Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

Hər yüz illiyin əvvəlində mücəddid göndərilməsi

Mücəddid: yeniləyən, yeniləyici. Səhih hədislərlə bildirilən, hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlamaq üçün göndərilən böyük alim və peyğəmbərimizin (s.ə.v.) varisi olan şəxs.

Əshabi Kutub-i Sittədən İmam-i Hakim "Müstədrək"ində və Əbu Davud "Kitab-i Sünənində; Beyhaki, "Suab-i İman"da təhric etdilər: "Hər yüz ildə Cənab-i Haqq bir mücəddid-i din göndərir." Hədisi şərifinə məzhər və masadak və müzhir-i tam olan Mövlana əssəhir qutbül-arifin, qəvsül vasilin, varis-i Muhəmmədi, kamilüt-təriqətül-aliyyə və-l mücəddidiyyə  Xalid-i Zülcənahəyn Quddisə sirruhu ... ilh...  (Barla Lahikası , 119)

Hər əsrin əvvəlində bir mücəddid (dini canlandıran, yeniləyən) göndəriləcəyini Rəsulullah (s.ə.v.) əfəndimiz hədisləriylə müjdələmişdir. Küfrün, fahişəliyin, azğınlığın və dəlalətin hədd mərhələyə çatdığı hicri 1400-cü ildə (1979-1980). Yəni 14-cü əsrin əvvəlində də hədisin xəbər verdiyi kimi bir mücəddidin göndərilməsi lazımdır. Bu da hədislərin və alimlərin izahlarına görə, İslam aləminin 1400 ildir gözlədiyi Mehdidir.

Əbu Hüreyrənin rəvayətinə görə, Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. Sünən-i Əbu Davud, 5/100

Hər yüz ilin əvvəlində bu ümmətin üləması arasından bir mücəddid gələcək və şəriəti  canlandıracaq. Xüsusilə, aradan min il keçdikdən sonra. Belə ki, aradan min ilin keçdiyi,  keçən ümmətlərdə ulüləzm bir peyğəmbərin gəldiyi vaxtdır. (Məktubat-i Rəbbani, 1/520)

Bədiüzzaman Səid Nursi hicri 13-cü əsrin mücəddididir

Şamlı Hafiz Tofiq əfəndi bir risaləsində Mövlana Xalid Bağdadi  ilə Bədiüzzaman Səid Nursi həzrətlərinin həyatlarını müqayisə etdiyini və dörd mühüm təvafüqlə qarşılaşdığını belə izah edir:

Birincisi: Həzrət-i Mövlana 1193-cü ildə dünyaya gəlmişdir. Ustadım Ərəbi 1293-cü ildə. Mövlana Xaliddən yüz il sonra dünyaya gəlmişdir.

İkincisi: Həzrət-i Mövlananın təcdid-i din mücahidəsinə olan başlanğıcı və müqəddiməsi Hindistanın paytaxtına 1224-cü ildə girmiş. Ustadım isə eynilə yüz il sonra, 1324-cü ildə Osmanlı Səltənətinin paytaxtına girmiş, mücahədə-i mənəviyyəsinə başlamışdır.

Üçüncüsü: Əhl-i siyasət, həzrət-i Mövlananın fövqəladə şöhrətindən təvəhhüm edərək diyar-i Şama nəql-i məkan etdirilməsi 1238-ci ildə vaki olmuşdur. Ustadım isə, eynilə yüz il sonra 1338-ci ildə Ankaraya gedib, onlarla uyğunlaşa bilməyib, onları rədd edərək - küsərək - təkrar Vana gedib, bir dağda inziva edərkən 1338-ci ilin ardınca, Şeyx Səid hadisəsinin vaqe olması münasibətiylə əhl-i siyasətin vəhminə toxunmuşdur. Ondan qorxaraq Burdur və İsparta vilayətlərində doqquz il iqamət etdirilmişdir.

Dördüncüsü:  həzrət-i Mövlana Xalid yaşı iyirmiyə çatmadan əvvəl əllamə-i zaman hökmündə, fühul-i üləmanın üstündə görünmüş, dərs oxutmuşdur. Ustadım isə tarixçə-i həyatını görənlərə və bilənlərə məlumdur ki, on dörd yaşında icazət alıb, aləmi üləma-i zamanla muarazaya girişmiş; on dörd yaşında ikən, icazət almağa yaxın tələbələri tədris etmişdir.

