Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

İsanın (ə.s.) enməsi ilə bağlı hədislər təvatür dərəcəsindədir

Təvatür: Güclü xəbər, içində yalan ehtimalı olmayan və bir camaata əsaslanan güclü xəbər. (Böyük lüğət-Tur-Dav, 3003)

Şövkani də İsanın (ə.s.) enəcəyinə dair hədislərin sayının 29-a çatdığını söyləyərək bunları bir-bir nəql etmiş və sonda: Bizim nəql etdiyimiz hədislər göründüyü kimi təvatür həddinə çatdı. Bu bəyanımızla bu qənaətə gəlinir ki, gözlənilən Mehdi haqqındakı hədislər, Dəccal haqqında hədislər və İsanın (ə.s.) enməsinə dair hədislər mütəvatirdir, demişdir. Sünen-i İbn-i Mace, 10/338

Qiyamətin böyük əlamətlərindən biri olmaq üçün axırzamanda hz. İsa (əleyhissəlamın) göydən yerə enəcəyini bildirən hədislər təvatür dərəcəsindədir. Səhih-i Müslim, 2/58

Allah Rəsulundan (s.ə.v.) mütəvatir olaraq rəvayət edilən hədislərə görə Allahın Rəsulu (s.ə.v.) hz. İsanın (ə.s.) qiyamət günündən əvvəl ədalətli bir imam və hakim olaraq enəcəyini xəbər vermişdir. İbn-i Kəsir, Hədislərlə Quran Təfsiri, 13/7163

İsanın (ə.s.) gələcəyini bildirən səhih hədislər

Əbu Hureyrə belə demişdir: Rəsulullah (s.ə.v.) buyurdu ki:

Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlamın) ədalətli bir hakim olaraq sizin içinizə enməsi şübhəsiz yaxındır. O, səlibi (xaçı) qıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək, mal o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Səhih-i Müslim, 6/532

Əbu Hureyrədən (r.ə.) rəvayət edilmişdir: Rəsulullah (s.ə.v.) buyurdu ki:

Mənliyimə hakim olan şəxsə and içirəm ki, Məryəmin oğlunun ədalətli bir hakim olaraq enməsi çox yaxındır. O, xaçı qıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək; mal elə çoxalacaq ki, heç kim onu qəbul etməyəcək. Sünən-i Tirmizi, 4/93

Əbu Hüreyrədən rəvayət edildiyinə görə; Peyğəmbər (s.ə.v.) belə buyurdu :

İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq (göydən yerə) enmədikcə qiyamət qopmayacaq. O, (endikdə) xaçı qıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcək. Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Sünən-i Ibni Mace, 10/340

Rəsulullah (s.ə.v.) buyurdu ki:

İsa ibn Məryəm (ə.s.) mənim ümmətim içində;

1- ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq,

2- xaçı qırıb əzəcək və donuzu öldürəcək.

3- (Zimmilərdən) cizyəni ləğv edəcək,

4- və zəkatı tərk edəcək. Artıq nə qoyun, keçi, mal sürüsü, nə də dəvə sürüsü üzərinə zəkat məmuru işlədilməyəcək.

5- Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq.

6- Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Sünen-i İbni Mace, 10/334

1- Hz. İsa (ə.s.) ədalətli bir idarəçi olacaq.

2- Hədisdə hz. İsanın (ə.s.) xaçı qırıb, donuzu öldürəcəyi ifadə olunmuşdur. Sərhü s Sünnədə və başqa hədis kitablarında; hz. İsanın (ə.s.) təhrif olmuş, əslindən uzaqlaşmış olan Xristianlığı ləğv edərək Şər-i Şərifimizlə (İslamiyyətlə) hökm edəcəyi ifadə olunmuşdur. Hz. İsa (ə.s.) təkrar gəldiyi zaman üç üqnum inancı, xaça sitayiş, ruhbaniyyət... kimi Xristianlığın da əsasında olmayan xürafələri qaldıracaq, bu dini göndərildiyi ilk halına qaytaracaq.

İsanın (ə.s.) donuzu öldürməsinə dair cümlənin mənası da belədir: O, donuz bəsləməyi və yeməyi qadağan edəcək və öldürülməsini əmr edəcək. Artıq yer üzündə donuz buraxmayacaq və beləcə donuzun yeyilməsinə də tamamilə əngəl olacaq.

3- İsanın (ə.s.) cizyəni, yəni Əhl-i Kitabdan alınan vergini qaldırmasına dair cümlə də belə şərh olunmuşdur: Yəni hz. İsa (ə.s.) Əhl-i Kitab olan insanları İslam dininə dəvət edəcək və beləcə cizyə vermələrini qəbul etməyəcək.

Digər bir şərh şəkli də belədir: Cizyə heç bir qeyri-müsəlmandan alınmayacaq. Bu səbəblə cizyə almağa da ehtiyac qalmayacaq. Çünki cizyə Müsəlmanların ehtiyaclarında istifadə edilmək üçün alınır. Ehtiyac olmadıqca cizyə almağa da ehtiyac qalmaz.

4- İsanın (ə.s.) zəkatı tərk etməsi də malın bolluğu və zəkata ehtiyac duyan kasıbın qalmaması səbəbindəndir. Bu hökm də cizyə ilə bağlı hökm kimidir. Yəni İsa (ə.s.) İslam dininin qoymuş olduğu zəkat hökmünü qaldıracaq deyil. Belə bir məna düşünülə bilməz. Məqsəd budur: Uca dinimiz zəkat müəssisəsini o dövrə qədər tətbiq edilmək və o dövrdə ehtiyac qalmayacağında tətbiq edilməmək üçün qoymuşdur. İsa (ə.s.) da İslamın qoyulmuş hökmlərini tətbiq edəcək.

