Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

Mehdinin İstanbulu Mənən Fəth etməsi

 Allah Onun əli ilə Konstantiniyyəni fəth edəcək.

Naim b. Hammad, Cəfərdən təhric etdi: 
Hz. Mehdi ordusunu hər tərəfə göndərər. Zülm və zalımların hamısını yox edər. Diyarlar onun əmrinə tabe olar. Allah’u Təala Onun əlindəki Konstantiniyyənin fəthini müyəssər edər. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 56

 Allah Konstantiniyyəni çox sevdiyi dostlarının əhlinə fəth edəcək. Qiyamət Əlamətləri, 181

 …Müxtəlif ölkələrdən bir çox alim bir-birlərindən xəbərsiz şəkildə Mehdini axtarmaq üçün yollara çıxacaq və hər birini 310-a qədər insan müşayiət edəcək. Sonda hamısı da Məkkədə görüşərlər və bir-birlərinə bura nə üçün gəldiklərini soruşduqda hamısı da:  "Bu fitnəni önləyəcək və Konstantiniyyəni fəth edəcək olan Mehdini axtarırıq, çünki biz onun atasının, anasının və ordusunun adlarını öyrəndik" - şəklində cavab verdilər. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 52. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 42. Qiyamət Əlamətləri, 169

Əbu Hüseyin Əhməd ibn Cəfər-əl Münadi "Kitab-ul Məlahim"ində Əbu Hureyredən təhric etdi: 

Doğrunu, yanlışı ayırd edən, aldatmayan, oğurlamayan və dininə bağlı əmiriniz Konstantiniyyəni fəth edəcək.  Mehdilik və Imamiyyə , 196

Mehdi Konstantiniyyə və Deyləm dağını fəth edəcək. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 27

İbni Mace Əbu Hureyredən (r.ə.) rəvayət etmişdir:

Dünyadan heç bir zaman qalmayıb ancaq tək bir gün qalsa belə o gündə mənim ailəmdən bir şəxsin  Deyləm dağına (yaxud əyalətinə) və Konstantiniyyə şəhərinə sahib olması üçün Allah (c. c.) şübhəsiz o günü uzadacaq. Kitab-ül Bürhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 74 Ölüm-Qiyamət -Axirət və Axırzaman Əlamətlər, 440

Mehdi Konstantiniyyənin fəthi əsnasında səhər namazı üçün dəstəmaz alarkən bir bayraq sancacaq, dəniz ikiyə ayrılaraq su özbaşına uzaqlaşacaq və açılan yolu izləyən hz. Mehdi qarşı sahilə keçəcək. Qiyamət Əlamətləri, 181. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 57

Allah Konstantiniyyəni çox sevdiyi dostlarının əhlinə fəth edəcək. Qiyamət Əlamətləri, 181

Hz. İbni Əmrdən (r.ə.) rəvayət edilmişdir: Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Ey Ümmət! Altı şey vardır ki; onlar olmadan qiyamət qopmaz… (altıncısı) mədinənin fəthi.
-Deyildi ki : Hansı mədinə? (Hansı şəhər?)
-Buyurdu ki: Konstantiniyyə.
(*) Bu Konstantiniyyənin Mehdi tərəfindən ediləcək fəthidir.
Qiyamət Əlamətləri , 204
Ramız-əl Əhadis, 296

Natiq, Müttəfək və Müftərəkində Əbu Hureyrədən təhric etdilər:

Rumlar mənim soyumdan və adı adıma uyğun bir valiyə (qubernator) (Mehdiyə) qəddarlıq etdikdən sonra Amik deyilən yerdə sizinlə döyüşəcəklər. Burada Müsəlmanların üçdə biri öldürülər. Üçüncü gün isə döyüş Rumlar əleyhinə dönər. Müsəlmanlar beləcə döyüşə davam edərlər və Konstantiniyyəni fəth edər və oradakı malları bölərlər. Elə bu anda "Dəccal sizin evinizə girmiş və uşaqlarınızı əsir almışdır" şəklində bir səs duyacaqlar.
Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman 73

(Mehdi) Rumlarla 3 gün döyüşəcək. 3-cü gün qalibiyyət onun olacaq. Konstantiniyyə fəth olana qədər döyüşə davam edəcək. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 29

Mehdi çətin bir hərblə Rumla döyüşəcək, Konstantiniyyəni fəth edəcək.

 Rumlar Amak və ya Dabik deyilən yerlərə enmədikcə qiyamət qopmaz. O vaxt mədinədən (şəhər) yer üzü xalqının ən xeyirlilərindən bir ordu Rumlara qarşı çıxar. Rumlar Müsəlmanlara: "Bizimlə, bizdən əsir olanlar arasını boşaldın, onlarla hərb edək." - deyərkən Müsəlmanlar da "Xeyr əsla boşaltmarıq, sizə yol vermərik" deyə cavab verərlər. Dərhal sonra iki ordu döyüşərlər. Sonunda islam ordusunun üçdə biri qaçar ki, Allah onlara əbədi olaraq tövbə ilham etməz, üçdə biri şəhid olar. Onlar Allah nəzdində şəhidlərin ən fəzilətlisidirlər. Üçdə biridə düşməni məğlubiyyətə uğradıb fəthə davam edər və heç bir zaman fitnəyə düşməzlər. Bu müzəffər ordu Konstantiniyyəni fəth edər. Ölüm-Qiyamət -Axirət və Axırzaman Əlamətlər, 443

İbni Cərir təfsirində Sudiydən təhric etdi:

Allah-u Təalanın "Onların dünyadakı zilləti Mehdinin çıxıb Konstantiniyyəni fəth etməsi və Rumları məğlub etməsidir. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 76

Əmr b. Avfdən (r.ə.) rəvayət edilmişdir.

Siz şübhəsiz Bənül-Asfar ilə döyüşəcəksiniz. Sizdən sonra gələnlər də onlarla döyüşəcəklər. Nəhayət Allah yolunda heç bir qınayanın qınamasından qorxmayan seçmə Müsəlmanlar onlarla döyüşə çıxacaqlar və təsbehlər və təkbirlərlə Konstantiniyyəni fəth edəcəklər.  Sünen-i İbni-i Mace, 10/359

Konstantiniyyə haradır?

Konstantiniyyə şəhərini bir qisim ravilər öz ictihatlarına görə, Roma olaraq anlamışlarsa da hədislərdə Konstantiniyyənin bugünki Roma şəhəri olduğuna dair açıq bir ifadə yoxdur. Əksinə dəlillər Konstantiniyyənin İstanbul şəhəri olduğunu göstərir.

Konstanniyyə: İslam dünyasında İstanbul şəhəri üçün istifadə edilmiş adlardan biri. 
Böyük Lüğət, TÜRDAV

İstanbul tarix boyu müxtəlif adlarla xatırlanmışdır. Ən qədim adı Bizantiondur. 196-cı ildə imperator Septimusun oğlu Antoniusun şərəfinə şəhər Antoninia adlandırılmış, lakin 330-cu ildə imperatorluq mərkəzi Romadan bura köçürülüncə, şəhərə İkinci Roma adı verilmişdir. V əsrdə bu ad Yeni Roma olaraq dəyişdirilmişdir. Lakin sonralar o zamana qədər xalqın istifadə etdiyi Konstantinopolis=Konstantin şəhər qəbul edilmişdir.  Respublika Ensiklopediyası

Bu şəhər (bugünki İstanbul) IV əsrdən etibarən buradakı imperatorun adına Constantinopolis adını aldı. 
Meydan Larousse

325-ci ildə Roma imperatoru olan Constantinusdan sonra bu şəhər onun adı ilə xatırlanmağa başlandı. 
Gelisim Hachette Ensiklopediyası

İmperator Constantin köhnə Bizansı öz adıyla xatırlanmağa başlayan yeni bir paytaxt etmişdir. 
Dünya Tarixi və Çag. Uyg. Ansk.

Bəzi rəvayətlər isə Roma və Konstantiniyyəni (İstanbul) ayrı şəhərlər olaraq qiymətləndiriblər.

Mehdi sahib olduğu qüvvələrlə birlikdə Romanı, Konstantiniyyəni və Qızıl kilsəni fəth etmək üçün yola çıxar. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 441

Həmçinin başqa rəvayətlərdən də Konstantiniyyənin İstanbul şəhərinə işarə etdiyini anlayırıq. Bu şəhər dəniz sahilində və bir çayın mənsəbi üzərində qurulmuşdur. 

