyəcəklərini bildirmişdir. Bu ayə işari mənada hz. İsa və hz. Mehdinin gəlişindən ümid kəsən şəxslərin vəziyyətinə də işarə edir. Çünki bu şəxslər Peyğəmbərimizin (s.ə.v.) hədisləriylə xəbər verdiyi "hz. İsa və hz. Mehdinin gəlişini inkar edib"  Peyğəmbərimizin (s.ə.v.) də bu mövzudakı sözlərinin sözdə "əsassız olduğunu" qarşıya qoyurlar. Hal-hazırda da, bir çox yerdə hz. İsa və hz. Mehdinin gəlməyəcəyi ilə bağlı yazılar çıxır, daha da əhəmiyyətlisi İslam alimi olaraq bilinən kimi şəxslər bu yöndə fikir bəyan edirlər.

Halbuki, bu insanların bu şəkildə "hz. İsa və hz. Mehdinin gəlişinin gerçək olmadığına" və "boş bir vəd" olduğuna inanmaları da Peyğəmbərimizin (s.ə.v.) reallaşacağını vəd etdiyi hadisələrdən biridir. Çünki Peyğəmbərimizin (s.ə.v.) hədislərində hz. İsa və hz. Mehdinin gəlişlərinin yaxınlaşdığını göstərən axırzaman əlamətlərindən birinin "hz. Mehdi gəlməyəcəkmiş, hz. Mehdi yoxmuş" sözlərinin yayılması olduğu bildirilmişdir. Bu mövzudakı hədislərdən bəziləri belədir:

"İnsanların ümidsiz olduğu və "HEÇ MEHDİ FİLAN YOXMUŞ" dediyi bir anda Allah Mehdini göndərər..." 1

"... Mehdi Rəsulullahın bayrağı ilə insanların başlarına bəla üzərinə bəla yağdığı və ÇIXIŞINDAN ÜMİD KƏSİLDİYİ BİR ANDA GƏLƏR..." 2

... Onun (Mehdinin) zühuru ümidsizlik və yeis əsnasındadır. 3

Xalq tam zühurdan ümidini kəsdiyi anda O (Mehdi) zühur edəcək! Onun zamanında yaşayıb ona kömək edənlər necə xoşbəxtdirlər! Ona düşmənçilik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara və onun düşmənlərindən olanlara eyvahlar olsun! 4

Davud ibn Kəsir-i Rıkki deyir ki: İmam Əbu Abdullah əleyhissalama belə ərz etdim: ... Bu əmr (yəni qiyam) (Mehdi) çox uzandı, belə ki, ürəklərimiz daraldı və dərin hüzndən dolayı ölürük. Buyurdu ki: "Bu zühur daha ümidsiz və hüznün daha çox olduğu bir zamanda baş verəcək. 5

Axırzaman əlamətlərinin bir-birinin ardınca reallaşdığı bu dövr hz. İsanın ikinci dəfə yer üzünə gəlişinin və hz. Mehdinin ortaya çıxışının çox yaxınlaşdığını göstərir. Allah’ın izniylə bu iki mübarək şəxs, tam olaraq Peyğəmbərimizin (s.ə.v.) hədislərində ifadə olunduğu şəkildə zühur edəcək və bütün yer üzündə İslam əxlaqını hakim edəcəklər.

1 Əli İbn Hüsaməddin əl-Müttəqi, Kitab-ül Bürhan fi-Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 55
2 Əli İbn Hüsaməddin əl-Müttəqi, Kitab-ül Bürhan fi-Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 55
3 (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani, s. 274)
4 (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani, s. 301)
5 (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani, s. 208)

 

Qəfil zühur etməsi

• Əhməd b. Məhəmməd İmam Həsən Müctəbanın belə buyurduğunu rəvayət edir.

"Babam Rəsullullahdan soruşdum: Biz Əhl-i Beytdən Qaim nə zaman qiyam edəcək? Buyurdu: Ey Həsən! O, yerə və göyə çox ağır gələn "o saat" a bənzər, birdən-birə zühur edəcək."

• Kumeyt b. Zeyd əl-Əsədi, İmam M. Bəkirdən rəvayət edir.

"Allahın Rəsulundan bir mövzuda (yəni Mehdinin qiyamı haqqında) soruşuldu; buyurdu: O, "saat" a bənzəyər, ancaq birdən zühur edəcək."

• Dıbil b. Əli əl-Hüzai, İmam Rizadan rəvayət edir:

"Rəsullullaha; Ey Allahın Elçisi, soyunuzdan olan Qaim nə vaxt qiyam edəcək, deyə soruşuldu. (Əfəndimiz) buyurdu; O, O saata (qiyamət olacağı ana) bənzəyər, onun zamanını Allahdan başqası bilməz.. Lakin qəfil baş verər."

• Hazzaz Qummu: Əhməd b. Məhəmməd b. Münzir, rəvayət edir:

Əli oğlu Həsən buyurdu: Babam Rəsulullahdan soruşdum: Biz Əhl-i Beytdən olan Qaim nə vaxt zühur edəcək? Buyurdu: "Ya Həsən, şübhəsiz ki, onun zühuru qiyamətin olmasına bənzəyər: "… O göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir…"

• Şeyx Sadiq: Dıbil Hüzai rəvayət edir: İmam Riza buyurdu: Mənə atam demişdir, ona da atası, ona da atalarından nəql olunub:

Peyğəmbərdən soruşuldu: Ey Allah’ın Elçisi, soyunuzdan olan Qaim nə vaxt zühur edəcək, buyurdu: "Onun bənzəri qiyamətdir, belə ki: "… onu tam zamanında ortaya çıxaracaq olan, tək O (Allah)dır. O göylərə də, yerə də ağır gəlmişdir, o sizə qəflətən gələcəkdir…"

"Ey Rəsulullahın oğlu, bəs o nə vaxt zühur edəcək?" deyə soruşdum, buyurdu:

"And olsun ki, bunu Allah’ın Elçisindən soruşdular, buyurdu ki; Onun bənzəri qiyamətdir: Qəfil meydana gəlir. (Qiyamət birdən meydana gəldiyi kimi Mehdi də birdən zühur edəcək)

• Zürarət b Ayur rəvayət edir:

"İmam Muhəmməd Bəkirə; Allah-u Təalanın: "Birdən-birə gələcək olan saatdan başqasını gözləməzlər ki," buyruğu haqqında soruşdum. Buyurdu: Nəzəərdə tutulan hz. Qaimin zühur "zamanını" gözləməkdir..."

 

Mehdinin səhabələrinin özünə sığınması

• Əbu Səid Hudri Rəsullullahdan rəvayət edir:

"Mehdinin təələbələri ona sığınarlar, bal arılarının Kraliça arıya sığındıqları kimi (onun yanında güvən və dinclik taparlar), o yer üzünü ədalət və dürüstlüklə dolduracaq."

Mehdinin gəlişinə heç şübhə yoxdur

• Əlaəddin Əli b. Hişam Müttəqi Hindi (975 H.): "ər-Rəddi..." kitabında belə deyir:

"Allahın rəhməti sənə olsun, bil ki; vəd edilən Mehdinin gəlməsinə heç şübhə yoxdur. Üç yüz hadi və əsərdə hətta daha çoxu ilə bu sübut edilmişdir.

• Şərif Muhəmməd b. Rəsul Bərazənci: "əl-İşaətü..." kitabında (s. 184 və 305) belə yazır:

"Mehdinin varlığı və axırzamanda zühur edəcəyi, Peyğəmbər ailəsindən və Fatimə oğullarından olması təvatür ölçüsünə çatan hədislərlə açıqlanmışdır və bu hədisləri inkar etmənin heç bir mənası yoxdur... Təvatür ölçüsünü aşan, doğru və açıq hədislərdə, Mehdinin Fatimə soyundan olub, dünya sona çatmadan zühur edəcəyi, zülm və haqsızlıqla dolmuş olan dünyaya, ədalət və hakkaniyyət gətirəcəyi, onun zamanında İsa Məsihin göydən enəcəyi və onun liderliyində namaz qılacağı sübut edilmişdir."