5- Hz. İsanın (ə.s.) dövründə bütün dünyanı hakimiyyəti altına almış olan Məsih-i Dəccalın fikir sistemi yox ediləcək və dünyadakı hakimiyyəti tam mənasıyla sona çatacaq. Masonluq və s. kimi nifaq mərkəzləri tamamilə yox ediləcək, bütün dünya dinclik içində yaşayacaq.

6- Bir hədisdə Rəsul-i Əkrəm (s.ə.v.) Əfəndimiz belə buyurmuşdur :

Şübhəsiz O yer üzünə enəcək... İnsanları İslama dəvət edəcək. Onun zamanında Allah Təala İslam xaricində bütün dinləri qaldıracaq. Təzkirət-il Kurtubi, 499

Yuxarıdakı hədislərdə hz. İsanın (ə.s.) yer üzünə endirilmə əlaməti olaraq bildirilən vəziyyətlərin heç birisi reallaşmamışdır. Xristianlıq təhrif edilmiş şəklini mühafizə edir, üç üqnuma (üçləşdirməyə) inanılır, haram olmasına baxmayaraq, donuz əti yeyilir. Dünya qarışıqlıq içindədir; dinclik, güvən, barış mühiti yoxdur, döyüşlər, vətəndaş müharibələri davam edir. Bolluğun əksinə yoxluq hakimdir. Bu vəziyyətdə İsanın (ə.s.) hələ zühur etmədiyi aydın olur. Lakin bu üstün Peyğəmbərin gəliş zamanı çox yaxındır. Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən hədislər və din alimlərinin verdikləri məlumatlar hz. İsanın (ə.s.) hz. Mehdi (ə.s.) ilə hicri 14-cü əsrdə dünyaya təkrar gələcəyini müjdələyir. Yaşadığımız əsr hicri 14-cü əsrdir.

İsa (ə.s.) və Məsih Dəccal

Məsih-i Dəccal: Haqqı batil, batili haqq göstərən. Səhih hədislərin xəbərləriylə, axırzamanda gələcək və Allahı (c. c.) inkar edib özünün ilah olduğunu iddia edəcək, dünyanı fəsada verəcək tək gözlü bir şəxsdir. Böyük LÜĞƏT TUR-DAV

Hər biri Allahın rəsulu olduğunu iddia edən otuza yaxın yalançı dəccal göndərilmədikcə qiyamət qopmayacaq. Sünən-i Tirmizi, 4/82

Hz. İsa (ə.s.) gəlməzdən əvvəl bir çox saxta Məsih (dəccal) çıxacaq:

Hz. İsa (ə.s.) ilk dəfə göyə alındığı halıyla yer üzünə göndəriləcəyindən, Onun zamanında anası, atası olan, doğulub böyüyən 33 yaşına gəlmiş bir şəxsin hz. İsa (ə.s.) olma ehtimalı yoxdur. Ondan əvvəl çıxan saxta Məsihlərin (dəccalların) o dövrdə ana və ataları olacaq. Doğulub, böyüyüb müəyyən bir yaşa gəldikdən sonra saxtakarcasına özlərinin hz. İsa (ə.s.) olduğunu iddia edəcəklər. Lakin diqqətli, fərasətli, mədəni, ağıllı insanlar bu yalanları dərhal anlayıb, onlara aldanmayacaqlar. Bu, dəccalın dünyaya hakim olmaq üçün materialist-marksist strategiyanı istifadə etdiyi dövrə uyğun gəlir.

Dəccal bu dəfə dünyaya hakim olmaq üçün təkrar strategiya dəyişdirəcək, dünyada materializmə qalib gəlmiş olan "Yaradılış" inancını öz mənfəəti istiqamətində istifadə etmək istəyəcək.  Yaradılış inancını insanlara qarşı istifadə edəcək, Allah adına ortaya çıxacaq, hətta peyğəmbər olduğunu iddia edəcək, lakin ortaya çıxan fitnədən onun dəccal olduğu aydın olacaq.

Məsih-i Dəccal hipnoz, maqnetizm və sehr növündən bəzi üsulları istifadə edərək bir çox istidraçı (*) möcüzələr göstərəcək, özünün Gözlənilən Məsih [yəni hz. İsa (ə.s.)] olduğunu iddia edəcək. (Məsih, hz. İsanın (ə.s.) ləqəbidir.)

İslam alimi Bədiüzzaman Səid Nursi Məsih-i Dəccalın hiyləgər yönünü bu şəkildə ifadə etmişdir:

Və onların başına keçən ən böyükləri, ispirtizma (hipnoz) və maqnetizmin hadisatı-nəvindən müdhiş möcüzələrə məzhər olan dəccal isə daha irəli gedib cabbaranə suri hökumətini bir cür ağalıq təsəvvür edib üluhiyyətini elan edər.
Mehdi və Dəccal, Şaban Döğen, s. 74-75

Ustadın da sözündə ifadə etdiyi kimi, Dəccal hipnoz və cadu nümayişləri kimi aldatmacalarla kifayət qədər məlumat sahibi olmayan və ya imanən zəif olan bir çox adamı aldada bilər. Xüsusilə də bütün Xristian dünyasının hz. İsanı və Yəhudilərin də Məsihi gözlədikləri bir dövrdə, Dəccalın göstərdiyi yalançı möcüzələr və hiylələr bir çox adamın Dəccala aldanmasına səbəb ola bilər.