Əlhasil: Başdakı hədisin "hər yüz ilin əvvəlində dini təcdid edəcək bir mücəddidi göndərir" müjdəsinin xəbərinə müvazi olaraq həzrət-i Mövlana Xalid, - əksər əhl-i həqiqətin təsdiqiylə - 1200-cü ilin, yəni on ikinci əsrin mücəddididir. Madam tam yüz il sonra, eynilə dörd cəhətdə təvafüq edərək Risalə-i Nur əczaları eyni vəzifəni görmüşdür.. Qənaət verər ki - nəss-i Hədis ilə - Risalə-i Nur təcdid-i din barəsində bir mücəddid hökmündədir. (Barla Lahikası 119-121)

Yuxarıdakı izahlarda Mövlana Xalidin 12-ci əsrin, Bədiüzzaman Səid Nursinin də 13-cü əsrin mücəddidi olduğu aydın olur. Mehdinin isə 14-cü əsrin mücəddidi olaraq hicri 1400-cü ilin əvvəllərində çıxması gözlənilir.

Bədiüzzaman həm özündən sonra gələcək mücəddid olması, həm də ümmətin 1400 ildir şövq və həyəcan qaynağl olması səbəbindən, hz. Mehdidən çox açıq və təfərrüatlı bəhs etmişdir.

Mehdi hicri 14-cü əsrdə gələcək

Axırzamanda həyatın geniş dairəsində əsl sahibləri, yəni Mehdi və tələbələri, Cənab-i Haqqın izniylə gəlir, o dairəni genişləndirir və o toxumlar sünbüllənir. Bizlər də qəbrimizdə seyr edib Allah’a şükr edirik. (Sikkə-i Təsdiq-i Qeybi, 138-Kastamonu Lahikası, 72)

Çox zaman əvvəl bir əhl-i vəlayətdən eşitdim ki, o şəxs köhnə vəlilərin qeybi işarələrindən istihrac etmiş və qənaəti gəlmiş ki; "Şərq tərəfindən bir nur zühur edəcək, bidətlər zulümatını dağıdacaq." Mən belə bir nurun zühuruna çox intizar etdim və edirəm. Lakin çiçəklər baharda gəlir. Elə qudsi çiçəklərə zəmin hazır etmək lazım gəlir. Və anladıq ki, bu xidmətimizlə o nurani şəxslərə zəmin göstəririk.  (Sikkə-i Təsdiq-i Qeybi- 189 Məktubat, 345)

O irəlidə gələcək acib şəxsin bir  xidmətkarı və ona yer hazır edəcək bir dümdarı və o böyük komandirin pisar bir nəfəri olduğunu zənn edirəm. (Barla Lahikası, 162)

Bədiüzzaman həzrətləri yuxarıdakı izahlarında; etdiyi işlərlə Mehdiyə uyğun mühit hazırladığını və Mehdi gəldikdə özünün vəfat etmiş olacağını, Mehdinin xidmətlərini öz qəbrindən seyr edəcəyini ifadə etmişdir.

Risalə-i Nur Külliyatındə Mehdinin mübarizə və hakimiyyət dövrləri ilə bağlı verilən əbcədlər:

9/32- Ağızlarıyla Allah’ın nurunu söndürmək istəyirlər. Halbuki, kafirlər istəməsə də Allah öz nurunu tamamlamaqdan başqasını istəmir... ayəsindəki .... "Allah , öz nurunu tamamlamaqdan başqasını istəmir" cümləsi haqqında Bədiüzzaman həzrətləri belə demişdir.

İndi xatirə gəldi ki, əgər şəddəli "lamlar" və "mimlər" iki sayılsa bundan bir əsr sonra zülumatı dağıdacaq şəxslər isə həzrət-i Mehdinin şagirdləri ola bilər. (Şüalar / 605)

Bu ayənin əbcəd dəyəri ilə (1424-Miladi: 2004) Mehdi liderliyində İslamın Dünya hakimiyyəti dövrlərinə diqqət çəkilir.