Bu ordunun hərəkət etməsi və göndərilməsi Məğrib dağındakı Masinə deyilən mövqedə, dəniz sahilindən olacaq. Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətlər, 439

"Ikdid-dürər"isimli əsərdə belə qeyd olunmuşdur:

Konstantiniyyənin yeddi suru vardır. O Rum dənizinə tökülən çay mənsəbi üzərində qurulmuşdur. Dənizi Rum ellərinə və Əndəlisə doğru uzanıb gedər. Qiyamət Əlamətləri, 181

Rumiyyə haradır ?

Hz. Mehdi (ə.r.) və səhabələrinin fəth edəcəyi yer bəzi rəvayətlərdə Konstantiniyyə, bəzi rəvayətlərdə də Rumistan olaraq keçir.

Huzeyfə b. Yəməni Mehdi qissəsi və Rumiyyənin fəthi haqqında Rəsulullahdan (s.ə.v.) rəvayət etdi. 

Mehdinin əsgərləri 4 təkbir gətirdiyi zaman Rumiyyənin divarları yerlə bir olacaq…  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 74

Hz. Mehdi Rumistanı 4 təkbirlə fəth edəcək… 
(Mehdi) Rum qalalarını və Rumistanı təkbirlərlə fəth edəcək. 
…Hz. Mehdi və ordusu içində Kapitan bazarın və hər bir bazarda yüz min biznesmenin olduğu Rumistan diyarına gəlir.  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 35-46-36

Rumistan olaraq adlandırılan bu şəhərin hara olduğunu İbn-i Həcər-i Məkki belə izah edir. 

Tarixçilər Rumistan olaraq adlandırılan bu diyarı dünyadakı heç bir şəhərdə mövcud olmayan bir sıra xüsuslarla səciyyələndirirlər. Bu xüsusiyyətlərə ən yaxın olan da Konstantiniyyədir. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 31

Göründüyü kimi, Rumistan və Konstantiniyyə eyni şəhərə verilən fərqli adlardır, hər ikisi də İstanbuldur.

Quran-i kərimdə mübarək diyarlardan məmləkətin əsas mərkəzlərinə, yəni baş şəhərlərinə göndərilən elçilərdən bəhs edilir:

 

28/59- Sənin Rəbbin (şəhərlərdən) ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.

Türk Milləti və 700-1400-cü illər

Tarixin seyri içində 700-ci illər türklər üçün çox əhəmiyyətli hadisələrin başlanğıc illəri olmuşdur. Məsələn;

Oğuz Xanın ortaya çıxışı       : Hicrətdən   1400   il əvvəl
Türklərin Çini zəbti: Hicrətdən   700  il əvvəl
Səlcuqluların Müsəlman olması: Hicrətdən   350   il əvvəl
Səlcuqluların hökm sürməsi: Hicrətdən   350   il əvvəl
Osmanlı Dövlətinin quruluşu: Hicrətdən   700   il əvvəl

İşari mənada ayə tərcüməsi: 

15/87- (Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.

İlk böyük qiyamət əlaməti sayılan Mehdi əleyhissalam Bədiüzzaman və Suyuti kimi qiymətli alimlərin izah etdiyi kimi, hicri 1400-cü (miladi: 1979-80) ildə çıxacaq, başqa sözlə, Mehdi və onun liderliyində İslamın dünya hakimiyyətinə ilk addım bu illərdə atılmış olacaq.

Mehdinin 1400-cü ildə çıxması, ilk ordusunu türklərdən qurması, yenə bu ordunu türklərə göndərərək (*) Konstantiniyyəni (bugünki İstanbul) mənən fəth etməsi yuxarıda söylədiyimiz məsələyə daha fərqli bir məna qazandırır.

(*) (Baxın, Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 42. 50.72 səhifələr) 

Mehdinin zühur etdiyində tanınması

İbni Əbu Seybə, Asim b. Ömər Bəcəlidən təhric etdi. 
Bir adam (Mehdi) səmadan adıyla mütləq çağırılacaq və dəlil onu inkar etməyəcək, heç bir şey ona mane olmayacaq. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 52

Asim b. Əmr Bəcəlidən rəvayət edilmişdir : Göydən bir səs gələcək, onu nə dəlil inkar edəcək və nə də dəlil olduğu inkar ediləcək.  Qiyamət Əlamətləri, 200

Onun adıyla səmadan bir nida gələcək və heç kim onun Mehdiliyini inkar etməyəcək.  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 47

Bir təvili budur ki: 

Hz. Mehdi (ə. r.)  zühur etdikdə, Rəsulullah (s.ə.v.) əfəndimizin bildirdiyi xüsusiyyətləri, mübarizəsi, ordusu, fəth edəcəyi yerlər…  bütün hədislərlə uyğunluq göstərəcək, bu mövzuda şübhə və tərəddüd olmayacaq. Hər kəs tam qərara gələrək onun Mehdiliyini təsdiq edəcək.

Mehdinin çıxışının elan edilməsi

Səmadan zühur edən bir əl və "Əmiriniz Mehdidir" şəklində bir səs eşidilənə qədər ayrılıq və ixtilaflar davam edəcək. Əl-Qavlul Fi əlamətil Mehdiyy-il Müntəzər, 55

O günün əlaməti: Səmadan bir əl uzanacaq və insanlar ona baxacaq və görəcəklər.  Əl-Qavlul Fi Əlamətil Mehdiyy-il Müntəzər, 55

Əsmə binti Umeysdən (r.ə.) rəvayət edilmişdir: O günün əlaməti səmada uzadılmış və insanların özünə baxıb dayandığı bir əldir. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, 69

Hədisdə keçən "əl" bilinməyən bir gücə işarə edir. Uca Allah’ın c. c. əl(yəd)indən Quran-i kərimdə bəhs olunur və bu əlin bizim bildiyimiz mənada bir əl olmadığını bilirik.

48/10- (Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında beyəti-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allah’a beyət etmiş olurlar. Allah’ın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allah’la etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!

Bu ayədə bəhs edilən "əl" (Allah’ın əli); 

3/7-  Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki, onların yozumunu (həqiqi mənasını) Allah’dan (yaxud Allah’dan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.

Ayə bəhs edilən mütəşabih ayələrdən biridir. Eyni şəkildə yuxarıdakı hədislərdə bəhs edilən "əl" də bunun kimi fərqli mənada mütəşabih bir ifadədir.

Allah’u aləm Səmadan yayılan televiziya verilişinə aid dalğalar bir növ əl kimi bir gücü meydana gətirir. Bu əl dərhal hər evə uzanır və hər kəs tərəfindən görünə bilir. "…İnsanlar ona baxacaq və görəcəklər." cümləsi də bu xüsusa işarə edir. Bu mövzuda digər rəvayətlər də belədir :

Səmadan bir səs onu adıyla çağıracaq və şərqdə, qərbdə, hətta yuxuda olan belə bu səsi eşidəcək və oyanacaq.  Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 56

Onun adıyla səmadan nida gələcək və heç kim onun Mehdiliyini inkar edə bilməyəcək.  Əl-Qavlul Müxtəsaə Fi Əlamətil Mehdiyy-il Müntəzər, 49

Bir adam səmadan adıyla mütləq çağrılacaq və dəlil onu inkar etməyəcək, heç nə ona mane olmayacaq.  Kitab-ül Bürhan Fi Əlamət əl Mehdiyy-il Axırzaman, 52

İlk hədisdə "…İnsanlar ona baxacaq və görəcəklər" ifadəsi ilə televiziya verilişinə diqqət çəkiləcəyi kimi bu hədisdə də "Səmadan bir səs onu adıyla çağıracaq…" ifadəsiylə eyni zamanda  radiolardan da nəşr oluna bilən səsli bir nəşriyyata diqqət çəkilir. (Allah’u aləm) Və yenə səmadan Mehdini çağıracaq bu səs həm şərqdə, həm qərbdə, dünyanın hər tərəfində eşidilir, bu səsi hər qövm öz dilində eşidir. 