Özünə Məsih deyən Məsih-i Dəccal hələ də dünyanın bir çox ölkəsində təşviq edilən və qanuni göstərilən əxlaqsızlığı, cinsi anormallığı, homoseksuallığı daha da təşviq edəcək.  Onun özlərinə fayda gətirdiyini zənn edən, onun oyununa aldanan, göstərdiyi cəhənnəm həyatını cənnət zənn edən bir çox adam ONA qoşulacaq. Dəccal saxta peyğəmbər görünüşü ilə dindarlara da təsir etməyə çalışacaq, amma əslində onlar arasında ayrılıq çıxarmağa, onları gücsüz salmağa, hətta onları böyük müsibətlərə uğratmağa çalışacaq. Dəccal səmimi dindar Müsəlman, Xristian və Yəhudilərin ən böyük düşməni olacaq.

Yanlış istiqamətləndirilmiş bəzi Xristianlar o dövrdə hz. İsanı (ə.s.) gözlədiklərinə görə, ONU təhrif edilmiş, dəyişdirilmiş İncildəki xüsusiyyətləri ilə gözləyəcəklər. Məsih-i Dəccal da tam onların xəyal etdikləri kimi istidraçı möcüzələr göstərəcək. Məsələn, hz. İsaya (ə.s.) Uca Rəbbimizin bəxş etdiyi üstün möcüzəvi xüsusiyyətlərə sahib olduğunu iddia edəcək, bir şəxsə hipnoz təlqini ilə ölmüş anasını danışan halda göstərəcək. Və yenə sehr və hipnozla anasının ONA qoşulmasını tövsiyə etdiyini özünə eşitdirəcək. Görmə və eşitmə halusinasiyaları olacaq. (Çöldən baxan sehrin təsirində olmayan bir adam isə o görünüşü görə bilməyəcək.)

Dəccal, əvvəl gözlənilən hz. İsa (ə.s.) olduğunu iddia edəcək, ardınca da Xristianlığın üç üqnum inancındakı kimi Allahın özünə hulül etdiyini (içinə girdiyini) söyləyərək ilahlığını elan edəcək (Allahı tənzih edirik). Bu azğın üsulu istifadə edərək dünyada böyük bir tərəfdar kütləsi qazanacaq. Daha çox kefə və zövqə istiqamətli, əxlaqsız təlimləri və tövsiyələri olacağı üçün tərəfdarlarının sayı daha da artacaq.

Belə azğınlığın artdığı bir dövrdə İslam aləmi də hz. Mehdinin (ə.s.) liderliyində birləşmiş olacaq. Hz. Mehdi (ə.s.) nə qədər Xristian aləmini "Saxta Məsih"ə qarşı xəbərdar etsə də, Xristianlar tam gözlədikləri tərzdə iddialarda olmasından, gözlədikləri zamanda zühur etməsindən və İstidrac növündən bir çox möcüzələr göstərməsindən dolayı bu şərhlərə laqeyd yanaşacaqlar.

Hz. Mehdi (ə.s.) dəccalın göstərdiyi istidraçı möcüzələri pozma mövzusunda bir qabaqcıl olacaq, amma dəccalın çirkli oyunu yenə də sona çatmayacaq. Halusinasiyalardan ibarət olan istidraçı möcüzələri və dəccalın bu hiyləgər oyununu tamamilə ortadan qaldıracaq, onun fikir sistemini yox edəcək şəxs hz. İsa (ə.s.) olacaq.

Bədiüzzaman bu həqiqəti belə izah edir:

Sehr, maqnetizm və ispirtizma kimi istidraçı möcüzələriylə özünü mühafizə edən və hər kəsə təshir edən (təsiri altına alan) o dəhşətli Dəccalı öldürə biləcək, peşəsini dəyişdirəcək; ancaq möcüzəvi və ümumun məqbulu bir şəxs ola bilər ki; O şəxs, əksər insanların peyğəmbəri olan həzrət-i İsa əleyhissalamdır. Məktubat, 53

İşari mənada ayə tərcümələri

26/32- Bundan sonra əsasını atdı və o açıq-aşkar  bir əjdaha oldu.

7/117- Biz də Musaya: "Əsanı at" deyə vəhy etdik. (O da atınca) bir də gördülər ki, o bütün uydurduqlarını udur.

Hz. Musa (ə.s.) o zamanın dəccallarının istidraclarını ancaq möcüzə ilə yox etmişdi.

...Onun [hz. İsanın (ə.s.)] nəfəsinin qoxusunu duyan heç bir kafirin ölməməsi mümkün deyil. Dəccalın yalançı olduğu ətrafa dalğa-dalğa yayılacaq. Dəccaliyyətin fikri sistemi yox ediləcək. Sünən-i İbn-i Mace, 10/323

İsa (ə.s.) Dəccala nəhayət Lud qapısı yanında çatacaq və onu öldürəcək. Sünən-i Tirmizi, 4/105

Hz. İsa (ə.s.) Lud qapısında Məsih-i Dəccal ilə qarşılaşacaq, onu məğlub edəcək; Dəccalı öldürməsindəki məqsədi onun fikri sistemini yox etməsidir. Hz. Musa (ə.s.) da eyni şəkildə Fironun fikri sistemini yox etmişdi. Hz. İbrahim (ə.s.) isə Nəmrudun fikri sistemini yox etmişdi. Hz. Mehdi (ə.s.) süfyanın şəxsini deyil, fikri sistemini yox edəcək, hz. İsa (ə.s.) da Məsih-i Dəccalın fikri sistemini ortadan qaldıracaq. Əhəmiyyətli olan da, əlbəttə ki, bu şəxslərin yaydığı azğın ideologiyanın cəmiyyətləri həlaka aparan çirkli fikir sisteminin ortadan qalxmasıdır.