• Şəmsəddin Muhəmməd b. Əhməd Səfarəyni; Bu mövzuda bir mənzumə yazmış və özü də bu mənzuməyə "Ləvaihül-Ənvarül-Bəhiyyə" adında bir şərh yazmışdır. Aşağıdakı xülasə şərhi bu şərhdən alınmışdır: (C. 2, s. 74, 76, 86)

"Qiyamət gününün ən böyük əlamətlərindən biri də haqqında təvatür dərəcəsini aşacaq dərəcədə hədis olan bir adamın zühur edəcəyidir. Bu adam imamların sonuncusudur. Hz. Peyğəmbərdən sonra Peyğəmbər olmayacağı kimi, ondan sonra da İmam olmayacaq. Bu imam Fatimə oğullarındandır... Bir çox hədis hafizləri Mehdinin Peyğəmbər soyundan olduğunu qəbul etmişlər, belə mütəvatir bir mövzuya arxa çevirmək olmaz. Haqq əhlinin inancına görə, Mehdi İsa Məsihdən ayrıdır. Mehdi, Məsihdən əvvəl zühur edəcək. Bu mövzu Sünni alimlərin arasında, onların inancından sayılacaq qədər məşhurluq qazanmışdır."

• Həsən b. Abdullah ər-Razi ət-Tamımı, İmam Riza atalarına əsaslanaraq Peyğəmbərin (S.Ə.V.) belə buyurduğunu rəvayət edir:

"Haqqı bəyan etmək üçün bizdən olan Qaim qiyam etmədikcə saat (qiyamət) baş verməyəcək. Bu da böyük Allah izn verincə olacaq. Allah(a baxın), Allah(a baxın) ey Allah’ın qulları! Suyun, qarın üstündə, sürünərək də olsa belə Mehdiyə tərəf gedin, çünki o, Allah’ın xəlifəsidir."

• Asim b. Əbi ən- Nücud, Zərr b. Hübeyşdən, Abdulla b. Məsuddan, Rəsullullahın belə buyurduğunu rəvayət edir:

"Əhl-i Beytimdən Mehdi deyilən bir adam gəlib, ümmətimə hökm etmədən dünya sona çatmayacaq.

Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!  (Zuxruf surəsi, 61)

• əl-Kənciyyüş-Şafii: Mukatil ibn Süleyman və onu izləyən təfsirçilər "... və o qiyamət üçün bir məlumatdır" ayəsi haqqında demişdirlər ki:

"O, Mehdidir, zaman sona çatmadan zühur edər və onun hürucundan (çıxışından) sonra qiyamət olar..."

"Və istəyirik ki, yer üzündə zəiflədilənlərə lütf edək, onları liderlər edək, onları varis edək." (Qəsəs surəsi 5)

• Əbdülhəmid b. əbil-Hədid: Hz. Əlinin yuxarıdakı buyruğunun şərhinə belə yazır:

"Şiə, buyruğun axırzamanda zühur edib dünyaya hökm sürəcək olan qaib imamı vəd etdiyini düşünür. Bizimkilər (sünnilər) də deyirlər ki: Bu bütün ölkələrə sahib olub yer üzünə hökm sürəcək olan İmamın vəd edildiyinə dairdir. Bundan çıxardığımız nəticə budur ki: Belə bir imam qəti olaraq vardır, qaib olub sonra zühur etsə belə. Zamanın sonunda belə bir İmamın zühur edəcəyi sözünü təsdiqləmək nöqtəsində bu buyruq kifayətdir."

• Məhəmməd Şeybani: "Xəbərlərimizdə İmam Muhəmməd Bəkir və İmam Cəfər Sadiqdən rəvayət edilmişdir:

Bu ayə (Qəsəs surəsi, 5) axırzamanda zühur edərək zalım və fironları yox edib yer üzündə şərqdən qərbə qədər hökm sürəcək, zülmlə dolmuş ikən ədalətlə dolduracaq olan Əmr Sahibinə aiddir (onun haqqında nazil olmuşdur)."

"Qaim əleyhissalam on doqquz il və bir neçə ay hökumət sürəcək."

Mehdinin çıxışını göydən bir səs xəbər verəcək

"Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi." (Şüəra surəsi, 4)

• əl-Müqəddəsi əs-Silmi: Əbu İshaq Sələbi, əbu Həmzə Sümalinin bu ayə haqqında belə dediyini rəvayət edir:

"...Allah daha yaxşısını bilər, ya bizə çatana görə: O (Möcüzə) Ramazan ayının ortasında göydən duyulacaq bir səsdir, o səs eşidildikdə "peysər yerindən çıxar". (bu təbir, insanın eşidəcəyi qorxunun şiddətinə dair bir kinayədir)

• Numani: Abdullah b. Sənan rəvayət edir: İmam Cəfər Sadiqin yanında idim. Hamdan bir şəxsin danışdığını eşitdim, həmin şəxs deyirdi ki: Bu insanlar bizi qınayaraq: Siz, Sahibi hazəl-Əmr adına birinin göydən səslənəcəyinimi sanırsınız? deyirlər. İmam Sadiq arxasına söykənmişdi və belə buyurduğuna şəxsən şahid oldum:

"And olsun ki, bu Allah’ın kitabında mövcuddur: "İstəsək onların üzərinə göydən... onlar boyun əyərlər" buyruğu ilə açıqlamışdır. Buna görə o gün boyun əyməyən tək adam belə qalmaz. Dünya xalqı göydən gələn səsi eşidincə iman edərlər..."

• İbnül-Mahyar: Hannan b. Südeyr rəvayət edir: Bu ayə haqqında İmam Cəfər Sadiqdən soruşdum, buyurdu:

"(bu ayə) Muhəmməd oğulları Qaimi haqqında nazil olmuşdur, onun haqqında göydən çağırış edər."

• Şeyx Tusi: Həsən b. Ziyad Seykal rəvayət edir, İmam Cəfər Sadiq (A) buyurdu:

"Qaim qiyam etmədən əvvəl göydən biri səslənər, (bu səsi) pərdə arxasındakı qadınlar, şərqdəki və qərbdəki bütün insanlar eşidər. Bu ayə bu mövzuda nazil olmuşdur. "İstəsək onların... və onlar boyun əyərlər."

• Şeyx Sadiq: Hüseyin b. Xalid rəvayət edir: İmam Riza özünə yönəldilən; siz Əhl-i Beytdən olan Qaim kimdir? sualını belə cavabladı:

"Oğullarımdan dördüncüsü, nökərlərin xanım-əfəndisinin oğlu, onun adına göydən səslənər və bu səsi bütün yer üzünün xalqı eşidər və bu səs (insanları) ona çağırar: Bilin ki; Allah’ın Hüccəti Allah’ın beyti yanında zühur etmişdir, ona tabe olun, çünki haqq onunladır və ondadır. Allah’ın "İstəsək göydən... və onlar ona boyun əyərlər" ayəsi buna işarə edir.

Mehdinin Əfdaliyyəti

• Əbu Bəsir İmam Cəfər Sadiqdən, o da atalarından rəvayət edir, Rəsulullah (s.ə.v.) buyurdu:

"Həqiqət budur ki, ...o ən üstünləridir, qiyam edəcək olandır.

• Salman-i Farisi rəvayət edir;

"...içlərində ən yaxşı yol göstərici, ən ağıllısı və ən üstünüdür.

• Cabir b. Abdullah Ənsari rəvayət edir:

"Peyğəmbər buyurdu: ... Ən alimləri, ən hikmətlisidir."