İkdid-Durərdə deyir ki: Bu səs bütün yer üzünə yayılacaq, hər qövm öz dilində eşidəcək. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 51. Qiyamət Əlamətləri, 201

Səmadan ərz əhlinə şamil olan bir səs ki, hər kəs bunu öz dilində eşidər.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 37

Rəvayətlərdən aydın olur ki, hz. Mehdi (ə. r.) zühur etdikdə,  radio və televiziya kimi xəbərləşmə vasitələri ilə şərq-qərb bütün dünyaya elan ediləcək və hər millət bu səsi öz dilində eşidəcək. (Allah’u aləm)

Bədiüzzaman Səid Nursi (ə. r.) həzrətləri də eyni mənada Dəccalın çıxışı haqqında bunları söyləmişdir.

Rəvayətdə deyilir ki: Dəccal çıxdığı gün onun səsini bütün dünya eşidər… 

Allah’u aləm bu rəvayətlər tamamilə səhih olmaq şərtiylə təvilləri budur: Bu rəvayətlər möcizəvi şəkildə xəbər verir ki: 

"Dəccal zamanında vasitə-i xəbərləşmə (xəbərləşmə vasitələri) … O dərəcə tərəqqi edəcək ki, bir hadisə bir gündə bütün dünyada eşidiləcək. Radio ilə səslənər, şərq-qərb eşidər və ümumi cəridələrində (qəzetlərdə) oxunacaq deyə zühurundan on əsr əvvəl teleqraf, telefon, radiodan .. möcüzəvi şəkildə xəbər verər.  Şüalar, 496

Bu mövzuya işarə edən digər hədislər belədir:

Naim Hz. Əlidən (r.ə.) rəvayət etdi ki: 

Səmadan bir münadi "Haqq Ali Muhəmməddədir." şəklində səsləndiyi zaman Mehdi zühur edər, hər kəs yalnız Ondan danışar. Onun sevgisini içər və Ondan başqa bir şeydən bəhs etməzlər. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 33. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 40. Qiyamət Əlamətləri, 200

Çox məşhur və sona çatması mümkün görünməyən bir fitnə çıxacaq və bu fitnə səmadan 3 dəfə "Əmir Mehdidir, gerçək Odur"şəklindəki səsə qədər davam edəcək. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 55. Qiyamət Əlamətləri, 200

Göydən belə bir səs eşidiləcək: "Ey insanlar, artıq Allah Cabbarları, Münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Ümmət-i Muhəmmədin ən xeyirlisini başınıza gətirdi.."  Qiyamət Əlamətləri, 165

Mehdinin çıxdığı yer

"Yaxında sizə Xorasan tərəfdən qara bayraqlılar gələcək. Qar üzərində sürünərək də olsa onlara çatın. Çünki onların arasında Allah’ın xəlifəsi Mehdi vardır." (Hz. Sevban r.ə. / Ramız əl-Əhadis 1. Cild, Səhifə 298, Nömrə 2)

Belə rəvayət edilmişdir: "Şübhəsiz ki, axırzamanda məğrib məmləkətinin ən uzaq mövqesindən Mehdi deyilən bir şəxs çıxacaq. Və ön tərəfində qırx mil məsafə olaraq kömək gedəcək. Mehdinin bayraqları ağ və sarıdır. İçində xəttlər var. Bayraqlarında Allah’ın isimləri yazılmışdır. Onun bayrağı altındakı heç bir birlik məğlub edilməz… (İmam Şərani, Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri Müxtəsəru, (Təzkir’til-Kurtubi), sf. 438)

Mehdiyə özü istəmədiyi halda beət edilməsi

Ümmü Sələmədən (r. ə.) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.v.) belə buyurmuşdur. 

Xəlifənin ölümü anında ixtilaf olar. Mədinə xalqından bir adam qaçaraq Məkkəyə gələr. Məkkə xalqından bir qrup onu istəməməsinə baxmayaraq, (olduğu yerdən) çıxararlar. Həcər-i Əsvədlə Məqami İbrahim arasında ona beət edərlər.  Sünən-i Əbu Davud, 5/94  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 20

Hz. Mehdi insanların "Əgər qəbul etməsən, sənin boynunu vurarıq" şəklindəki təzyiqlərindən sonra Rükn və Məqam arasında beətləri qəbul edəcək. Onun yanına böyük bir fitnədən sonra özlərinə hökm etməsi üçün gediləcək və ancaq ölümlə hədələləndikdən sonra başa keçməyə razı olacaq. Ondan sonra insanlar arasında bir damla qan tökülməyəcək. Hz. Mehdi istəmədiyi halda ona beət edəcəklər. Daha sonra hz. Mehdi onlara 2 rükət namaz qıldıracaq və Məqamın yanında minbərə çıxacaq. Əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 34,50 44

Naim b. Hammad İbni Məsuddan təhric etdi:

Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman müxtəlif diyarlardan yeddi alim hər birinin bərabərində üç yüz on adam olduğu halda, bir-birlərindən xəbərsiz bir şəkildə Məkkədə bir araya gəlirlər. Biri digərinə "Burada nə axtarırsan?" deyə soruşar. Ona belə deyərlər: "Biz O şəxsi axtarmaq üçün gəldik ki, fitnələr Onun əliylə sönə bilər. Konstantiniyyə Onunla fəth edilər. Biz Onun Məkkədə olduğunu da bilirik. "Bu yeddi alim bu mövzuda birləşərlər. ONU axtararlar və Məkkədə taparlar. Və özünə "Sən filan oğlu filansan" deyərlər. O isə "Mən yalnız Ənsardan biriyəm" deyər. Onların əlindən xilas olar. ONU tanıyan və bilənlərdən soruşarlar, bundan sonra "axtardığınız sahibiniz Odur və Mədinəyə getmişdir" deyilər. Bu dəfə ONU axtararlar, halbuki, O təkrar Məkkəyə qayıtmışdır. ONU  təkrar Məkkədə taparaq yenə, "Sən filan oğlu filansan, anan da filan qızı filandır, səndə bu əlamətlər vardır, birinci dəfə bizdən xilas oldun, uzat əlini, sənə beət edək" deyərlər. Bunun üzərindən O "Mən axtardığınız deyiləm" deyər və təkrar Mədinəyə gedər. Mədinədə yenə axtarılınca təkrar Məkkəyə gələr. Məkkədə özünü Rükndə taparaq belə deyərlər: "Əgər beətimizi qəbul etməsən, bizi axtarmaqda olan və başında Həddəmdən birinin olduğu Süfyani ordusuna qarşı qorumasan, günahlarımız Sənin üzərinə və qanlarımız da boynuna olsun" deyərlər. Bundan sonra Mehdi Rükn ilə Məqam arasına oturar və əlini uzadaraq beətləri qəbul edər.

Dani, Katadədən təhric etdi:

Fitnə içindəki insanlar qan axıdıldığı bir zamanda evində oturmaqda olan Mehdiyə gələr və "Bizim üçün qalx artıq" deyər. O isə qəbul etməz, ancaq ölümlə hədələləndikdən sonra onlar üçün qalxar. Ondan sonra artıq qan tökülməz.

Naim b. Hammad Zühridən təhric etdi: 

Hz. Fatimənin soyundan gələn Mehdi Məkkədə tapılar və istəmədiyi halda ona beət edilər. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 52, 53

Hədislərdə Mehdiyə beətin özü istəmədiyi halda ediləcəyi bildirilir. Bu da göstərir ki, Mehdi özünü heç bir zaman Mehdi olaraq elan etməyəcək, hətta insanlar ona gəlib "əlamətlər səndə mövcuddur, sən Mehdisən" dedikləri halda o yenə rədd edəcək. Ancaq "ölümlə hədələndikdən" sonra Mehdi başa keçməyi qəbul edəcək. Mehdinin (əleyhirridvan) eqoist bir arzu ilə xəlifə olmağı istəyəcəyini düşünə bilmərik. Bu vəzifə çox ağır və çətinliklərlə doludur. Xəlifə bütün Müsəlmanlardan, hətta qoruması altında yaşayan əhli kitabdan Allah-u Təalaya qarşı məsuldur. Rəsulullah (s.ə.v.) əfəndimiz bu səbəblə vəzifəni istəyənləri xəbərdar etmişdir.