Dəccalı məğlub edən fikri sistemi ortadan qaldıracaq olan hz. İsanın (ə.s.) gerçək Məsih olduğunu anlayan Xristian aləmi, Allahın izniylə, böyük bir sürətlə Allahın təqdir etdiyi doğru yola, yəni haqq din olan İslama girəcək. "And olsun, Kitab Əhlindən, ölmədən əvvəl ona inanmayacaq heç kim yoxdur," (Nisa surəsi, 159) ayəsində ifadə olunduğu kimi, bundan sonra bütün dünya Allahın haqq dininə tabe olacaq və dinsizlik tamamilə ortadan qalxacaq.

İsa (ə.s.) zamanında yer üzü barışla dolacaq

Qab su ilə dolduğu kimi yer üzü barışla dolacaq.

-İnsanlar arasında düşmənçilik qalmayacaq.

-Və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz yox olub gedəcək. Səhih-i Müslim, 1/136

Döyüş (ərbabı) da ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq. Sünən-i Ibn-i Mace, 10/334

Hərb (ərbabi) ağırlıqlarını (yəni silah və sairəni) buraxar. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 496

Hz. Mehdi (ə.s.) və hz. İsa (ə.s.) Məsih-i Dəccalın bütün fikri sistemini ortadan qaldırıb, sistemini dağıtdıqdan sonra dünyaya hakim olacaqlar. O zaman tək bir dinin, yəni İslamiyyətin yer üzünə yayılması ilə irqçilik, milli eqoizm yox olacaq; sevgi, qardaşlıq, gözəl əxlaq əsas düşüncəyə çevriləcək; həmçinin masonluq, sionizm, materialist fəlsəfə, kommunizm, faşizm, kapitalizm kimi digər azğın ideologiyalar da tarix səhnəsindən silinəcək; eqoizm, kin, düşmənçilik kimi hər cür azğınlık mənasını itirərək yox olacaq.  Döyüşlərin, qarşıdurmaların səbəbləri yox olacağı üçün döyüş sənayesinə xərclənən trilyonlarla pul bu dəfə qanuni ehtiyaclara, qida, abadlaşdırma, texnologiya, elm, mədəniyyət, sağlamlıq xərcləri kimi son dərəcə lazımlı və əhəmiyyətli ehtiyaclara və bununla yanaşı da insanların xoşbəxtliyi üçün lazımlı digər investisiyalara xərclənəcək. Əlbəttə doğrusunu Allah bilər.

İsa (ə.s.) zamanında böyük bolluq olacaq

...Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Sünən-i Ibn-i Mace, 10/340

Məryəm oğlu (İsa) enər və Dəccalı öldürər. Ondan sonra qırx il bol nemət içində yaşayarsınız. Kitab ül Bürhan Fi Əlamət-əl Mehdiyy il Axırzaman, 90

İsa (Əleyhissəlamın) zəkatı tərk etməsi də malın bolluğu və zəkata möhtac kasıbın qalmaması səbəbindəndir. Sünən-i Ibn-i Mace, 10/339

Hz. İsa (ə.s.) dövründə elmin inkişafıyla heyvan və bitki mənşəli qidaların istehsalı artırılacaq, elm və texnologiya son inkişaf mərhələsinə çatacaq, dünya qurulduğundan indiyə qədər texnoloji olaraq ən inkişaf etmiş əsr yaşanacaq. İnsanlar texnologiyanın imkanlarıyla çox rahat və bolluq içində yaşayacaqlar. Hz. İsa (ə.s.) və hz. Mehdinin (ə.s.) liderlik etdiyi bu müqəddəs dövr insanların rahatlıq, dinclik, güvən və xoşbəxtlik içində yaşadıqları bir rifah dövrüdür. Bu dövrə buna görə "Qızıl Əsr" adı verilmişdir.

İsa (ə.s.) yeni bir din gətirməyəcək

Əbu  Şeyx, Kitab-ül Fitəndə Əbu Hüreyrədən təhric etdi, Rəsulullah buyurdu: İsa ibn Məryəm enər, Dəccalı öldürər və qırx (40) il Allahın kitabı və mənim sünnəmlə hökm edər, sonra vəfat edər. Kitab ül Bürhan Fi Əlamət-əl Mehdiyy əl Axırzaman, 92

İmam Nəvəvi: Hz. İsa Ümməti Muhəmmədə Peyğəmbər olaraq deyil; Şəriət-i Muhəmmədiyyəni tətbiq etmək üçün gələcəkdir,  demişdir. əl-Qəvlu l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 68

Kadi İyaz: "İsanın (ə.s.) enməsi, Dəccalı öldürməsi haqqdır və həqiqətdir. Əhl-i Sünnə təriqəti və yolu bu mövzuda varid olan hədislər səbəbiylə budur. Nə əqli yöndən, nə də Şər-i Şərifdə bu fikri ləğv edə biləcək heç bir dəlil yoxdur. Beləliklə bu hökm sabitdir. Müteəzilə və Cəhəmiyə təriqətlərinə mənsub bəzi şəxslər və onlara qoşulanlar bu mövzudakı hədislərin Allahın 33/40- "Muhəmməd, ... ancaq o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur." tərcüməsindəki ayəyə, Peyğəmbərimizin "Məndən sonra heç bir peyğəmbər yoxdur" tərcüməsindəki hədisinə və Peyğəmbərimizdən (s.ə.v.) sonra heç bir peyğəmbərin olmadığına və şəriətinin qiyamətə qədər əbədi olub, hökmlərinin qüvvədən qalxmayacağına dair Müsəlmanların icmasına zidd düşdüyü səbəbindən rədd edilmiş olduğunu irəli sürürlərsə də; Bu iddia və səbəb batildir. Çünki İsanın (ə.s.) enməsində məqsəd onun şəriətimizi qüvvədən qaldırıcı bir şəriətlə və Peyğəmbər olaraq enməsi deyil. Nə bu hədislərdə, nə də başqa hədislərdə belə bir şey yoxdur. Əksinə İsanın (ə.s.) şəriətimizlə hökm edəcək ədalətli bir hakim və xalqın tərk etdiyi şəriətimizin hökmlərini canlandırıcı olaraq enəcəyi səhih hədislərlə sabitdir." demişdir. Sünən-i Ibn-i Mace, 10/338