Qiyam edəcək (Qaim) olan Mehdi Əlinin soyundandır. O bu yer üzünü yer üzündən başqa bir hala gətirəcək. Rum və Çinin Xristianlarının əleyhinə İsa ibn Məryəm ilə dəlil gətirəcək. Qaim Mehdi Əlinin nəslindəndir. Xeyirdə, görünüşcə və əxlaqda ən çox hz. İsaya bənzəyən odur. Allah peyğəmbərlərə verdiyi (əzəməti) ona da verəcək. Ona fəzilətlər və zinət verəcək.

O əsnada Məzurə, yəni Bağdad çökəcək. Süfyani ortaya çıxacaq. Abbasoğulları, erməni və Azərbaycan gəncləriylə döyüşəcək. Bu elə bir döyüşdür ki, onda minlərlə insan öldürüləcək. Hər kəsin qılıncının qulpu bəzəklidir. O anda qara bayraqlar göyə yüksələcək. Bu döyüşlə birlikdə təhlükəli taun və qırmızı ölüm gələcək."

Dedi ki: Ey Əmirəlmöminin! Bu Mehdi kimdəndir? Buyurdu ki: Bəni Haşimdəndir, Ərəblərin uca dağının zirvəsindən. O elə bir dənizdir ki, ona girən itər. Özünə sığınanlar üçün amandır, xalq kinlə dolub daşdıqda onları pak edən mədəndir, ölüm nazil olduqda qorxmaz, ölüm ona çatdıqda sarsılmaz, döyüş meydanında hücum etdikdə əsla geri çəkilməz. Təcrübəlidir, qalibdir, müzəffərdir, aslandır, möhkəmdir, qövmünün dirəyidir, cəsurdur, Allah’ın qılınclarından bir qılıncdır, rəisdir, hər kəsi ətrafında toplar, ucalıq və şərəfin qaynağı olan evdə böyümüşdür, onun ucalığı ən zadəgan ucalıqdan qaynaqlanar. Heç bir şey səni ona beət etməkdən saxlamasın, sənə mane olanlar hər zaman fitnəyə sığınanlardır. Əgər danışsalar şər danışarlar, əgər sussalar fasit və fasiqdirlər."

Sonra Mehdi əleyhissalamın xüsusiyyətlərini sayaraq buyurdu ki: "İçinizdəki ən geniş sığınacaqdır, içinizdə elmi ən çox olandır, və sila-i rəhmi ən çox olandır. Allah’ım! Onun zühurunu, hüznlərin aradan qaldırılmasına vəsilə et və ümmətin dağınıqlığını onunla yığ! Əgər Allah səni müvəffəq etsə onun beətinə tələs və ondan əsla imtina etmə. Əgər müvəffəq olsan, ona çatar və hidayət olsan ondan əsla imtina etmə. Ah – və əli ilə sinəsini göstərərək – onu elə çox görmək istəyərdim."

…Əbul Carud deyir ki:

İmam Muhəmməd Bəkir əleyhissalama: Əhli Beytdən olan hər hansı bir Qaim imamdan sonra gələcək olan imam nə ilə tanınar? - deyə ərz edincə belə buyurdu: "Hidayət və heybəti ilə və Ali Muhəmmədin onun fəzilətlərini təsdiqi ilə. Ayrıca şərq ilə qərb arasındakı şeylər haqqındakı bütün suallara cavab verər." "O batdığı yerdən doğan günəşdir"

• Şeyx Sadiq: Nəzzal b. Səbrətül-Kufidən rəvayət edir: Möminlərin əmiri hz. Əli Saaa b. Səvhan və Əsbağ b. Nübatənin suallarına cavab olaraq Dəccal və Dabbətülərz haqqında geniş bir xütbə bəyan etmişdir. Bu xütbənin bir qismində belə buyurur:

"... Dəccalı isə... Allah öldürücək... Bir adamın əliylə ki, Məryəm oğlu İsa Məsih o adamın arxasında namaz qılacaq.. Bu, günəş batdığı yerdən doğulduqdan sonra olacaq, belə bir zaman tövbə qaldırılacaq, qəbul edilməyəcək, əməl qəbul edilməyəcək və "sonradan iman edən bir fayda əldə etməyəcək..."

 Ərzə varis olacaq şəxslər Mehdi və səhabələridir

And olsun, biz Zikrdən sonra Zəburda da: "Şübhəsiz Ərzə saleh qullarım varisçi olacaq" deyə yazdıq. 21/105

• İbni Mahyar: Məhəmməd b. Abdullah b. Harran rəvayət edir: İmam Muhəmməd Bəkir buyurdu:

"... Allah’u Təalanın "... saleh qullarım varis olacaq" buyruğundakı saleh qullar Muhəmməd oğullarıdır."

• Şeyx Tusi: İmam Məhəmməd Bəkir bu ayənin təfsirinə dair buyurdu:

"Bu, möminlərə yer üzünə varis olacaqlarına dair verilmiş bir vəddir."

• Tabərsi: İmam Muhəmməd Bəkir bu ayənin təfsirinə dair buyurdu:

"Onlar axırzamanda Mehdinin səhabələridir."

• Süleyman Kunduzi: İmam M. Bəkir və İmam C. Sadiq buyururlar:

"Ayədəki saleh qullarım Qaim və səhabələridir."

• Tabəri: Abdullah b. Abbas bu rəvayətini nəql edir:

"Allah’u Təala əzəli elminə söykənərək Tövrat və Zəburda; yer üzünə Muhəmməd ümmətinin varis olacağını və onları cənnətə aparacağını, onların yaxşı qullar olduğunu bildirmişdir."

• Qummu: əbil-Carud rəvayəti: İmam m. Bəkir yuxarıdakı ayə ilə bağlı olaraq buyurmuşdur:

"...Allah Mehdi və səhabələrinə yer üzünün şərqlərinin və qərblərinin hakimiyyətini verər, dini ortaya çıxarar və Allah o və səhabələrinin vasitəçiliyi ilə batil bidətləri aradan qaldırar, eynilə haqqın öldürülmüş olduğu kimi, belə ki, zülmdən heç bir əsər qalmaz."

Müşriklər istəməsə də Haqq dini yer üzünə hakim edəcək

Müşriklər istəməsə də, dini (İslamı) bütün dinlərə üstün etmək üçün Elçisini hidayətlə və haqq dinlə göndərən Odur. 9/33

Ki O, elçilərini hidayətlə və haqq din ilə, digər bütün dinlərə qarşı üstün etmək üçün göndərdi. Şahid olaraq Allah yetər. 48/28

Elçilərini hidayət və haqq din üzrə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərə qarşı üstün edəcək; müşriklər istəməsə belə. 61/9

• Şeyx Sadiq: Əbu Bəsir, İmam Cəfər Sadiqin bu ayə ilə (9/33) əlaqədar olaraq belə buyurduğunu rəvayət edir:

"... Bu ayənin təvili ancaq Mehdi zühur etdiyində reallaşacaq. Qaim ortaya çıxdıqda Allah’a qarşı kafir və ya müşrik olan bir adam belə qalmayacaq... Hətta bir kafir və ya müşrik bir qayanın içinə gizlənmiş olsa belə o qaya: Ey mömin mənim içimdə bir kafir gizlənmişdir, məni qır və onu öldür deyə qışqıracaq.

• Fəzl b. Şazan: Öz sənədiylə İmam Muhəmməd Bəkirin belə buyurduğunu rəvayət edir:

"Qaim bizdəndir... (Allah’ın) köməyi ilə müəyyəd olub Tayyül-Ərz edəcək. Yeraltı xəzinələri onun üçün ortaya çıxacaq və Allah onunla dinini, müşriklər istəməsə də bütün dinlərdən üstün edəcək."