Əbu Səid, Əbdürrəhman b. Səmürədən (r.ə.): Günün birində Rəsulullah (s.ə.v.) əfəndimiz mənə xitab edərək belə buyurdu: 

Ey Əbdürrəhman, məmurluq istəmə; çünki özün istəmədən məmurluğa təyin olunsan, Allah’dan kömək görərsən. Əgər öz arzunla təyin olunsan, o vəzifə ilə baş-başa buraxılarsan.  Buxari və Müslimdən Riyazü-s-Salihin, 2/89

Əbu Zərdən (r.ə.): Ya Rəsulullah! Məni məmur təyin etməzsənmi? Dedim. Mübarək əlini çiynimə qoydu, sonra belə buyurdu:  Əbu Zər, sən zəifsən; məmurluq bir əmanətdir. O qiyamətdə rüsvaylık və peşmançılıqdır. Tək o əmanəti əhil olub alan və haqqıyla bacaran müstəsnadır.  (Müslimdən) Riyazü-s -Salehin, 2/90

Mehdinin (a. r.) xəlifə olacağı, şəxsən Allah’u Təala tərəfindən peyğəmbərinə bildirilmişdir. Rəsulullah (s.ə.v) əfəndimiz də bunun üzərinə Mehdi üçün "Xəlifətullah"dır, (Allah’ın Xəlifəsidir) - buyurmuşdur. Hz. Mehdi (r.ə.) zühur etdikdə alimlərin icması (fikir birliyi) ilə xəlifəliyə seçiləcək. Bundan sonra da beətlər qəbul ediləcək. (Allah’u aləm)

Quran-i kərimdə 12-ci surədə Yusufun (ə.s.) da öz istəyi olmadan olduğu ölkənin kralı tərəfindən doğruluğu, ədaləti, məlumatı, etibarlılığı sayəsində başa gətirildiyi xəbər verilir.

12/54- Padşah dedi: “(Yusufu) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” – dedi.

 

MEHDİ ÖZÜNDƏN ÜMİD KƏSİLDİYİ BİR ANDA ZÜHUR EDƏCƏK

... ONUN (MEHDİNİN) ZÜHURU ÜMİDSİZLİK ƏSNASINDADIR. (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 274)

XALQ TAM ZÜHURDAN ÜMİDİNİ KƏSDİYİ ANDA O ZÜHUR EDƏCƏK! Onun zamanında yaşayıb ona kömək edənlər necə xoşbəxtdir! Ona düşmənçilik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara və onun düşmənlərindən olanlara eyvahlar olsun! (Şeyx Məhəmməd b. İbrahim-i Numani, Qaybet-i Numani s. 301)

Mehdinin qeyb olma məsələsi nədir?

Əbi Abdullah Hüseyin ibn Əlidən rəvayət edildi:
Mehdi 2 dəfə qeybə çəkiləcək. Birinci qeybi o qədər uzun bir zaman olacaq ki, bəziləri onun öldüyünü, bəziləri də buraxıb getdiyini zənn edəcək, yaxın yoldaşları xaricində heç kim onun yerini bilməyəcək.

Bu hədis Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman adlı kitabın Süleymaniyyə Kitabxanasında olan əlyazma şəklindəki bir nüsxəsində mövcuddur.
Yuxarıdakı hədis hz. Mehdinin (ə. r.) zühurundan sonra biri qısa, digəri uzun bir müddət olmaqla, 2 dəfə insanlardan ayrı qalacağını bildirir. Həmçinin bu hədisdə Mehdinin ikinci dəfə qeyb olmasının daha ağır şərtlərdə və daha uzun müddətli olduğuna, o dövrdə onunla görüşmənin çətinliyinə və yalnız yaxınları ilə görüşmə imkanı olduğuna da diqqət çəkilmişdir. (Allah’u aləm)

Hz. Mehdi (ə. r.) digər hədislərin təsvirlərinə görə çıxışı ilə birlikdə mübarizəsinə başlayacaq, insanları Haqq və həqiqətə dəvət edəcək. Hz. Mehdinin ən mühüm bir ibadət olan cihadı ən lazımlı bir dövrdə bilərək tərk etməsi düşünülməyəcəyinə görə onun insanlardan ayrı və uzaq qalması öz iradəsi xaricində reallaşacaq. (Allah’u aləm)

Dani, Sələmə b. Züfərdən təhric etdi: 
Bir gün Huzeyfənin yanında Mehdinin çıxdığı deyildi. O dedi ki: Siz əgər aranızda hz. Muhəmmədin (s.ə.v.) səhabələri olduğu halda o çıxarsa rahatlıq taparsınız. Şübhəsiz ki, O, insanların qarşılaşdıqları şərlər səbəbindən Qaibin (Mehdinin) özlərinə insanların ən sevimlisi olmadıqca çıxmayacaq. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 27

Bu hədis eyni zamanda Şiəlikdəki "qeybə çəkilmiş Mehdi" inancının əsassızlığını da ortaya qoyur. Yəni Mehdinin qeybə çəkilməsi əfsanə şəklində yüzlərlə il davam edən bir qeybə çəkilmə deyil, lakin müəyyən fasilə ilə insanlar arasından ayrılma, zərurətlər nəticəsində onlardan uzaq qalma şəklində reallaşacaq. Hədisin son qismində də bu qeyb dövründə insanların müxtəlif şərlərə (pisliklərə) məruz qalması səbəbindən Mehdiyə qarşı olan sevgi və həsrətlərinin artacağına işarə edilir.

Quran-i kərimdə izah edilən Yusuf qissəsi ilə Mehdi hadisəsi arasındakı yaxın əlaqə irəlidə ayrı bir hissə halında izah ediləcək. Tək burada yeri gəlmişkən bir bənzərliyə diqqət çəkmək istəyirik.

Yusuf əleyhissalam da Mehdi kimi, biri qısa, digəri uzun müddət davam etməklə, iki dəfə insanların gözündən qeybə çəkilir. Birincidə, Yusuf (ə.s.) quyuya atılmış, qısa bir müddət sonra oradan keçən karvan onu oradan çıxarmış, ikincidə isə haqsız yerə zindana atılmış, uzun bir müddət orada qalmışdır. Lakin sonradan günahsızlığı aydın olaraq, zindandan da çıxarılmışdır. 

12/15- (Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”.

12/35- (Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.

12 xəlifə məsələsinin əsli

Şiəlikdə Mehdinin qeyb olduğu və 12 imamın sonuncusu olaraq dünyaya təkrar qayıdacağı inancı vardır. Bu yanlış inanc peyğəmbərimizin söylədiyi iki ayrı hədisin səhv başa düşülərək təhrif edilməsindən qaynaqlanır. Birincisi, əvvəlki səhifədə açıqlığa qovuşdurduğumuz Mehdinin qeyb olduğu, ikincisi də yer üzünə 12 xəlifə gələcəyindən bəhs edən hədislərdir. Bu iki hədisin əsli vardır, lakin təhrif edilmişdir. 

Cabir b. Səmurənin (r.ə.) rəvayətində Rəsulullah (s.ə.v.) belə buyurdu: 12 xəlifəyə qədər bu dinin üstünlüyü davam edəcək. Bu xəlifələrin hamısı Qüreyşdən (peyğəmbər soyundan) olacaq.  Sünən-i Əbu Davud, 5/90

Şiələr, ilk olaraq hədisdəki xəlifə sözünü imam olaraq dəyişdirmişlər və bu imamların günahsız olduğunu müdafiə etmişlər. Bu iki təhrif etmə xaricində, peyğəmbərimiz "Xəlifələr Qüreyşlidir" deyərək onların peyğəmbər soyundan olmaları xüsusiyyətinə diqqət çəkmişdir.

İslam alimlərinin əksəriyyəti bu hədisdəki 12 xəlifədən ilk dördünün peyğəmbərin (s.ə.v.) xəlifələri (Əbu Bəkir, Ömər, Osman, Əli r.ə) olduğunu söyləmişlər. Mehdi də bu saleh xəlifələrdən biridir. Başqa bir hədisdə isə Mehdidən sonra başa keçəcək olan üç saleh xəlifədən bəhs edilir. (Allah’u aləm) Geri qalan digər dörd xəlifə  isə tam olaraq bilinmir. Lakin onların da əvvəlki dövrlərdə İslam aləminin başında olmuş saleh xəlifələr olmaları labüddür. (Allah’u aləm)

İşari mənada ayə tərcüməsi:

5/12- (Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.