Hz. İsa (ə.s.) enəcək və xatəm ür rüsul Rəsulullah (s.ə.v.) əfəndimizin şəriətinə tabe olacaq. Məktubat-i Rəbbani, 2/1309

Hz. İsa (ə.s.) əfəndimiz axırzamanda yer üzünə  endirildiyi vaxt peyğəmbərliklə vəzifəli olaraq yeni bir şəriət gətirməyəcək. Səhih hədislərin və imam-Rəbbani həzrətlərinin izahında ifadə olunduğu şəkildə, Peyğəmbərimizin (s.ə.v.) şəriətini tətbiq edəcək. Quran-i kərim ayələrinə görə hökm edəcək.

 

İsanın (ə.s.) hilyəsi

Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur ki:
Onu [hz. İsanı (ə.s.)] gördüyünüz zaman bu əlamətlərlə tanıyın:
1. Uzuna yaxın orta boylu
2. Rəngi qırmızı ilə ağa yaxın
3. Üzərində herd boyası ilə boyanmış iki paltar vardır.
4. O dərəcə təmizdir ki, özünə yaş toxunmadığı halda başı su damlayar kimidir. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 499

Əbu Hureyrə (r.ə.) belə dedi: Peyğəmbər (s.ə.v) buyurdu ki: Gecə aparıldığım zaman Musa əleyhissalama qovuşdum. (Peyğəmbər onu təsvir edərək:) Bir də gördüm ki, O Sənuə qəbiləsi kişilərindən biri kimi qarayanız, uzun boylu, balıq ətli, düz saçlı bir şəxsdir. İsaya da qovuşdum (Peyğəmbər onu da təsvir edərək: ) İsa, orta boylu, sanki hamamdan çıxmış kimi al çöhrəli idi. Səhih-i Müslim, 2/1053

Yenə Abdullah İbn-i Ömərdən (r.ə.) rəvayət olunduğuna görə Nəbi (s.ə.v.) demişdir: Mən bu gecə özümü yuxumda Kəbədə tapdım. Qəflətən əsmər bir adam gördüm. Sanki o əsmər insanlardan ən gözəli, başının saçı iki çiyini arasında sallanırdı. (Yeni) daranmış və təmizlənmiş kimi saçı su damırdı. İki əlini iki adamın iki çiyninə qoyaraq Beyti təvaf edirdi. (Orada olanlara) Bu kimdir? deyə soruşdum. Onlar: Bu Məryəmin oğlu Məsih (İsadır), dedilər. Səhih-i Buxari, 9/177

İsa (ə.s.) Peyğəmbərimizin (s. s. v) qəbri yanında dəfn ediləcək.

İbni Əsakir Abdullah b. Salamdan: Tövratda Peyğəmbər təsvir edilir və orada İsa əleyhissalamın onunla birlikdə dəfn ediləcəyi yazılır

Buxari tarixində, İbni Əsakir Ondan (Abdullah b. Salamdan) nəql etdiklərinə görə, İsa əleyhissalam Rəsulullah ilə iki Səhabəsi (Əbu Bəkr və Ömərin (r.ə.)  yanında dəfn edilib qəbir sayı dördə çıxacaq.

İbni Cevzinin Abdullah ibn Ömərdən (R. Anhüma) nəql etdiyi bir rəvayətdə belə buyurulur:

"İsa əleyhissalam yer üzünə enəcək, evlənəcək uşaq sahibi olub qırx beş il yaşayacak, sonra öləcək, mənimlə ayrı qəbirə basdırılacaq, sonra mən və İsa eyni qəbirdən Əbu Bəkr ilə Ömər (r.ə.) arasından qalxacağıq!"  Qiyamət Əlamətləri, 246/247

Hz. İsa yer üzündə ikən evlənəcək və bir uşağı olacaq. Ölərkən, Müsəlmanlar onun namazını qıldıqdan sonra Rəvza-i Mutahharəyə dəfn edəcəklər.
əl-Qəvlu l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 65

Şübhəsiz ki, Məryəm oğlu, İsa yer üzünə endiyi zaman evlənəcək, övladı olacaq, yer üzündə 45 il qalacaq. Miskatü-l Məsabih, 3/47

İsa (ə.s.) yer üzünə endikdən və 40 il yaşadıqdan sonra ölər. Müsəlmanlar Onun cənazə namazını qılaraq ONU dəfn edərlər. (Bu hədis, əbu Davud ət Tayalisinin Müsnədindən rəvayət edilmişdir.)

Həzrəti İsa (ə.s.) yer üzündə  qırx il yaşadıqdan sonra vəfat edəcək. Müsəlmanlar Onun cənazə namazını qılaraq dəfn edəcəklər. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 498-499

Hz. İsa (ə.s.) yer üzündə təxminən 40-45 il qaldıqdan sonra vəzifəsini tam yerinə yetirmiş olaraq vəfat edəcək. Müsəlmanlar cənazə namazını qılıb, Peyğəmbərimizin (s.ə.v.) qəbri yanında dəfn edəcəklər.