• Küleyni: Muhəmməd b. Füzeyldən rəvayət edir: İmam Musa Kazıma bu ayə (9/33) haqqında soruşdum, buyurdu:

"... O Allah ki, Əmr etdi Rəsuluna qəyyumunun vəlayətini, vəlayət isə haqq dindir... O dini Qaim qiyam etdiyi zaman bütün dinlərdən üstün edəcək.."

• əl-Kenci Şafii: Bu ayənin (yuxarıdakı ayələr) təfsiri ilə bağlı olaraq Səid b. Cübeyrin belə dediyini nəql etmişdir:

"...O Fatimə soyundan Mehdidir."

• Şeyx Sadiq: Əbdürrəhman b. Selit rəvayəti, İmam Hüseyn bu ayənin (yuxarıdakı ayələr) təfsirinə dair belə buyurur:

"...O haqq üzrə qaim olan imamdır. Müşriklər istəməsə də, onun əliylə haqq dini bütün dinlərdən üstün edəcək."

• Suyuti: Səid b. Mənsur, ibnəl –Munzir və Beyhaki Cabir b. Abdullah Ənsarinin bu ayə (yuxarıdakı ayələr) haqqında belə dediyini rəvayət etmişlər:

"...Yəhudi, Xristian və ya başqa millətdən İslamı qəbul etməyən tək bir adam belə qalmaz... Və bu Məryəm oğlu İsa endiyi zaman olar...."

Yer üzünə varis edilənlər Əhl-i Beyt və Mehdidir

Biz isə yer üzündə gücdən salınanlara lütf etmək, onları liderlər etmək və varislər etmək istəyirik. 28/5

• Şeyx Sadiq: Mufazzal b. Ömər rəvayət edir, İmam Cəfər Sadiq buyurdu:

Rəsullulah Əli, Həsən və Hüseyinə baxırdı, gözləri yaşararaq buyurdu:

"Məndən sonra sizlər zəiflədiləcəksiniz." Mufəzzəl deyir: Ey Allah Rəsulunun oğlu, bunun mənası nədir? - deyə soruşdum. Buyurdu: "Mənası budur ki: "Və istəyirik ki..  onları varis edək" məhz bu ayə qiyamət gününə qədər bizə aiddir."

• Şeyx Tusi: Hüseyin b. Əli b. Hüseyin babası Əli b. Əbu Talibin həmin ayənin təfsirinə dair belə buyurduğunu rəvayət edir:

"Onlar Muhəmməd oğullarıdır, Allah, onlardan olan Mehdini (uzun) səy və cəhdlərindən sonra vəzifələndirəcək, onların güclü düşmənlərini zəlil edəcək."

Göylərdə və yerdə hər kəsin Ona təslim olması

• Əyyaşi: İbni Bükeyr rəvayət edir; İmam Musa Kazıma:

"Onlar, Allah’ın dinindən başqa bir dinmi axtarırlar? Halbuki, göylərdə və yerdə hər nə varsa - istəsə də, istəməsə də - Ona təslim olmuşdur və Ona tərəf qayıdırlar." (3/83) ayəsiylə bağlı soruşdum, buyurdu:

"Qaim haqqında nazil olmuşdur. Zühur etdiyi zaman yer üzünün şərqində və qərbində (hər yerdə) Yəhudi, Xristian, Sabii, Zındık, mürtəd və kafirləri İslam dininə dəvət edəcək, öz istəyi ilə təslim olanlara namaz, zəkat və Müsəlmanlara əmr edilən Allah’ın vacib etdiyi əməlləri əmr edəcək. Təslim olmayanların isə boyunlarını vuracaq, belə ki, şərqdə və qərbdə Allah’ı birləməyən heç kim qalmayacaq."

Mehdinin qorunan bir əshabı (səhabələri) var

• Numani: Süleyman b. Harun əl-İcli rəvayət edir. İmam Hüseyindən eşitdim, buyurdu ki:

"Bu əmrin sahibinin (İmam Mehdinin) qorunan bir əshabı (səhabələri) var. İnsanların hamısı onu tərk etsə belə, Allah bu səhabələrini ona göndərəcək, məhz bunlar haqqında Allah:

"Bunlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bunları tanımayıb - küfrə gedirlərsə, and olsun, biz buna (qarşı) inkar etməyən bir birliyi vəkil etmişik." (6/89) ayəsini nazil etmiş və yenə onlar haqqında: "Ey iman edənlər, içinizdən kim dinindən geri dönər (irtidat edər)sə, Allah (yerinə) Özünün onları sevdiyi, onların da Onu sevdiyi, möminlərə qarşı təvazökar, kafirlərə qarşı isə güclü və şərəfli, Allah yolunda cihad edən və qınayıcının qınamasından qorxmayan bir birlik gətirər. Bu, Allah’ın bir fəzlidir, onu dilədiyinə verər. Allah (rəhmətiylə) geniş olandır, biləndir." (5/54) buyurmuşdur.

Süleyman ibn Harunu İcli belə deyir: İmam Cəfəri Sadiq əleyhissəlamın belə buyurduğunu eşitdim: "Bu əmrin sahibinin səhabələri məhfuzdurlar, əgər xalqın hamısı ölsə belə Allah onun səhabələrini gətirər. Allah əzzə və cəllə onlar haqqında belə buyurmuşdur: "Onlar ona qarşı kafir olsalar da, ona elə bir qövm vermişik ki, ona qarşı kafir olmazlar." (Ənam surəsi 89) Allah onlar haqqında həmçinin belə buyurmuşdur: "Allah elə bir qövm gətirəcək ki, Allah onları sevər, onlar da Allah’ı sevərlər. Möminlərə qarşı təvazökar, kafirlərə qarşı güclüdürlər." (Maidə surəsi, 54)

İblisin müddətinin bitdiyi gün Mehdinin gəldiyi gündür

(Allah) dedi: "Sən şübhəsiz ki, möhlət verilənlərdənsən, o məlum günə qədər." (15/37-38)

• Əyyaşi: İshaq ibn Əmmarın köləsi Vəhb b. Cumay rəvayət edir, İmam Cəfər Sadiqdən soruşdum; bu "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən, o məlum günə qədər" ayəsindəki gün hansı gündür? Buyurdu: "Ey Vəhb! O günün, Allah’ın insanları dirildəcəyi gün olduğunumu zənn edirsən? Şübhəsiz ki, Allah ona bizdən olan Qaimin qiyam edəcəyi günə qədər möhlət vermişdir. Allah Qaimimizi vəzifələndirdiyi zaman Kufə Məscidində ikən iblis gəlib qarşısında hazır dayanar və: Təəssüflər olsun bu günə deyər. (İmam) İblisin saçlarından tutub boynunu vurar. Məhz o gün məlum gündür.

Şeytanın əziyyət verməsi

• Fazl b. Şazan: Cabiri b. Abdullah Ənsari rəvayət edir:

"Haybər yəhudisi olan Cünbəl b. Cünadə, Rəsulullahın hüzuruna gəldi… Dedi ki: İmranoğlu Musa bizə; sizi və sizin soyunuzdan qəyyumları müjdələmişdir. (Bunun üzərinə) Rəsullullah "Allah sizdən inanıb…" (Nur /55) ayəsinin tilavət buyurdu. Cündəl nədir qorxuları? - deyə soruşduqda (əfəndimiz) buyurdu: Ya Cündəl! Onların hər birinin zamanında bir şeytan olar, onlara əziyyət edər, çətinliyə soxar. Lakin Allah Hüccətə (İmam Mehdiyə) zühur izni verdikdə yer üzünü zalımlardan təmizləyər və zülm və haqsızlıq ilə dolmuşkən, ədalət və haqqaniyyətlə doldurar."