Mehdiyə müxalif olan şəxslər

Allahu Təala Quran-i kərimdə hər peyğəmbərin baş düşmənləri olduğunu xəbər verir. Musaya (ə.s) Firon, İbrahimə (ə.s.) Nəmrud baş düşmən idi. Peyğəmbərimizin də (s.ə.v.) ən böyük düşməni qövmünün lideri Əbu Cəhl idi. 

 25/31- Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər.

 2/258- Allah’ın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə (padşah): “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz..

 Hədislərdə Mehdinin düşmənləri olaraq bir neçə ad zikr edilir. Süfyanilər, Dəccal bunlardandır. Süfyanilərin ən mühüm xüsusiyyəti Mehdinin inkişaf edən iddiasına mane olmaqdır.

Süfyanilər  

İbni Münavi kitabında belə izah edir: 
Süfyanlar və Mehdilər 3-dür. 1-ci Süfyan üçün 1-ci Mehdi, 2-ci Süfyan üçün 2-ci Mehdi, 3-cü Süfyan üçün 3-cü Mehdi gələcəkdir. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 64

Bu hədisdə 3 Süfyan və bunlara qarşı 3 Mehdi olacağı bildirilir. 3-cü Süfyan üçün 3-cü Mehdi, yəni əsl və böyük Mehdi gələcək. 

Əbu Hureyrədən (r.ə.) rəvayət edilmişdir: 
Şamın ortasında adına Süfyani deyilən və özünə tabe olanların çoxunun Kelb qəbiləsindən olacağı biri çıxar. O insanları öldürər, hətta qadınların qarınlarını deşib uşaqlarını qətl edər.

Hz. Əlinin (r.ə.) rəvayətində isə (əlavə olaraq): 
Süfyaninin başı olduqca böyükdür. Üzündə sinir xəstəliyindən əsər vardır. Gözündə də ağ bir nöqtə  var. Özünə qarşı toplanan Kays qəbiləsini də yox edər. (Məhz o zaman) Əhl-i Beytimdən bir adam çıxar. Onun xəbəri Süfyaniyə çatanda, Süfyani ona qarşı bir ordu göndərər. Ancaq bu ordu Beydəyə çatdıqda yerə batırılar. Özlərindən xəbər gətirənlər xaricində heç kim sağ qalmaz.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 40

Hafiz Əsəd 1970-ci ildə zərbəylə hakimiyyətə keçməsindən sonra qurduğu despot rejimlə ölkəsini addım-addım kommunizmə yaxınlaşdırmışdır.

Ölkədə İslam düşmənçiliyi böyük ölçülərə çatmışdır. Müsəlmanların ibadətlərini yerinə yetirmələrinə mane olunmaqla kifayətlənməyib, şəxsən canlarına qəsd edilir. Yalnız 1982-ci ildə Hama qırğınında 30 min Müsəlman öldürülmüşdür.

Başqa bir hədisdə də Süfyanın edəcəyi digər işlər izah edilir.

"Ciyərlərini yeyənlərin oğlu" olan Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan ibarət bir ordu nizamlayar. 
Və bunlar hər tərəfə zülm edərlər. O mədrəsə və məscidləri yuyar, rüku və səcdəyə gedən hər kəsi  cəzalandırar. Zülm, fəsad və fitnə çıxarar. Alim və zahidləri qətl edər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək Ali Muhəmmədə düşmən kəsilər. Öz zülm və kefinə qarşı gələni öldürdər.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman , 37

"Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman" kitabının 52-ci və 53-cü səhifələrində izah edilən uzun hədisdə, köməkçisi Həddəm olan Süfyandan bəhs edilir. Hafiz Əsədin köməkçisi də General Əbdülhəlim Həddəm idi.

"Süfyani Şam tərəfindən (Yabis vadisi deyilən) bir yerdən çıxacaq.  Süfyani Kifədən yola çıxacaq. Yerlə bir olan əsgərin Şamdan gələcəyinə dair rəvayətlər olduğu kimi İraqdan olduqlarına dair rəvayətlər də vardır."  Qiyamət Əlamətləri, 172

 "Hz. Əlinin nəslində olan Süfyaniyə gəlincə; (1) O böyük bədənli bir şəxsdir. (2) Bu adam Mehdidən əvvəl ətrafını yandırıb yaxacaq. (3) Bütün şərq ölkələrini gəzəcək. (4) Bir çox məliklə hərb edəcək (5) Və hər kəsi məğlub edəcək."  Mehdilik və İmamiyyə, 82 (əl-Isaya, li Əsrats Saa, 167 ‘dən nəql)

Bir təvili budur ki; 
1) Böyük bədənli olması Süfyanın bəlkə də özü kimi surətlərinin böyüklüyünə və ya müxtəlif vasitələrlə şəxsinin fövqəladə bir insanmış kimi göstərilməsinə işarə edir. 

2) Bu adam Mehdidən əvvəl ətrafını yandırıb yaxacaq. Deməli, Süfyani Mehdidən əvvəl çıxacaq, bir çox döyüşlərdə olacaq, ortalığı döyüş silahlarıyla yandırıb yaxacaq.

3) Bütün şərq ölkələrini gəzəcək. Hədisin bu qismi Süfyaninin bir çox məmləkətə səyahət etməsinə işarə edə biləcəyi kimi, fikir sisteminin bu ölkələrdə də yayılmasına işarə edə bilər. 

4) Bir çox məliklə hərb edəcək. Süfyani zamanında bir çox dövlətin ordusu ilə silahlı döyüşə girəcək. 

5) Və hər kəsi məğlub edəcək. Süfyani döyüşdüyü bütün orduları məğlub edəcək qəti bir zəfər qazanacaq. (Allah’u aləm)

Hədislərdə bildirildiyi kimi, Məsihi Dəccal növbəti illərdə Yəhudilər arasından çıxacaq, şəxsən özü də Yəhudi olacaq. Dəccal sehr və hipnoz növündən müxtəlif istidraçı hallar göstərərək, əvvəl gözlənilən Məsih olduğunu iddia edəcək, sonra ilahlığını ortaya atacaq. Dinsizliyi və hər cür əxlaqsızlığı təşviq edərək özünə böyük tərəfdar yığacaq. Lakin axırda hz. İsa (ə.s.) və hz. Mehdi (ə. r.) tərəfindən öldürüləcək.

Sələf və xələf üləması arasında bu xüsus çox geniş yayılmışdır: 

Axırzamanda mütləq bir adam zühur edəcək. Bu adam mənim Əhl-i Beytimdən olacaq. Ona Mehdi deyiləcək. Daha sonra da Dəccalı öldürəcək. Tac Hədis Kitab

Kənanə və Saharinin çıxışı   

Mehdi Şam ilə Hicaz sərhədlərinə gələndə orada dayanacaq. Özünə "Nə dayanırsan. Get! - deyilincə bu cavabı verəcək. "Əvvəl əmi oğluma (Sahariyə) yazım, əgər mənə boyun əyməzsə üzərinə yeriyərəm." 

Mehdinin məktubu ona çatınca yanındakı yoldaşları belə dedilər. "Mehdi çıxmışdır. Ya ona tabe olacaqsan, ya səni öldürəcəyik." Bundan sonra Qüdsə gələcək… 

Sonra Kelp qəbiləsindən Kənanə adlı bir adam çıxıb Sahariyə gələcək, belə deyəcək "Biz sənə beət etdik, kömək etdik. Əlinə fürsət düşəndə bu adama (Mehdiyə) beət etdin. Təəssüflər olsun sənə! Allah sənə bir köynək geydirdi, sən isə çıxardın onu! "  "Yəni verdiyim sözü pozummu deyirsiniz" Bəli"  

Digər bir rəvayətdə belə deyilmişdir:

O aradan üç il keçdikdən sonra əhdini pozacaq və razılaşmanı pozacaq.  Qiyamət Əlamətləri, 175

Mehdinin mürtəcelərlə mübarizəsi

"Dini ayaqda tutacaq, əvvəlki şəxsiyyətinə qovuşduracaq. İslama yenidən ruh üfləyəcək, zəlil hala gəldikdən sonra İslamı əvvəlki, güclü halına qaytaracaq. O, İslam öldükdən sonra Mehdiylə islamı təkrar dirildəcək. İnsanları Allah’ın dininə dəvət edəcək.