Risalə-i Nur Külliyatında İsa Əleyhissalam

Hz. İsa (ə.s.) dünyaya təkrar göndəriləcək:

Süfyan və Mehdi haqqındakı hədislərin ifadə etdikləri məna budur ki, axırzamandan dinsizliyin iki cərəyanı qüvvət tapacaq. Biri: Nifaq pərdəsi altında Risalət-i Əhmədiyyəni (A. S. M.) inkar edəcək süfyan adında müdhiş bir şəxs əhl-i nifaqın başına keçəcək, Şəriət-i İslamiyyənin təxribinə çalışacaq. Ona qarşı Ali Beyt-i Nəbəvinin silsilə-i nuranisinə bağlanan, əhl-i vəlayət və əhl-i kamalın başına keçəcək Ali Beytdən Muhəmməd Mehdi adında bir şəxs-i nurani, o Süfyanin şəxs-i mənəvisi olan cərəyan-i münafiqani öldürəcək. (Məktubat, 53)

Hədislərdə İsadan (ə.s.) əvvəl gələcəyi bildirilən hz. Mehdi Süfyanın İslam aləmində etdiyi mənəvi təxribatı təmir etməyə çalışacaq, İslamiyyətin yenidən canlandırılmasına və dünya səviyyəsində yayılmasına cəhd göstərəcək.

Hz. Mehdi (ə.s.) Allahı inkar üzərinə qurulmuş bütün fəlsəfə və nəzəriyyələri tam mənasıyla susduracaq, başda Süfyandan qaynaqlanan bütün fitnə və fəsad mərkəzlərini, təşkilatlarını bağlayacaq. Mehdi Xəlifə ünvanıyla İslam aləminin başına keçəcək, Quran-i kərimi və iman əsaslarını günün şərtlərini də nəzərə alaraq elmi bir şəkildə insanlara açıqlayacaq, möminlərin imanlarını gücləndirəcək.

İkinci cərəyan isə: Tabiyyun, maddiyyun fəlsəfəsindən təvəllüd edən bir cərəyan-i nəmrudanə, getdikcə axırzamanda fəlsəfə-i maddiyə vasitəsiylə intisar edərək qüvvət tapıb, üluhiyyəti inkar edəcək bir dərəcəyə gəlir. Necə bir padşahı tanımayan və ordudakı polisin və efrad onun əsgərləri olduğunu qəbul etməyən vəhşi bir ada, hər kəsə, hər əsgərə bir cür padşahlıq və bir günə hakimiyyət verər. Elə də : "Allahı inkar edən o cərəyan efradları bir kiçik Nəmrud hökmündə nəfslərinə bir ağalıq verər. Və onların başına keçən ən böyükləri, ispirtizma və maqnetizmin hadisati-nəvindən müdhiş möcüzələrə məzhər olan dəccal isə daha irəli gedib, cabbaranə suri hükumətinə bir cür ağalıq təsəvvür edib üluhiyyətini elan edər. Bir ağcaqanada məğlub olan və bir ağcaqanadın qanadını belə yarada bilməyən aciz bir insanın üluhiyyət iddia etməsi, nə dərəcə axmaqcasına bir məsxərəlik olduğu məlumdur. Məhz bu anda (Məsih-i dəccalın ortaya çıxdığı anda), o cərəyan çox qüvvətli göründüyü bir zamanda, həzrəti İsanın (ə.s) şəxsiyyət-i mənəviyyəsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək, yəni rəhmət-i İlahiyyənin səmasından nüzul edəcək; hal-i hazır Xristianlıq dini o həqiqətə qarşı təsəffi edəcək, xurafattan və təhrifattan sıyrılacaq, həqaiq-i İslamiyyə ilə birləşəcək; mənən Xristianlıq bir cür İslamiyyətə inqilab edəcək... Və Qurana iktida edərək, o İsəvilik, şəxs-i mənəvisi, tabe; və İslamiyyət, mətbu mövqesində qalacaq. Din-i haqq bu iltihaq nəticəsində əzm bir qüvvət tapacaq. Dinsizlik cərəyanına qarşı ayrı-ayrı ikən məğlub olan İsəvilik və İslamiyyət; ittihad nəticəsində, dinsizlik cərəyanına qələbə çalmaq istedadında ikən aləm-i səmavatda cism-i bəşərisiylə olan şəxs-i İsa əleyhissalam o din-i haqq cərəyanının başına keçəcəyini bir Müxbir-i Sadiq, bir Qadir-i Küllü Şəyin vədinə istinad edərək xəbər vermişdir. Madam xəbər vermiş, haqqdır, madam Qadir-i Küllü Şəy "vəd etmiş əlbəttə edəcək. (Məktubat, 53-54)

Məsihi Dəccalın çox qüvvətli olduğu bir dövrdə Xristianlıq dini içində olduğu xürafələrdən, azğınlıqlardan (üç üqnum, xaç, donuz əti yemək və s.) təmizlənəcək, ilk nüzul etdiyi, orjinal halına qayıdacaq. İlahi dinlər bir-birinin davamı olduğundan biri pozulunca digəri onu düzəltmək və yeni hökmlər qoymaq üçün göndərildiyindən, Xristianlıq da xürafələrdən, azğın inanclardan xilas olduqdan sonra mənən bir cür İslamiyyət olacaq, başqa sözlə Xristianlar da Quran-i kərimə uyacaqlar. Eyni vəziyyət Yəhudilik dininə də aid ediləcək. Müsəlmanlıq, Xristianlıq və Yəhudiliyin birləşməsi nəticəsində inananlar qüvvətlənib, dinsizlik cərəyanını yox edəcək bir gücə gələcək; iman gətirənlərin başında isə Allah tərəfindən cismani olaraq dünyaya göndərilmiş olan hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.) olacaq. Bunu Peyğəmbərimiz (s.ə.v.) Allahın vədinə söykənərək xəbər vermişdir. Allah əlbəttə vədini yerinə yetirəcək.