Allah’ın Mehdini görünməz ordularla dəstəkləməsi

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

• Əbu Mənsur Tabərsi Mürsəl olaraq möminlərin əmiri Əlinin belə buyurduğunu yazır:

"… Və Haqqın vədi yaxınlaşır, o vəd ki; Allah kitabında: "Allah inanıb yaxşı işlər görənlərə vəd etdi…" buyruğu ilə açıqlamışdır. Bu İslamın yalnız adı və Quranın yalnız rəsmi qaldığı zaman reallaşar… Bu reallaşdıqda Allah görünməz orduları ilə ona kömək edər və Peyğəmbərin dinini onun əlləri ilə (onun vəsiləsi ilə) bütün dinlərə üstün edər, müşriklər istəməsə belə…"

• Hz. Mehdi (ə.s) uzun bir qeyb dövründən sonra Məkkədə Kəbənin kənarında zühur edəcək. Peyğəmbərin bayrağı, qılıncı, sarığı və köynəyi ondadır. Mələklər vasitəsilə ona kömək ediləcək, İslam düşmənlərini öldürəcək və zalımlardan intiqam alacaq. (Bixarul-Ənvar, c. 52, s. 279 və c. 53, s. 12, İkmalud-Din, c. 2, s. 367)

• Əyyaşi: Züreys b. Əbdülməlik rəvayəti, İmam Muhəmməd Bəkir buyurur:

"Bədir günü yer üzündə Muhəmmədə kömək edən, bir daha da tapılmayan mələklər bu işin sahibinə (Mehdi) kömək edənə qədər başqa kömək etməyəcəklər. Bunların sayı beş mindir."

Mehdinin səhabələri

Harada olsanız, Allah sizi bir araya gətirər. Bəqərə /148

• Tabəri Sagir: Əbu Bəsir rəvayət edir. İmam Cəfər Sadiq buyurdu:

"Bunu Allah’ın Elçisi möminlərin əmrinə imla etmişdir və Mehdinin səhabələrinin sayını və adlarını müəyyən edərək özünə əmanət etmişdir.

… Bədir əhli (döyüşçüləri)nin sayı qədər; üç yüz on üç adamdırlar. Allah onları bir cümə gecəsi Məkkəyə yığacaq. O cümənin səhəri hamısı Məscidül-Haramda bir araya gələcəklər. Məhz (həmin) ayənin şərhi budur… Onlar nəcib kəslərdən, hakimlərdən, idarəçilərdən və din alimlərindən meydana gələr…"

• Fəzl b. Şazan: Abdullah b. Sinan rəvayət edir, İmam Cəfər Sadiq buyurdu:

"Yataqlarından (evlərindən) itənlər üç yüz on üç adamdır, Bədir əhlinin (Bədir döyüşünə qatılan Müsəlmanların) sayı qədərdir; Məkkədə oyanarlar. Allah’ın bu (yuxarıdakı) ayəsi buna işarədir, onlar Qaim Mehdinin səhabələridirlər."

• Əyyaşi: Cabir b. Yezid Cüfi, İmam Cəfər Sadiqin bu buyruğunu rəvayət etmişdir:

"Allah’a and olsun ki; aralarında əllisi qadın olan üç yüz on adam daha əvvəl aralarında sözləşmədən, payız buludu kimi bir yerə toplanarlar… Məhz Allah’ın: "…Harada olsanız, sizi bir yerə toplayar…" buyruğu buna işarədir.

• Əyyaşi: Mufazzəl b. Ömər rəvayət edir, İmam Cəfər Sadiq buyurdu:

"İmam Mehdiyə izn verildikdə Allah’a İbranicədəki böyük adıyla (İbranicə ad Əzəm ilə) səslənər, özünə üç yüz on üç nəfərlik səhabə göndərilər, payız buludu kimi bir yerə toplanarlar. Onlar vəlayət əhlidirlər. İçlərindən kimi bir gecə yatağından itər, Məkkədə oyanarlar… Onlar itmişlər və bu ayə onların haqqında nazil olmuşdur: … harada olsanız Allah sizi bir araya gətirər…"

• Şeyx Sadiq: Əbdüləzim Həsəni rəvayət edir: Muhəmməd b. Əli b. Musa (İmam M. Taki)a; sizin, Muhəmməd əhl-i Beytinin, yer üzünün, zülm və haqsızlıqla dolmuş ikən ədalət və haqqaniyyət ilə dolduracaq olan Qaim olmanızı diləyirəm, dedim, buyurdu ki:

"Allah’ın, özüylə yer üzünü küfr əhlindən təmizləyib ədalət və haqqaniyyətlə dolduracağı Qaimin dünyaya gəlişi gizli olar və insanların gözündən qaip olar… Allah, Bədir əhli sayı qədər olan üç yüz on üç nəfərlik səhabələrini dünyanın uzaq bölgələrindən bir yerə toplayar. Allah’ın bu ayəsi (yuxarıdakı ayə) buna işarədir. O (Qaim)in bu saydakı səhabələri toplandıqda Allah əmrini açıqlayacaq… Xəbərdarlığı təkmil olunca da Allah’ın izniylə on min kişi (birdən) toplanacaq…"

Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir. Hud /8

• Kummi: Hişam b. Əmmar atasından nəqlən rəvayət edir, Hz. Əli bu ayə (yuxarıdakı ayə) haqqında buyurdu:

"Saylı ümmət, Qaim səhabələridir. Üç yüz on nəfərdirlər."

• Əyyaşi: Əbdül-Əla Cəbəli rəvayəti, İmam Muhəmməd Bəkir buyurdu:

"Qaimin səhabələri üç yüz on nəfərdir, Allah’a and olsun ki, onlar, Allah’ın kitabında buyurduğu (Hud/8) saylı ümmətdirlər. Bir saat içində bir yerə toplanarlar, eynilə payız buludları kimi…"

• Tabərsi: İmam M. Bəkir və imam C. Sadiq buyururlar:

"Şübhəsiz ki, saylı ümmət Mehdinin axırzamandakı üç yüz on nəfərlik səhabələridir. Bədir əhli kimidirlər. Payız buludunun qısa müddətdə bir araya gəldiyi kimi, bir saat içində bir yerə toplanarlar."

• Numani: İshaq b. Əbdüləziz rəvayəti, İmam C. Sadiq bu (söz mövzusu) ayə ilə əlaqədar buyurdu:

"Əzab: Qaimin zühurudur, saylı ümmət: Bədir əhlinin sayıdır və (onlar da) Mehdinin səhabələridir."

• Dostları igid, şücaətli, saleh, imanlı kəslərdir, ona itaət göstərərlər. Hara və hansı işə yönəlsələr mütləq zəfərə çatarlar... (Bixarul-Ənvar, c. 52, s. 279 və c. 53, s. 12 İkmalud- Din, c. 2, s. 367)

Haris-i Həmdani deyir ki: Hz. Əli əleyhissalam minbərdə belə buyurdu: Haqsız yerə xilafəti istəyən həlak olub əsrin sahibi üzünü çevirdikdə, insanların ürəkləri alt-üst olacaq. Bəzi ürəklər xeyirli və bərəkətli, bəziləri isə xeyirsiz və bərəkətsizdir. Tələsənlər həlak olacaq, dağılanlar dağılacaq, geridə yalnız möminlər qalacaq. Sayları da azdır. Üç yüzdən bir az çox. Rəsulullahla birlikdə Bədirdə döyüşən birlik (mələklər) onlarla birlikdədir. Nə öldürülərlər, nə də ölərlər."