2/257- ... inkar edənlərin vəliləri isə tağutdur... ayəsindəki  "tağut"  (küfrün fikir sistemi) sözünün öz içində çökmə və məhv olma tarixini də Bədiüzzaman (əbcəd dəyərini) 1417 (miladi 1995) olaraq vermişdir.

Bu zamanda elə fövqəladə hakim cərəyanlar var ki, hər şeyi öz hesabına aldığı üçün fərziyyə-i həqiqi gözlənilən və bir əsr sonra gələcək o şəxs belə bu zamanda gəlsə, hərəkatını o cərəyanlara dəyişdirəcək deyə təxmin edirəm. (Kastamonu Lahikası, 57)

Bədiüzzaman Səid Nursi, "həqiqi gözlənilən və bir əsr sonra gələcək o şəxs" deyərək Mehdinin hələ gəlmədiyini, Müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir. Bədiüzzaman həzrətləri hicri 13-cü əsrdə yaşamışdır. Ondan sonra gələcək əsr hicri 14-cü əsrdir. Bu əsr Mehdinin çıxış zamanıdır.

"Elə bu həqiqəti bilməyən insafsız deyir ki: "Axirətin təfsilatını dərs alan diqqətli, iti nəzərli olan səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq olaraq fikirləri düşmüş kimi, gələcək-i dünyəvidə min dörd yüz il sonra gələcək bir həqiqəti əsrlərində yaxın zənn etmişlər?"  (Sözlər, 318)

"1400 il sonra gələcək bir həqiqəti"

Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmiş, tam 1400 deyilmişdir. Yəni hicri 14-cü əsr. Hicri 1400-cü il ümmətin başsız qaldığı, fahişəliyin, azğınlığın, küfrün son mərhələyə çatdığı, Müsəlmanların maddi və mənəvi böyük itkilərə məruz qaldığı bir əsrin başlanğıcıdır. Madam hər əsrin əvvəlində bir mücəddid (dinin yeniləyicisi, dini bidətlərdən, sapmalardan qoruyan) göndərilmiş, bu ümmətin fəsadı zamanında da bunu dağıdacaq, küfrü yox edəcək Müsəlmanların birləşməsinə səbəb olacaq bir mücəddidin gəlməsi lazımdır. Bu da Müsəlmanların 1400 ildir gözlədiyi hz. Mehdidir.

Bədiüzzaman həzrətlərinin Şam xütbəsi

Bədiüzzaman həzrətləri (hicri) 1327-ci ildə Şamda Əməvi Məscidində on min nəfərlik bir camaata verdiyi xütbəsində 1371-ci ildən sonrakı İslam aləminin gələcəyi ilə bağlı izahlar vermiş, axırzamandan müxtəlif tarixlər verərək, gözlənilən Mehdinin mübarizə zamanlarına və sonunda onları məğlub edəcəyi tarixə diqqət çəkmişdir.

1371-ci ildən sonrakı aləm-i İslamın müqəddəratına nəzər salan Xütbə-i Şamiyədəki həqiqətlər...
Bəli indi olmasa da otuz-qırx il sonra fən və həqiqi bacarıq və mədəniyyətin məhasını  o üç qüvvəti tam təchiz edib, cihazatını verib o doqquz maneəni dəf etmək üçün taharri-i həqiqət məyəlanını və insaf və söhbət-i insaniyəni o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşaAllah yarım əsr (əlli il) sonra onları darmadağın edəcək. (Xütbə-i Şamiyə, 25)

Bəli indi (1371) olmasa da otuz - qırx (30-40) il sonra...

1. Fən: Müsbət elmlər, biologiya, fizika, kimya və s.

2. Həqiqi bacarıq: hünər, sənət , elm və fənlərlə öyrənilən məlumat.

3. Mədəniyyətin məhasını; mədəniyyətin faydalarını o üç qüvvətlə təchiz edib, lazımlı ehtiyacını qarşılayıb o doqquz maneəni dəf etmək üçün

1. taharri-i həqiqət məyəlani; həqiqəti araşdırma meyli
2. İnsaf
3. Söhbət-i insaniyəni: insan sevgisini.

O doqquz düşmən sinfinin cəbhəsinə göndərmiş inşaAllah yarım əsr sonra (50 il) onları darmadağın edər.

İzlənmə sayı: 945