Səhih hədislərdə müjdələnilən xüsuslar bunlardır. Axırzamanda gəlməsi gözlənilən hz. İsa (ə. s.) əfəndimizi tək bir şəxs olaraq deyil, "şəxs-i mənəvi və ya camaat" şəklində düşünmək və ya "gəlmişdir, vəzifəsini yerinə yetirib vəfat etmişdir" iddiasında olmaq mütəvatir halına gəlmiş bu mövzunu yalanlamaq olar ki, mənəvi məsuliyyət gətirə bilər, Müsəlmanlara çox böyük zərər verə bilər. Allah bunu vəd etmişdir və vədini əlbəttə yerinə yetirəcək. Bədiüzzaman başqa bir əsərində də İsanın (ə.s.) dünyaya təkrar gəlməsinin qəti olduğunu bildirir.

Bəli, hədisin ifadəsiylə həzrət-i İsanın səmavi nüzulu mərtəbəsi olmaqla birlikdə; mənayi işarəsiylə başqa həqiqətləri ifadə etdiyi kimi bu həqiqətə də möcüzəvi işarə edir. (Kastamonu Lahikası, 50)

İsa (ə.s.) Məsih Dəccalı öldürəcək:

Kati və səhih rəvayətdə var ki: "İsa Əleyhissalam böyük Dəccalı öldürər."

Vəl ilmü indallah, bunun da iki vəchi var:

Bir vəchi budur ki: Sehr və maqnetizm və ispirtizma kimi istidraçı möcüzələriylə özünü mühafizə edən və hər kəsi təshir edən o dəhşətli Dəccalı öldürə biləcək, peşəsini dəyişdirəcək; ancaq möcüzəvi və ümumun məqbulu bir şəxs ola bilər ki: O şəxs, ən çox əlaqədar və əksər insanların Peyğəmbəri olan həzrət-i İsa əleyhissalamdır.

İkinci vəchi budur ki: "Şəxs-i İsa əleyhissalamın qılıncı və məktul olan şəxs-i Dəccalın təşkil etdiyi dəhşətli maddiyunluq və dinsizlik əzəmətli heykəli və şəxs-i mənəvisini məhv edəcək ancaq İsəvi ruhaniləridir ki; o ruhanilər, din-i İsəvinin həqiqətini həqiqət-i İslamiyyə ilə məzc edərək o qüvvətlə onu dağıdacaq, mənən öldürəcək. Hətta, "həzrət-i İsa əleyhissalam gələr, həzrət-i Mehdiyə namazda iktida edər, tabe olar. " - deyə rəvayəti bu ittifaqa və həqiqət-i Quraniyyənin mutbuiyyətinə və hakimiyyətinə işarə edər. (Şüalar, 493)

Sehr və hipnoz kimi xariqüladə qüvvətlərlə hər kəsə təsir edərək varlığını davam etdirən dəccal və onun fikir sistemi ancaq vəhylə hərəkət edən lazım olduqda möcüzələrlə dəstəklənilən İsa (ə.s.) tərəfindən yox ediləcək.

Hz. İsa (ə.s.) təkrar dünyaya gəldiyi zaman yeni bir din gətirməyəcək, İslam dininə uyacaq. Lakin bir peyğəmbər olduğu üçün özünə vəhy gələcək və möcüzə göstərəcək.

Hz. İsanın (ə.s.) idarəsi altında Xristianlığın həqiqəti ilə İslamiyyəti birləşdirən tələbələri bu birləşmənin təmin etdiyi güc ilə Məsih-i Dəccalın dinsizlik cərəyanını, Allahı inkar fikrini təsirsiz hala gətirib, yox edəcək.

Həm aləm-i insaniyyətdə inkar-ı üluhiyyət niyyətiylə mədəniyyət və müqəddəsat-ı bəşəriyyəni zir-ü zəbər edən Dəccal komitəsini, həzrət-i İsanın (ə.s.) din-i həqiqisini İslamiyyətin həqiqətiylə birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı adı altında və "Müsəlman İsəvilər" ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini hz. İsanın (a.s.) adı altında öldürəcək; bəşəri inkar-ı üluhiyyətdən qurtaracaq. (Məktubat 413)

 

İsa (ə.s.) gəldikdə ilk əvvəl tanınmaması:

Həzrət-i İsa Əleyhissalam gəldiyi vaxt, hər kəs Onun həqiqi İsa olduğunu bilməyəcək. Onun mukarrəb və həvassi nur-u iman ilə ONU tanıyar. Yoxsa bədahət dərəcəsində hər kəs ONU tanımayacaq. (Məktubat, 54)

Bədiüzzaman həzrətləri hz. İsanın (ə.s.) dünyaya gəldiyinin ilk illərində ancaq yaxın tələbələri tərəfindən imanın nuru ilə tanına biləcəyini, yoxsa hər kəsin açıqca onu tanıya bilməyəcəyini bildirir.

Hətta həzrət-i İsa əleyhissalamın nüzulu belə və özü İsa əleyhissalam olduğu, nur-u imanın diqqətiylə bilinər, hər kəs bilə bilməz. (Şüalar, 487)

Hz. İsa (ə.s.) yer üzünə ilk gəldiyi vaxt (nüzul etdiyi vaxt) imtahan sirri olaraq özünü tanımayacaq. Tələbələri də imanın nuru ilə ONU zənn-i qaliblə (böyük zənnlə) sonradan tanıyacaqlar. Hər kəs Onun hz. İsa (ə.s.) olduğuna dərhal qənaət gətirə bilməyəcək. Kiçik bir Xristian qrup içərisində mübarizəsinə başlayacaq.

İsa (ə.s.) tam mənasıyla zühur etdikdən sonra görə bilən hər kəs onu görəcək və həqiqi İsa (ə.s.) olduğunu biləcəklər. Lakin yenə də "Görəsən həqiqətən İsa budurmu?" deyə şübhə edənlər olacaq. Belə şübhəsi olanlar küfrlə günahlandırıla bilməz, çünki bu mövzu bir Əqaid mövzusu deyil. Tək belə şübhədə olanlar bu mübarək şəxsin bolluğundan, bərəkətindən məhrum qala bilər.