Buyurdu ki: Allah onun üç yüz on üç nəfər olan səhabələrini onun ətrafında yığacaq. Allah onları əvvəldən xəbər vermədən yığacaq. Eynilə dağınıq payız buludlarının bir yerə toplanmaları kimi. Ey Cabir bu, Allah’ın kitabında buyurduğu ayədir: "Harada olsanız olun Allah hamınızı bir yerə toplayar. Şübhəsiz Allah hər şeyə qadirdir." Onlar Mehdiyə Kəbə ilə məqam arasında beət edəcəklər. Yanında olan Rəsulullahdan çatan əhidi övladlar atalarından miras almışdır. Və ey Cabir! Qaim, Hüseynin övladlarından olan biridir. Allah onun vəziyyətini bir gecədə islah edəcək. Xalqa (qəbul etməsi) çətin gələn budur ki, ey Cabir, o Rəsulullahın oğludur və bir-birinin ardınca gələn alimlərin varisi olmasıdır. Bütün bunlar(ı qəbul etmək) çətin olsa belə, göydən gələn səs(i qəbul etmək) onlara çətin gəlməyəcək. O zamanda onun adı, atasının və anasının adı nida olunacaq."

Müfəzzəl ibn Ömər belə deyir: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "İmama izn verildikdə Allah onu İbranicə olan adı ilə çağıracaq və səhabələri onun üçün hazırlanacaq. Eynilə payız buludları kimi dağınıq üç yüz on üç nəfərdirlər.

Aban ibn Tağlib belə deyir: İmam Cəfəri Sadiq əleyhissalam ilə birlikdə Məkkədə bir məsciddə idik. O, mənim əlimdən tutaraq belə buyurdu: "Ey Aban! Allah üç yüz on üç nəfəri bu məsciddə bir yerə yığacaq. Məkkəlilər onların öz atalarından və babalarından yaradılmadığını biləcəklər. Onların qılıncı vardır, hər qılınca adamın adı, atasının adı, sənədi və ləqəbi yazılacaq. Sonra bir münadiyə əmr edəcək və o belə səslənəcək: Bu Mehdi; Süleyman ilə Davud kimi hökm verəcək. Verdiyi hökmdə dəlil və şahid istəməyəcək."

Əbu Carudun nəql etdiyinə görə İmam Muhəmməd Bəkir əleyhissalam belə buyurdu: "Qaimin üç yüz on üç nəfərlik səhabələri əcəm (ərəb olmayanların) övladlarıdır. Bəziləri gündüzləri buludlar üzərində daşınacaq, adı, atasının adı, sənədi və ləqəbi tanınacaq. Bəziləri isə yatağında yatarkən birdən-birə Məkkəyə gətirdiləcək."

Hükeym ibn Sad belə deyər: İmam Əmirəlmöminin Əli əleyhissalamın belə buyurduğunu eşitdim: "Qaim əleyhissalamın səhabələri gəncdir və içlərində yaşlı yoxdur; Ancaq gözdəki sürmə və ya azuqədəki duz qədərdirlər. Və azuqədəki ən az şey duzdur."

Mehdi yer üzünü bərabərlik və ədalətlə dolduracaq

• "Sizə Mehdini müjdələyirəm; xalq bir-biriylə anlaşılmazlıq və münaqişə içində ikən göndəriləcək və yer üzünü zülm və haqsızlıq ilə dolmuş ikən, bərabərlik və ədalətlə dolduracaq."

• Fəzl b. Şazan: Cabir b. Abdullah Ənsari rəvayət edir:

"Haybər Yəhudisi olan Cündəl b. Cünadə Rəsullullahın hüzuruna getdi... Dedi ki: İmranoğlu Musa bizə; sizi və sizin soyunuzdan qəyyumlarını müjdələmişdir. (Bunun üzərinə) Rəsulullah "Allah sizdən inanıb..." (Nur surəsi, 55) ayəsini tilavət buyurdu. Cündəl, "Nədir qorxuları?" deyə soruşduqda, (Əfəndimiz) buyurdu: Ya Cündəl! Onların hər birinin zamanında bir şeytan olar, onlara əziyyət edər, çətinliyə soxar. Lakin Allah Hüccətə (İmam Mehdiyə) zühur izni verdikdə yer üzünü zalımlardan təmizləyər və zülm və haqsızlıq ilə dolmuşkən, ədalət və haqqaniyyətlə doldurar.

• Əbu Əli Tabərsi: Əyyaşi öz sənədiylə rəvayət edir: Hz Əli b. Hüseyin (Zeynəlabidin) (A) bu ayəni oxuyaraq belə buyurdu:

"Onlar (and olsun Allah’a ) biz Əhl-i Beyti izləyənlərdir, Allah; bunu onlara bizdən bir adamın əliylə edəcək, O bu ümmətin Mehdisidir. Rəsulullah (S) onun haqqında buyurmuşdur ki: Dünyanın sona çatmasına yalnız bir gün qalmış olsa belə, Allah o günü o qədər uzadar ki; nəslimdən adı mənim adımla eyni olan bir adam ortaya çıxar və yer üzünü, zülm və haqsızlıq ilə dolmuş ikən ədalət və haqqaniyyətlə doldurar."

• Şeyx Sadiq: Hüseyin b. Xalid rəvayəti, İmam Rizaya: "Ey Rəsulullahın oğlu! Siz Əhl-i Beytdən olan Qaim kimdir?" deyə soruşuldu, buyurdu ki:

"Oğullarımın dördüncüsü, cariyələrin xanım-əfəndisinin oğludur. Allah onun vasitəçiliyi ilə yer üzünü hər cür haqsızlıqdan və hər cür zülmdən təmizləyəcək. Onun doğumu haqqında (doğulub doğulmadığına dair) insanlar şübhə edəcəklər. Ortaya çıxmadan əvvəl qeyb olacaq. Ortaya çıxdığı zaman da yer üzü onun nuru ilə parlayacaq. İnsanlar arasında ədalət tərəzisi qurulacaq heç kim heç kimə zülm etməyəcək...."

Onlar, Allah’ın dinindən başqa bir dinmi axtarırlar? Halbuki, göylərdə və yerdə hər nə varsa - istəsə də, istəməsə də - Ona təslim olmuşdur və Ona tərəf qayıdırlar. (Ali İmran surəsi, 83)

• Fəzl b. Şazan: Hişam b. Həkəm rəvayət edir, İmam Cəfər Sadiq buyurur:

"Qaim (İmam Mehdi) qiyam edəcəyi zaman ədalətlə hökm edəcək... Bütün haqqları sahiblərinə geri verəcək, Müsəlman olub imanını etiraf etməyən heç bir din əhli qalmayacaq. Allah-u Təalanın bu buyruğunu eşitmədinmi?: "...və ona təslim olacaq..."

De: “Hamı gözləyir, siz də gözləyin. (Yaxında) siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz! (Taha surəsi, 135)

• İbni Mahyar: İsa b. David əl- Nəccari, rəvayəti İmam Musa Kazım buyurur:

"Allah’ın: "....Düz yolun sahibləri kimlərdir və doğru yolda olan kimdir biləcəksiniz" buyruğu haqqında atamdan soruşdum, buyurdu ki: "Düz yol Qaimdir və doğru yolda olan Mehdidir."

Orada açıq-aşkar ayələr (və) İbrahimin mövqeyi vardır. Kim oraya girsə o təhlükəsizlikdədir... (Ali İmran surəsi, 97)

• Şeyx Sadiq: Əbu Züheyr b. Şabib, İmam C. Sadiqin səhabələrindən bəziləri, həzrətlərinin belə buyurduğunu rəvayət edir:

"Allah’ın: "...Ona girən güvənə çatar" buyruğu: "Kim onunla (Mehdi Qaim ilə) beət edər, onun səhabələri arasına qatılar, əlini onun əlinə toxundursa, güvəndə olar."

Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız. (Hədid surəsi, 17)

• Numani: Əhməd əl-Meysəmi rəvayəti, səhabələrindən biri İmam Cəfər Sadiqin belə buyurduğunu qeyd etmişdir:

"Bilin, şübhəsiz ki, Allah yer üzünü ölümündən sonra canlandıracaq... Yəni Allah yer üzünü, zühur etdiyi zaman Qaimin ədaləti ilə canlandıracaq; azğın idarəçilərin zülmü ilə ölü (halına) gətirilmiş ikən."