Hətta Rəsulullah yaşamış olsaydı, özünə heç bir şey etməyəcəkdi. Onunla hökmü isə bağlayacaqdı. Yəni Rəsulullah belə onun işinə müdaxilə etməyəcək. Onun dövründə din tamamilə bidətlərdən təmizlənmiş olaraq köhnə şəxsiyyətini qazanacaq. Verəcəyi bir çox hökmlərdə üləmanın fikirlərinə müxalif çıxacaq. Buna görə ətrafı ondan uzaq dayanacaqlar."

Hədislərdə Mehdiyə də bir çox xurafatçının qarşı çıxacağı bildirilir. Onlar Mehdinin dini bidətlərdən qurtarıb, əslinə çevirmə səyindən məmnun qalmayacaq, hətta "bu adam dinimizi məhv etmək istəyir" deyəcək qədər irəli gedəcəklər.  Ancaq Mehdi Quran ayələrinin və Peyğəmbərimizin sünnəsinin işığında hökm edəcək, bu fikri mübarizəsində çox qərarlı və müvəffəqiyyətli olacaq. Mehdi dövründə, Allah’ın izniylə, İslam dini Peyğəmbərimizin dövründə yaşandığı şəklinə, yəni əslinə qayıdacaq.

Quran-i kərim peyğəmbərlərin inkarçılarla və bütə tapınanlarla etdiyi mübarizələri xaricində onların xurafatçı zehniyyətlə olan mübarizələrindən də bəhs edir. Bu zehniyyətin peyğəmbərimiz dövründə itmədiyi və hal-hazırda da varlığını davam etdirdiyini bilirik. Quranda bir çox ayədə xurafatçı insanların xüsusiyyətləri verilmiş, bu zehniyyət şiddətlə tənqid olunmuşdur.

1. Dini çətinləşdirərlər. Bunun nəticəsi dinin əsas təməli olan Allah’a iman və ibadətin əsası ixlas unudular. Əslində isə dinin asan olduğunu və ifratdan qaçınılması lazım olduğunu Quran-i kərim əmr edir.

22/78- "…O, sizləri seçmiş və din mövzusunda sizə bir çətinlik yükləməmişdir…"

 2/286- "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. …"

4/28- Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.

5/6- "…Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz."

7/157- O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.

Əbu Musadan rəvayət edildi. Peyğəmbərimiz buyurdu ki: 
Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin.  
Əl-Luluu vəl-Mərcan, 2/296

İbni Abbasın (r.ə.) rəvayətində Peyğəmbərimiz (s.ə.v.) buyurur ki: Dində ifratdan çəkinin. Sizdən əvvəlkilər ancaq buna görə həlak oldular. 
ramız-Əl Əhadis, 1/176

Hz. Ayşənin (r.ə.) rəvayətində Peyğəmbərimiz: 

Allah məni ruhbaniyyətlə vəzifələndirmədi. Allah yanında dinin xeyirlisi asan tovhid yoludur.  Ramız Əl Əhadis, 2/498

2. Halal olduğu halda bir çox şeyi haram edərlər, (yemək, içki, texnologiya və s. ) Allah adına onları insanlara qadağan edərlər.  

16/116- Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allah’a iftira atmış olursunuz. Allah’a iftira atanlar (axirət əzabından) nicat tapmazlar!

10/59- De: “Allah’ın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allah’mı sizə izn verdi, yoxsa Allah’a iftira yaxırsınız?”

6/140- Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allah’ın onlara verdiyi ruzini Allah’a iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər.

5/87- Ey iman gətirənlər! Allah’ın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

 3. Təqva adı altında  heç bir ilahi qaynağı olmayan təfərrüat və detalı Dinin əmriymiş kimi təqdim edərlər.

Quran-i kərim bu mövzu üzərində dayanır. 

Hz. Musa dövründə Allah’u Təala inananlara bir inək kəsmələrini əmr etmiş, bunu çox açıq, qısa və dəqiq bir şəkildə bildirmişdi. Lakin o dövrün xurafatçı zehniyyətli insanları bununla kifayətlənməmiş, dəfələrlə Allah’dan təfərrüatlı izah istəmişdi. 

2/71- (Musa) dedi: “(Allah) buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda (heç bir) ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki, az qala (bunu) yerinə yetirməyəcəkdilər.

Quran-i kərimdə heç bir qissə boş yerə izah edilməmişdir. Diqqət yetirilsə bu qissədə insanların təfərrüat və detal ilə məşğul olmaları heç xoş qarşılanmır. Çünki təfərrüat insanların ibadətlərini çətinləşdirdiyi kimi, əsl məqsədini də unutdurur.

4. Dinin sadəliyi və asanlığıyla kifayətlənməyib, bir çox əlavələr uydurarlar, batil inancları da bunlara daxil edərlər. Quran-i kərim onlar üçün heç bir zaman qanedici bir mənbə olmaz. 

İşari mənada ayə tərcüməsi: 

68/36, 37- Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?

5. Özlərinə çatan məlumatları doğruluğunu araşdırmağa ehtiyac duymadan kor-koranə qəbul edərlər. Səhv də olsa eyni məlumatları övladlarına ötürərlər. 

İşari mənada ayə tərcümələri:

31/21- Onlara: “Allah’ın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?

 2/170- Onlara: “Allah’ın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?

6.  Formallığa çox əhəmiyyət verərlər, dinlərini bu şəkildə təbliğ etdiyini zənn edərlər.

7. Onlar üçün əxlaq ikinci planda gəlir. İnsanlarla dolana bilməmək, incidici olmaq, iynələyici danışma tərzi, xoşgörüşdən anlamamaq, kobud üslub ümumi xüsusiyyətləridir. Halbuki, peyğəmbərimiz "Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim" buyurur.

8.  Nəzakət ilə araları çox yaxşı deyil.

9. Qadınları alçaltmaq, onları ikinci dərəcəli varlıq kimi görmək də mühüm xüsusiyyətlərindən sayılır. Qadın sevgisi, qadına hörmət və etibar heç bilmədikləri mövzulardır.

Əslində bütün insanlar iman etməyə, əxlaqlı olmağa və dini yaşamağa fitrətən (yaradılışdan ) meyillidirlər.

49/7- "… Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır…"

Lakin xalq nə vaxt İslamı öyrənməyə və ya öyrənib tətbiq etməyə niyyət etsə qarşılarında xurafatçıları nümunə görür. Onlarda gördüyü hər mənfi davranışın dindən qaynaqlandığını zənn edərək hələ başlanğıcında bu niyyətindən imtina edir. Bu vaxt dinə qarşı soyuqluq başlayır, hətta düşməncəsinə bir rəftar göstərilir. Bütün Müsəlmanlar xalqın nəzərində "hacı-molla dəstəsi" deyə pislənir, hər pisliyin arxasında Müsəlman biri axtarılır.

İzah etdiyimiz mövzunun əhəmiyyəti buradan qaynaqlanır. Xalq İslamı həqiqi mənasıyla tanımadığı üçün xurafatçıların şəxsində dini mühakimə etməyə başlayır. Din düşməni mətbuat və nəşriyyat orqanlarının da qəsdli bir şəkildə İslamiyyəti fanatizm və mürtəcelik şəklində təqdim etmələrinin də bu işdə böyük payı olduğu bir həqiqətdir. Əslində xalqın nifrət etdiyi İslamiyyət deyil, xurafatçı zehniyyətdir. Xalq ən çox "Görəsən mən də dinimi yaşamağa başlasam bu insanlar kimimi olacağam?" düşüncəsiylə laqeyd davranır. Bu səbəblə Müsəlmanam deyən hər kəsin dinini çox yaxşı tanıması, oxuyub araşdırması və bilmədiklərini ixtisas sahiblərindən öyrənməsi lazımdır. Hər Müsəlman aydın və mədəni olmağa cəhd göstərməlidir. Xoşgörüşü heç əldən buraxmayaraq, xalqı Allah’ı tanımaya dəvət etməli, dini yaşamağa və əxlaqlı olmağa istiqamətləndirilməlidir. 

Mehdinin dini əslinə qaytarması

"Fütuhat-ul Məkkiyə" adlı əsərində Muhyiddin Ərəbi belə bildirir: ...Mehdi dini Peyğəmbərin (s.ə.v.) zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən təriqətləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir təriqət qalmayacaq. 

