Quranda qiyamət əlamətləri »

Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik. (Qəsas surəsi, 59)

...Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik. (İsra surəsi,15)

Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik. (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq! (Şuəra surəsi, 208-209)

Ayələrdə bildirildiyi kimi, Allah məmləkətlərin mərkəzi məskunlaşma yerlərinə xəbərdar edən-qorxudan elçilərini göndirir. Bu elçilər də insanlara Allah’ın əmrlərini çatdırırlar. Ancaq inkarçı məmləkətlər hər dövrdə özlərini xəbərdar edən elçiləri ələ salıb, yalançılıq, mənfəətçilik, dəlilik kimi müxtəlif böhtanlarla onları günahlandırıblar. Əxlaqsızlıq və azğınlıqlarına davam edən bu məmləkətləri Allah heç gözləmədikləri anda böyük fəlakətlə həlak edib. Nuh, Lut, Ad, Səmud xalqlarının və Quranda bəhsi keçən digər qövmlərin ibrət verici aqibətləri bu həlaka nümunədir.

“Əhzab”surəsinin 40-cı ayəsində xəbər verildiyi kimi, Peyğəmbərimiz (s.ə.v) son peyğəmbərdir. Hz. Muhəmməd, "... Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin (nəbilərin) sonuncusudur." (Əhzab surəsi, 40) Başqa ifadə ilə desək, hz. Muhəmməd vasitəsilə Allah’ın insanlığa göndərdiyi vəhylər tamamlanmışdır.  Buna görə də, Peyğəmbərimizin təbliğ etdiyi Qurandan bəhs olunması və Allah’ın əmrlərinin xatırladılması qiyamətə qədər bütün müsəlmanların üzərinə düşən məsuliyyətdir.

İzlənmə sayı: 992