Cabir ibn Abdullahı Ənsari deyir ki:

Bir nəfər İmam Muhəmməd Bəkir əleyhissalamın hüzuruna gedərək belə ərz etdi:

Allah səni qorusun. Mənim malımın zəkatı olan bu beşlik dirhəmi alarsanmı? İmam Muhəmməd Bəkir əleyhissalam isə buyurdu ki: Bu pulu al və Müsəlman qonşularına və mömin qardaşlarından olan miskinlərə ver. Sonra buyurdu ki: Əhli Beytin Qaimi qiyam etdiyi zaman xalqın içində ədaləti təmin edəcək. ..

Yerin daxilindəki və xaricindəki dünya malları ona doğru toplanacaq və xalqa deyəcək ki: Uğrunda qohumluq bağlarını kəsdiyiniz, haram qanlar tökdüyünüz və uğrunda Allah əzzə və cəllənin haram etdiyi şeyləri işlədiyiniz bu dünya mallarına doğru gəlin. Və onlara əvvəldən heç kimin vermədiyi malları verəcək. Və yer üzü zülm, haqsızlıq, şər ilə dolduğu kimi onu ədalət, bərabərlik və nur ilə dolduracaq."

Mehdi dövründə yaşanacaq bəzi hadisələr

• İmam Sadiq (ə.s) belə buyurmuşdur:

"Şübhəsiz ki, Qaim (Hz. Mehdi) zamanında bir mömin şərqdə olsa qərbdə olan qardaşı onu görər. Qərbdə olsa şərqdə olan qardaşı onu görər. (Bixarul-Ənvar, c. 52, s. 391)

• İmam (ə.s) dünyanın şərq və qərbini fəth edib İslamı dünyanın dörd bir tərəfinə hakim edəcək... Allah Təala insanlara elə bir güc verəcək ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcək və İmam (ə.s) İslama həyat verəcək... (Bixarul-Ənvar, c. 52, s. 279 və c. 53, s. 12 İkmalud- Din, c. 2, s. 367)

• Rəsulullah belə buyurdu:

"Yer üzündə heç bir çadır və ya ev qalmaz, ta ki Allah izzətlə İslam sözünü (Kəlimeyi şəhadəti) ona gətirər." (Məcma-ul Bəyan, c. 4, s. 152)

"Əgər möminsinizsə, Allah’ın göndərdiyi (Bakiyyətullah) sizin üçün daha xeyirlidir. Mən, sizin üzərinizdə bir müşahidə edici deyiləm." (Hud surəsi, 86)

• Fəzl b. Şazan: Muhəmməd b. Hamran rəvayəti: İmam Cəfər Sadiq buyurdu:

"...Belə bir vəziyyətdə bizdən olan Qaim ortaya çıxar, çıxdığı zaman arxası Kəbəyə tərəf olar və yanına üç yüz on üç nəfər toplanar. İlk söyləyəcəyi ayə bu olar: "Əgər inanan insanlar isəniz Allah’ın göndərdiyi (Bakiyyətullah) sizin üçün daha xeyirlidir." Sonra deyər ki: "Allah’ın göndərdiyi mənəm, mən Onun hüccəti və xəlifəsiyəm." Ona təslim olan hər kəs: "Salam olsun sənə, ey yer üzündəki Bakiyyətullah" deyə salam verər."

• Şeyx Tusi: Hüseyin b. Əli Hüseyin babası Əli b. Böyük qardaş Talibin həmin ayənin təfsirinə dair belə buyurduğunu rəvayət edir:

"Onlar Muhəmməd (S.Ə.V.) oğullarıdır, Allah, onlardan olan Mehdini (uzun) cəhdlərdən sonra vəzifələndirəcək, onların güclü düşmənlərini zəlil edəcək."

…Abdullah ibn Ata-i Məkkidən:

Fakihlərdən bir şeyx - yəni İmam Cəfər-i Sadiq əleyhissalama hz. Mehdi əleyhissalam hansı yolu izləyəcək? - deyə soruşduqda belə buyurdu:

"Rəsulullah səlləllahu əleyhi və alihin etdiyini edəcək. Eynilə Rəsulullahın cahiliyyə dövrünü yıxdığı kimi özündən əvvəlki şeyləri yıxacaq. İslam dinini yeni başdan ortaya qoyacaq."

…Abdullah ibn Atadan:

İmam Muhəmməd Bəkir əleyhissalama "Qaim əleyhissalam qiyam etdikdə xalqın içində hansı üslubu tətbiq edəcək?" - deyə sual verdikdə belə buyurdu:
"Rəsulullahın etdiyi kimi özündən əvvəlkiləri yıxacaq və İslamı yeni başdan ortaya qoyacaq." Və buyurdu ki: Zühur etdikdə yeni bir əmr, yeni bir kitab, yeni bir sünnə və yeni bir hökmlə zühur edəcək.

İmam Cəfəri Sadiq əleyhissalamın oğlu Muhəmmədin nəql etdiyinə görə İmam əleyhissalam belə buyurdu: "Qaim əleyhissalam qiyam etdikdə hər məmləkətə bir səfir göndərəcək və hər bir səfirə belə buyuracaq. "Sənin əhdin əlindədir. Anlamadığın bir vəziyyətlə qarşılaşar və hökm verməkdə çətinlik çəksən əlinə bax və əlindəkini tətbiq et." Belə buyurdu: Daha sonra bir ordunu Kostantiniyyəyə (İstanbula) göndərəcək. Ordu Halı tərəfindən çatdıqda ayaqlarına bir şey yazaraq suyun üzərində yeriyəcəklər. Onların suyun üzərində yeridiklərini görən rumlular belə deyəcəklər: Əgər Mehdinin səhabələri suyun üzərində yeriyə bilirlərsə özü necədir görəsən? Sonra da şəhərin qapılarını Mehdi əleyhissalamın səhabələrinə açacaqlar. Onlar da şəhərə girəcək, istədikləri kimi hökm verəcəklər."

Mehdinin inkar edilməsi

Əli ibn Əbu Həmzə deyir ki: İmam Əbu Abdullah Cəfər-i Sadiq əleyhissalam belə buyurdu: "Qaim əleyhissalam qiyam etdikdə xalqın çoxu onu inkar edəcək. Çünki o rəşid bir gənc olaraq zühur edəcək. Onu, yalnız zərr aləmində Allah’ın əhd aldığı möminlər qəbul edəcək."

Zürarə deyir ki: İmam Əbu Cəfər əleyhissalamın belə buyurduğunu eşitdim: "Qaim əleyhissalam qeybə çəkiləcək və yaxınları onu inkar edəcəklər." (yaxınlarının onu inkar etmələri onun öldürülməsindən qorxduqları üçündür)

İbrahim ibn Ömər-i Yəməni deyir ki: İmam Əbu Abdullah əleyhissalam belə buyurdu: "Qaim qiyam etdikdə, boynunda heç kimin beəti olmadan zühur edəcək."

Mehdinin fiziki xüsusiyyətləri

Əbu Vail deyir ki: Əmirəlmöminin əleyhissalam Hüseyin əleyhissalama baxaraq belə buyurdu: "Mənim bu oğlum seyid (əfəndidir) və Rəsulullah da onu seyid deyə adlandırmışdır. Və Allah onun nəslindən bir adam gətirəcək ki, adı Peyğəmbərin adıdır. Həm üzü, həm də əxlaqı Peyğəmbərə bənzəyir. Xalqın qəflətdə olduğu və haqqın ölüb zülmün ortaya çıxdığı zamanda zühur edəcək. Vallah əgər vaxtından əvvəl zühur etsə, onu öldürərlər. Göydə olan və yaşayanlar onun zühuruyla fərəhlənəcəklər. O elə bir adamdır ki, alnı genişdir, burnu xəfif uzundur, qarnı genişdir. Bədəni münasibdir. Sağ qıçında qara bir iz vardır. Dişlərinin arası açıqdır. Yer üzü zülm və cəfa ilə dolduğu zaman, onu ədalətlə dolduracaq."