Onun düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar Mehdinin təriqət imamlarının əksinə hökm etdiyini gördükdə bundan xoşlanmayacaqlar, lakin qarşı da gələ bilməyəcəklər... 

Onun açıq düşmənləri fiqh alimləri olacaq. Çünki xalq arasında bir imtiyazları qalmayacaq. Hətta ehkam barəsində elmləri də azalacaq. Bu imamın gəlişiylə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq.. Əgər əlində qılınc (elm) olmasaydı onun ölümünə fətva verərdilər.  Qiyamət Əlamətləri, 186-187

Mehdi dini peyğəmbərimizin (s.ə.v.) tətbiq etdiyi kimi eynilə tətbiq edəcək. Yəni onun rəhbəri Allah’ın uca kitabı Quran-i kərim və Peyğəmbərimizin sünnəsi olacaq. Peyğəmbərimizin tətbiqləri, sözləri, şərhləri və tövsiyələri Mehdinin fikri mübarizəsində çox əhəmiyyətli bir yer tutacaq. Bununla yanaşı, Mehdi Müsəlmanlar arasındakı yalnız vəhy qaynaqlı Allah’ın uca kitabı Quran-i kərim ilə hökm və əməl edəcək. Müsəlmanlar arasında təriqət ayrılıqlarını aradan qaldıracaq, dinin əslində olmayan, sonradan əlavə edilmis bir çox inanc və ibadət şəkillərini ortadan qaldıracaq. Bidət əhli indiyə qədər heç qarşılaşmadıqları bu vəziyyət qarşısında çox heyrətlənəcəklər, hətta bəzi insanlar Mehdinin dinlərini məhv etməyə çalışdığını zənn edəcəklər.
 
"Hz. Mehdi heç bir bidəti buraxmayacaq." əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 43

"Mehdi öhdəsindən gələ bilmədiyi bidət buraxmayacaq. Axırzamanda Peyğəmbərimiz kimi dinin zərurətlərini yerinə yetirəcək." Qiyamət Əlamətləri, 163

Bidət: Dinin əslində olmadığı halda, dinə əlavə edilən adətlər.

İmam Rəbbani bu mövzuda belə demişdir: 

Gələcəyi vəd edilən Mehdi dinin tərvicini  (dəyərini artırmağı), sünnənin ihyasını (yenidən canlandırmasını) murad etdiyi (istədiyi) zaman; bidət əhl-i ilə əməli vərdiş edən, hasənə zənni ilə dini qarışdıran (dinin əslində, özündə olmayan şeyləri dinin əmri olduğunu zənn edən bəzi insanlar) heyrətlə belə deyəcək:  -Bu kimsə (yəni Mehdi) dinimizi məhv etmək və şəriətimizi aradan qaldırmaq (məhv etmək) istəyir.  Məktubat-i Rəbbani, 1/535

Hz. Peyğəmbər (s.ə.v) ən başda İslamı necə ayaqda tutdusa, hz. Mehdi də ən sonunda eyni şəkildə İslamı ayaqda tutacaq. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 27

 Naim b. Hammad Hz. Əlidən rəvayət etdi.

Peyğəmbərimiz buyurdu ki; Mehdi bizdəndir. (Soyumuzdandır) Allah bu dini necə bizimlə başlatmışsa onunla sona çatdıracaq. Və onlar bizimlə necə şirkdən xilas olmuşdurlarsa, onunla da fitnədən xilas olacaqlar. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 20

Mehdinin "təriqət imamlarının əksinə hökm edəcəyi"nin bildirilməsi, onun öz rəyi ilə ictihad edəcəyini göstərir. Bədiüzzaman Mehdi üçün "ən böyük bir müctəhid", həm ən böyük mücəddid, həm hakim, həm mehdi, həm mürşid, həm qütb-ü əzəm olan bir şəxsi nuranini göndərəcək və o şəxs də əhl-i beyt-i nəbəvidən olacaq. (Məktubat, 411)

Dində ayrılıq olmamalıdır

İşari mənada ayə tərcümələri:

43/65- Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!

23/53- Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.

3/85- İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.

15/91- Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).

2/176- Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, (haqdan) uzaq bir ziddiyyət içindədirlər.

Mehdi dövründə Quran-i kərimə lazımi şəkildə əhəmiyyət veriləcək. O dövrdə Quran hərdən bir baxılan, əzbərdən oxunan bir kitab olmayacaq, həyatın hər mərhələsini əhatə edən ən əhəmiyyətli kitab olacaq. "Mehdi dini Peyğəmbərin zamanındakı kimi tətbiq edəcək" sözünün mənası budur.

Mehdinin yaxın köməkçiləri

Bu vəzirlər ondan aşağı və lakin beşdən yuxarı olacaq.  Qiyamət Əlamətləri,

Məmləkət işlərinin ağırlıqlarını onunla paylaşacaqlar. Doqquz nəfərdən ibarət olacaq.  Qiyamət Əlamətləri, 187

Əbu Cəfər Məhəmməd b. Alidən rəvayət edildi: 

Mehdi daha çıxmadan əvvəl onun bir yoldaşı ona tabe olan bəzi insanlarla qarşılaşacaq  və "Siz burada neçə nəfərsiniz?" deyə soruşacaq. Onlar da "40 nəfərik" cavabını verəcəklər. "Siz Mehdini gördüyünüz zaman nə edəcəksiniz?" şəklində təkrar soruşacaq və "O, dağların başında qalsa biz də qalarıq" cavabını alacaq. Bundan sonra o adam gedəcək, ertəsi gecə təkrar gələrək "Rəislərinizdən 10 adamı ayırın" deyəcək və Mehdi də onlarla görüşəcək.

Ərtahdan rəvayət edildi ki:

...(Mehdinin Süfyani ilə döyüşündə ən böyük ordusu 100 (yüz) adamdan mütəşəkkildir (ibarətdir).

Qeyd: Bu iki rəvayət "Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman" adlı əsərin Süleymaniyyə kitabxanasında olan nüsxəsində mövcuddur.

Bədir döyüşündəki əsgərlər kimi 313 adamın əmrini əlində tutaraq ətrafa meydan oxuyacaq. Çünki bu 313 adam gecə abid, gündüz qəhrəman xüsusiyyətini daşıyırlar. Qiyamət Əlamətləri, 169

Məhəmməd b. Hənəfidən (r.ə.) rəvayət edildi ki: 

...Buludların səmada toplandığı kimi, Allah Onun ətrafına bir qövm toplayar. Onların ürəklərini uzlaşdırar. Onlar içlərindən şəhid olana kədərlənməz, özlərinə qatılana da sevinməzlər. Sayları Bədir səhabələri (313) qədərdir. Əvvəlkilərin onları keçmədiyi kimi, sonrakılar da onlara yetişə bilməzlər və onların sayları Talud ilə çayı keçənlər qədərdir. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 57

Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 adam beət edəcək. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 25

Hz. Mehdinin (ə. r.) ordusu fərqli təbəqələrlə ola bilər. Bəlkə də bu fərqli rəvayətlər müxtəlif inkişaf mərhələlərindəki ədədlərə işarə edir.

Hz. Mehdiyə ilk anda beət edənlərin bu qədər az sayda (313) olması məqbul qarşılanmalıdır. Tarixin hər dövründə həmişə belə olmuşdur. Nuh (ə.s.), Musa (ə.s.) zamanında da belə idi. İsaya (ə.s.) inananlar 12 adam idi. Peyğəmbərimizə (s.ə.v.) belə ilk inananlar çox az sayda adam idi. Bəzi rəvayətlərdən öyrəndiyimizə görə peyğəmbərliyin ilk altı ilində ona inananlar yalnız 40 adam idi. 

 2/249- Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allah’la qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allah’ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbr edənlərlədir.

11/40- Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Biz (Nuha) dedik: “(Heyvanların) hər növündən bir cüt, barə­­lərində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Əslində), onunla birlikdə az adam iman gətirmişdi.

26/53- Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.

26/54- (O dedi:) “Bunlar kiçik bir dəstədir.

10/83- Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.

 

Qiyamətə qədər mübarizə aparan camaat

Hz. Muaviyədən (r. ə. ) rəvayət edilmişdir. 