İsanın (ə.s.) kiçik bir camaatı olacaq:

İsa əleyhissalamı nur-u iman ilə tanıyan və ona tabe olan camaat-i ruhaniyə-i mücahidinin kəmiyyəti, Dəccalın məktəb və əsgəri, elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir. (Şüalar, 495)

Hz. İsa (ə.s.) kiçik bir camaat içərisində vəzifəyə başlayacaq. Daha çox İsrail və İsrailə yaxın bölgələrdə fəaliyyət göstərəcək. Məktəblərdə və əsgəri vahidlərdə tələbələri olacaq, ilk başda özlərini gizləyəcəklər. (Doğrusunu Allah bilər.) 

 Hakim ət-Tirmizi, "Nəvdirü l Üsul"da belə nəql etmişdir. Peyğəmbərimiz (s.ə.v.):

 Məryəm oğlu İsa ümmətim içində həvarilərindən bir sıra xalqı tapacaq. Başqa rəvayətdə isə Peyğəmbərimiz (s.ə.v.) üç dəfə: Şübhəsiz ki, Məsih (İsa) əleyhissalam bu ümmətdən bəzi qövmlərə yetişəcək ki, onlar sizin kimidirlər. Yaxud sizdən daha xeyirlidirlər. İlkində mənim, sonunda Məsih (İsanın) olduğu bir ümməti Allah əsla utandırmaz, buyurmuşdur. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 501

Rəsulullah (s.ə.v.) əfəndimiz belə buyurdu:

And içirəm ki, Məryəm oğlu İsa o gün yer üzünün ən xeyirli 800 kişi ilə 400 qadından ibarət şəxsin yanına enəcək. Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətlər, 498

Hz. İsa (ə.s.) haqqında bəzi hədislər mütəşabihdir:

Bədiüzzaman Səid Nursi İsanın (ə.s.) enməsinə və dəccalı öldürməsinə aid hədislərin mütəşabih (bənzətmələrlə izah edilən) hədislərdən olduğunu, şübhəsiz təvilinin edilməsi, yəni mütəşabihatının açıqlanması lazım olduğunu izah edir. Əks halda, alimlərin bu hədislərin mütəşabihatına fikir vermədən, zahirinə baxıb şübhəyə düşdüyünü və ya hədisi tamamilə rədd etmə yoluna getdiklərini ifadə edir.

Axırzamanda hz. İsa (ə.s.) nüzuluna və dəccalı öldürməsinə aid hədis-i şahihanın mənayi həqiqiləri aydın olmadığından, bir qisim zahir üləmalar o rəvayət və hədislərin zahirinə baxıb şübhəyə düşmüşlər; və ya səhhətini inkar edib, və ya xürafəvari bir məna verib sanki muhal bir surəti gözləyən bir tərzdə avam-i müsliminə zərər verərlər. Mülhidlər isə bu kimi zahircə ağıldan çox uzaq hədisləri şər-i rüştə edərək həqaiq-i İslamiyəyə təzyifkəranə baxıb hücum edirlər. Risalə-i Nur bu kimi əhadis-i mütəşabihənin həqiqi tə villərini Quran bolluğuyla göstərmiş. Hələlik nümunə olaraq bir tək misal bəyan edirik. Belə ki: hz. İsa (ə.s.) dəccal ilə mübarizəsi zamanında, hz. İsa (ə.s.) onu öldürəcəyi vaxtda, on ərşin yuxarıya atlayıb sonra qılıncı onun dizinə yetişdirə bilən dərəcədə, bədəndə o dərəcə dəccalın heykəli hz. İsa əleyhissalamdan on, bəlkə iyirmi misli yüksək qamətli olmaq lazım gəlir. Bu rəvayətin zahiri ifadəsi sirr-i təklifə və sirr-i imtahana münafi olduğu kimi növ-i bəşərdə cari olan adətullaha müvafiq düşmür. (Kastamonu Lahikası, 49)

Rəvayətdə deyilir ki: İsa Əleyhissalam dəccalı öldürdüyü münasibətiylə "dəccalın fövqəladə böyük və minarədən daha yüksək bir əzəmət-i heykəldə və həzrət-i İsa əleyhissalam ona nisbətən çox kiçik olduğunu..." göstərər.

Bunun təvili belədir:

İsa əleyhissalamı nur-u iman ilə tanıyan və tabe olan camaat-i ruhuya-i mücahidinin kəmiyyəti dəccalın məktəb və əsgəri elmi və maddi ordularına nisbətən çox az və kiçik olmasına işarə və kinayədir. (Şüalar, 495)

Bədiüzzaman həzrətləri hədisdə İsa əleyhissalamın dəccal ilə mübarizəsində onu öldürəcəyi vaxtda on arşın (5 metr) yuxarıya atladıqdan sonra qılıncı ancaq onun dizinə yetişdirə bildiyi dərəcəsində dəccalın İsaya (ə.s.) nisbətən boyunun on-on iki qatı (18-20 m) uzun olması lazım olduğunu izah edir. Belə bir yaradılış, Allahın qüdrəti daxilində olmaqla birlikdə adətullaha zidddir.

Adətullah: Allahın kainatda qoyduğu dəyişməz qanunlar.

Ancaq bu gözləmə tərzi dəccalın əsgəri gücü, təhsil ocaqları və hər sahədə maddi baxımdan üstün orduları ilə müqayisədə İsa (ə.s.) və camaatının sayca daha az olduğuna işarə etdiyi şəklində açıqlansa, məsələ daha məntiqli şəkildə aydın olar.

İzlənmə sayı: 2119