Ərz etdim ki: Bəs o kimdir, anam və atam sənə fəda olsun. Belə buyurdu: O qumral rənglidir, gözləri çəkikdir, aypara qaşlıdır, iki çiyin arası genişdir. Alnında iz var, üzündə isə xal. Allah Musa Peyğəmbərə rəhmət etsin."

Əbu Bəsər deyir ki: İmam Muhəmməd Bəkir və ya Cəfər-i Sadiq əleyhissalam (tərəddüd ravidən qaynaqlanır). Belə buyurdu: "Ey Əbu Muhəmməd! Qaimin iki əlaməti (və ya əlamətləri) vardır. Başında bir xal və bir iz var və iki kürək sümüyünün arasında bir xal var. Sol kürək sümüyünün sol alt tərəfində bir yarpaq şəkilli xal var, eynilə mərsin yarpağı kimi.

Mehdinin çıxışından əvvəl xalqın vəziyyəti

Fəzl ibn Yəsər belə deyir: İmam Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: "Doğrusu Qaimimiz qiyam etdikdə, Rəsulullahın cahiliyyət dövründəki xalqdan gördüyü rəftarlardan daha şiddətlisi ilə qarşılaşacaq. Belə ərz etdim: Bu necə olacaq? Belə buyurdu: Rəsulullah xalqa gəldikdə xalq daşlara, qaya parçalarına və taxta parçalarına sitayiş edirdi. Amma Qaimimiz qiyam etdikdə xalq Allah’ın kitabını özlərinə görə şərh edərək onu dəlil olaraq göstərəcəklər. Sonra belə buyurdu: Allaha and olsun ki, eynilə isti və soyuğun evlərinə girdiyi kimi, onun ədaləti də onların evinə girəcək."

Muhəmməd ibn Həmzənin nəql etdiyinə görə İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "Qaim, döyüşlərdə Rəsulullahın çəkdiyi əziyyətlərdən daha çoxuyla qarşlaşacaq. Doğrusu Rəsulullah xalqa gəldikdə xalq yonulmuş daş və taxta parçalarına sitayiş edirdi. Amma Qaim gəldikdə xalq Quranı ona qarşı şərh edəcək və ona qarşı Quranla döyüşəcəklər."

Özündən ümid kəsildiyi bir dövrdə çıxacaq

... ONUN (MEHDİNİN) ZÜHURU ÜMİDSİZLİK VƏ YEİS ƏSNASINDADIR. (Qaybeti numani, s. 274)

XALQ TAM ZÜHURDAN ÜMİDİNİ KƏSDİYİ ANDA O ZÜHUR EDƏCƏK! Onun zamanında yaşayıb ona kömək edənlər necə xoşbəxtdirlər! Ona düşmənçilik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara və onun düşmənlərindən olanlara eyvahlar olsun! (Qaybeti numani, s. 301)

Xalq tam zühurdan ümidini kəsdiyi anda O zühur edəcək! Onun zamanında yaşayıb ona kömək edənlər necə xoşbəxtdir! Ona düşmənçilik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara və onun düşmənlərindən olanlara eyvahlar olsun!

Mehdinin çıxışının bəzi əlamətləri

Bədr ibn Xəlil-i Əsədi belə deyir: İmam Muhəmməd Bəkir əleyhissalamın yanında oturmuşdum. Qaim əleyhissalamın zühurundan əvvəl baş verəcək olan iki əlamət söylədi. Bu əlamətlər Allah Adəmi yerə endirdiyindən bəri əsla baş verməmişdir. O ikisi budur ki, Ramazan ayının yarısında günəş tutulacaq və son günündə isə ay tutulacaq. Bir şəxs İmama belə ərz etdi: Ey Rəsulullahın oğlu! Tam tərsinə Ramazan ayının sonunda günəş, yarısında isə ay tutulmalıdır. İmam Muhəmməd Bəkir əleyhissalam ona buyurdu ki: Mən nə söylədiyimi daha yaxşı bilərəm. Bu iki əlamət Adəmdən bəri baş verməmişdir.

Sonra belə buyurdu: Qaim zühur etmədən əvvəl xalqda şiddətli qorxu olacaq, xalqın başına fəlakətlər, fitnələr və bəlalar gələcək. Və ondan əvvəl taun xəstəliyi yayılacaq. Ərəblərin içində iti bir qılınc çıxacaq, xalq şiddətli ixtilaflara düşəcək, dinlərində ayrılığa düşəcəklər və halları çox dəyişəcək. Belə ki, vəziyyətin qorxuncluğunu və xalqın bir-birini yediyini görənlər səhər-axşam ölümü arzulayacaqlar.

Sonra hz. Əli uzun bir hekayədən sonra belə buyurdu: Minlərlə insan təchizatlanıb hər kəs qruplara ayrılınca və bir qoç öldürüldükdə orada bir başqası qiyam edəcək və fitnələr çıxaracaq, kafirlər həlak olacaq. Sonra arzulanan Qaim və məchul imam qiyam edəcək. Onundur şərəf və fəzilət. O sənin oğlundur ey Hüseyin. Onun kimi övlad yoxdur. İki rüknün arasında zühur edəcək və iki köhnə paltarın arasında insanlara və cinlərə qalib gələcək. Və heç bir yeri əkilməmiş buraxmayacaq. Onun zamanına çatanlar və ona qoşulub onun günlərini görənlər necə xoşbəxtdirlər"

Mehdinin xalqa çağırışı

Buyurdu ki: Qaim-əleyhissalam - o gün Məkkədədir. Kürəyini Beytullah-ı Harama söykəmiş olaraq belə səslənəcək: Ey xalq! Biz Allah’dan kömək istəyirik. Xalqdan kim bizə razılıq edəcək? Biz, sizin Peyğəmbəriniz Muhəmmədin Əhli Beytiyik. Və biz Allah’a və Muhəmmədə xalqın ən yaxın olanıyıq. Kim mənimlə Adəm haqqında müzakirə etsə, mən xalqın Adəmə ən yaxın olanıyam. Kim mənimlə Nuh haqqında müzakirə etsə, mən xalqın Nuha ən yaxın olanıyam. Kim mənimlə İbrahim haqqında müzakirə etsə, mən xalqın İbrahimə ən yaxın olanıyam. Kim mənimlə Muhəmməd səlləllahu əleyhi və alih haqqında müzakirə etsə, mən xalqın Muhəmmədə ən yaxın olanıyam. Və kim mənimlə peyğəmbərlər haqqında müzakirə etsə, mən peyğəmbərlərə xalqın yaxın olanıyam. Allah Kitabının möhkəm ayəsində belə buyurur: "Doğrusu Allah; Adəmi Nuhu, İbrahim ailəsini və İmran ailəsini seçdi və aləmlərə üstün etdi. Bir-birlərindən törəmiş soylar onlardır və Allah Eşidəndir, Biləndir." (Ali İmran surəsi 34) Mən Adəmdən geridə qalan, Nuhdan zahir olan, İbrahimdən seçilən və Muhəmmədin seçməsiyəm Allah’ın salatı hamısının üzərinə olsun.

Hər kim mənimlə Allah’ın kitabı haqqında müzakirə etsə, bilin ki, mən Allah’ın kitabına xalqın ən yaxınıyam. Hər kim mənimlə Rəsulullahın sünnəsi haqqında müzakirə etsə, bilin ki, mən Rəsulullahın sünnəsinə xalqın ən yaxınıyam.

İzlənmə sayı: 2777