Ümmətimdən bir taifə hər kəs üzərində hakim olmadıqca, qiyamət qopmaz. Onlar özlərini tərk edənlərin tərk etməsinə fikir verməzlər və özlərinə kömək edənə də fikir verməzlər .  Ramız əl-Əhadis,  472 (Hanbəlin Müsnədi  - Buxari -Müslim)

Hz. Müaviyə b. Kirradan (r.ə) rəvayət edilmişdir: 

Ümmətimdən bir taifə qiyamət qopana qədər kömək görməkdə davam edər. Özlərini tərk edənlərin ayrılmaları da onlara bir zərər verməz. Ramız əl-Əhadis, 472 (Hakimin Müstədrəki)

Ümmətimdən bir camaat davamlı olaraq Allah’ın əmri ilə düşmənlə qəhr edərcəsinə döyüşəcək, müxalifləri özlərinə heç bir zaman qalib gələ bilməyəcək. Bu (hal qiyamətə qədər belə davam edəcək.) Qiyamət Əlamətləri, 286

Yuxarıdakı hədisdə ümmətdən bir taifənin qiyamət qopana qədər haqq üçün mübarizə aparacağı bildirilir. Başqa hədislərdən də bilirik ki, qiyamət qopmasından bir müddət əvvəl möminlərin ruhu alınacaq və qiyamət kafirlərin üzərinə qopacaq. O halda burada qiyamətin qopması deyərkən nəzərdə tutulan başqadır. Bu mövzuda digər bir rəvayət bu xüsusu açıqlığa qovuşdurur. 

Hz. Müaviyə b. Currədən (r.ə.) rəvayət edilmişdir: 

…Dəccalla döyüş olana qədər ümmətimdən bir taifənin "haqq üçün" qalib olması davam edəcək.  Ramız əl-Əhadis, 65 (İbni Əsakir Tarixi -Əbu Muaym)

Göründüyü kimi, qiyamətin qopması deyərkən nəzərdə tutulan "Dəccalla döyüşün başlaması" mənasıdır. Bir başqa hədis də bu mübarək taifənin Dəccalla mübarizə aparan Mehdi və köməkçiləri olduğunu xəbər verir. 

Əhməd, Müslim, İbni Cüreyr və İbni Hibban, Cabir b. Abdullah(r. ə.) təhric etdilər: 

Qiyamətə (Dəccal ilə döyüşə) qədər mənim ümmətimdən bir qrup haqq üçün qalib olaraq vuruşacaq. Və İsa b. Məryəm göydən nüzul etdikdə onların əmiri (Mehdi) özünə, "Gəl, bizə namazı qıldır" deyər. Ancaq O bu ümmətə Allah’ın bir lütfü olaraq "Sizin biriniz digərlərinizə əmiridir" cavabını verər.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman 80

Hz. İmrandan (r.ə.) rəvayət edilmişdir:

Ümmətimdən bir taifə, özlərinə düşmənçilik edənlərə qalib olduqları halda Haqq uğrunda mübarizəyə davam edərlər. Hətta onların sonuncusu məsih dəccal ilə hərb edər. Ramız əl-Əhadis, 472 (Hanbəlin Müsnədi - Əbu davud-Tabarani -Hakim)

Mehdinin yer üzündə qalma müddəti

 İbni Əbil Caad da "Mehdi 21 və ya 22 il qaldıqdan sonra, gələcək olan kəslərin sonuncusu, saleh bir adam olacaq və 9 il ədalətli bir şəkildə hökm edəcək.  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 28

Naim ibn Hammad, Bakayyə ibn Vəliddən təhric etdi: 

Mehdinin həyatı 30 ildir. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 83

Əbu Səid əl-Hudridən (r. ə. ) rəvayət edilmişdir: 

Ümmətimdə Mehdi vardır, çıxacaq və 5, 7 və ya 8 (şübhə edən, ravilərdən Zeyddir) yaşayacaq. Əbu Səid deyir ki: "Bu müddət nədir? -deyə soruşduq və Rəsul-i Əkrəm "ildir!" buyurdu.  Sünən-i Tirmizi , 4/93  Ramız Əl –Əhadis, 508 (Hanbəlin Müsnədi)

Əbu Səid əl-Hudridən (r. ə. ) Rəsulullah (s.ə.v.) belə buyurdu: 

Mehdi məndəndir, yeddi il hökm edər…  Sünəni-i Əbu Davud, 5/93

…O şəxs yer üzündə 7 il qalar, sonra vəfat edər və Müsəlmanlar onun üçün namaz qılarlar.  Sünən-i Əbu Davud, 5/95

Naim ibn Hammad, Hz. Əlidən təhric etdi: 

Mehdi insanların işlərini 30 ilə 40 il öz üzərinə götürəcək. Kitab-ül Bürhan Fi Əlamət-el Mehdiyy-il Axırzaman, 83  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 50

 Əbu Yala Əbu Hureyrədən təhric etdi. Dedi ki, dostum Əbu Qasim (s.ə.v.) buna belə buyurdu: 

Əhli beytimdən biri çıxıb insanlar Haqqa qayıdana qədər mübarizə aparmadıqca qiyamət qopmaz. Mən dedim, "Onun hökmü nə qədər davam edər?" Buyurdu: 5 və 2  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 82

Əvvəl keçən bu hədis Katadədən rəvayət olundu. Katadə (Mehdinin yer üzündə qalma müddəti) 7 ildir, dedi. 

Əbu Davud belə dedi: Hisamdan rəvayət edən ravilərdən Muazdan başqaları 9 ildir.  Sünən-i Əbu Davud, 5/95  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 9  (ramız-Əl Əhadis 346 ‘Tabaraninin Kəbiri - Ibni Adiy Əl Kamil)

Yuxarıda hz. Mehdinin (ə. r.) yer üzündə qalma, vəzifə və hökm müddətləri ilə bağlı müxtəlif rəvayətlər nəql edildi. Diqqət yetirilsə bu rəvayətlərdə keçən 5, 7, 8, 9, 20, 21, 30, 40 illərinin ifadə etdiyi mənalar dəqiq və açıq bir şəkildə ifadə olunmamışdır. Hədis təsnifçiləri fərqinə vardıqları bu əksikliyi aradan qaldırmaq üçün ya müxtəlif şərhlər etmişlər, ya da təvil cəhətinə getməyi uyğun görmüşlər. 

…7 il ilə təhdid edilmə, bütün ölkələrə tam mənasıyla yeddi il hakim olması etibarıyladır. 9 il ilə təhdid edilməsi Kostantiniyyəni fəth etmə müddəti etibarıyladır. 19 il ilə təhdidi Süfyani ilə döyüşməsi, onu öldürüb hakim olması və bütün insanların onun əmrinə tabe olması etibarıyladır…  Qiyamət Əlamətləri, 184

 7 il dünyaya sahiblik olacaq. Bir çox rəvayətə görə belədir, ancaq buna müxalif başqa izahlar gəlmişdir. Bunlara görə, bu müddət bəzilərində 19 il və bir neçə ay, 20 il, bəzilərində 40 il, 24 il, 30 il şəklindədir. Bir nəqldə də onun xilafəti əsnasında 9 il əhli Rumla barış içində qalacağı ifadə olunmaqdadır. Zənnimcə, bu rəvayətlərin hamısının da düzgün olması mümkündür. Belə ki, onun dünyada qalması 40 il olar, hər kəs tərəfindən zühuru və qüvvəti 7 il olar, bu zühur və qüvvət başlanğıc və nəticə etibarilə 20 il ola bilər.  əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 22

Yuxarıda izah etdiyimiz Mehdinin 7 və ya 9 illik xilafətinə, İsanın (ə.s) zamanında olması ehtimalına peyğəmbərimizin bu mübarək sözü zidd düşməz: "Başlanğıcda mən, ortasında Mehdi, sonunda İsanın içlərində olacağı bir ümmət əsla həlak olmayacaq.." Çünki İsadan (ə.s.) 30 il əvvəl enəcək. Necə ki, Mehdinin 40 il qalacağına, İsanın (ə.s.) isə 45 il qalacağına dair hədislər vardır. Biz bundan anlayırıq ki, hər ikisinin bir arada qalması 7 və ya 9 illik bir müddət almış olur. Mətəakip illər isə ayrılıq müddətidir.  Qiyamət Əlamətləri, 191

İzlənmə sayı: 1740