Hz. Mehdi (ə.s.) haqqındakı müxtəlif mövzular »

Ənəs Malikdən təhric etdi. O dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu:  Dünyanın ömrü axirət günlərindən yeddi gündür. Allah’u Təala buyurdu ki: Rəbbin qatında bir gün sizin saydıqlarınızdan min il kimidir. Ənəs b. Malikdən. O dedi ki Rəsulullah (s.ə.v) buyurdu: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə bu dünyanın yeddi min illik ömrü müddəti qədər savab yazar. Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 88

Peyğəmbərimiz (s.ə.v) keçmişlə, gələcəklə və axirət həyatı ilə bağlı məsələlər haqqında xəbər verərkən təşbehlərdən istifadə etmişdir.

Burada “7 min il” deyərkən dünyanın gerçək yaşının 7 min il olduğu nəzərdə tutulmur.

(Allah’u aləm ərəbcə) O zaman 7 min il ilə bağlı rəvayətlər bir təqvim başlanğıcı kimi insanlıq tarixində çox əhəmiyyətli bir hadisəyə, məsələn tufandan sonra insanların oturaq həyata keçmələrinə və dünya həyatının yenidən başlamasına aid başlanğıc ola bilər. Yəni o tarixdən etibarən, insanlıq tarixi sanki yenidən başlamış kimi, sayları artmağa, şəhərləşməyə başlamış ola bilər. Bəzi üləmalar həzrət-i Nuh əleyhissalamdan sonrakı dövrü Dünyada insanlıq tarixinin yenidən başlaması olaraq adlandırmışlar. Necə Xristianlar miladi 1987-ci il ilin əvvəlində əhəmiyyətli bir hadisənin baş verdiyini qəbul edib, bir tarix başlanğıcı meydana gətirib ondan əvvəl, ondan sonra deyərək bir zaman təyin ediblərsə, yenə o şəkildə rəvayətdə, müəyyən bir vaxtı təsbit etmək üçün təqvim başlanğıcı kimi 7 min il əvvəli və sonrası şəklində bir tarix zamanlamasına işarə edə bilər.

İmam Rəbbani həzrətləri Məktubatda bu rəvayəti nəql etmişdir.

Təqribən 124 min peyğəmbərimiz gəlib keçdi.   Məktubat-i Rəbbani, 1/354  

Hz. Adəmdən etibarən Rəsulullah əfəndimizə qədər 124 min peyğəmbər gəlib keçmişdir. Başqa bir rəvayətdə İmam-i Rəbbani həzrətləri belə buyurmuşdur:

 Aradan "1000 ilin" keçdiyi vaxt keçən ümmətlərdə Ulül əzm bir peyğəmbərin gəldiyi vaxtdır. .   Məktubat-i Rəbbani, 1/495

Normal olaraq hər 100 ildə bir peyğəmbər, 1000 il də də Ulü l əzm bir peyğəmbər gəlmişdir. Hər 100 ildə bir peyğəmbər gəldiyini qəbul etsək, hz. Adəm əleyhissalamdan hz. Rəsulullah əfəndimizə qədər:

124. 000x 100= 12. 400.000 (on iki milyon dörd yüz min = il olmalıdır.) Deməli, peyğəmbərimiz (s.ə.v.) dünyanın ömrü 7 min ildir deyərkən dünyanın əsl yaşını deyil, insanlıq tarixi üçün əhəmiyyətli bir hadisənin başlanğıc zamanını nəzərdə tutmuşdur (Allah’u aləm)

Əhməd İbni Hanbəl nəql etdi.  Dünyadan beş min altı yüz il keçmişdir.   Kitab-ül Bürhan Fi Əlamət-əl Axırzaman, 89 

Daha əvvəlki hədislərlə dünyanın ömrünün 7 min il olduğunu görmüşdük. Burada isə Əfəndimizə qədər 5 min 600 il keçdiyi ifadə olunur. Bu rəvayətə görə Ümmət-i Muhəmmədin ömrü hicri 1400-cü ilə qədərdir. (7000-5600=1400) (Allah’u aləm)

 Abdullahdan (r.ə) rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki: Əhl-i beytimdən adı adıma uyğun olan bir adam başa keçəcək...  Dünyanın ancaq bir günlük ömrü qalmış olsa, onun başa keçməsi üçün Cənab-ı Allah O günü uzadar.  Sünən-i Tirmizi 4/92 Hz. Əlidən rəvayət olduğuna görə Rəsulullah (s.ə.v.) belə buyurdu:  Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış da olsa, Allah (c.c.) mənim Əhl-i beytimdən bir şəxsi göndərəcək.   Sünən-i Əbu Davud, 5/92 İbn-i Macə və Əbu Naim, Əbu Hüreyrədən təhric etdilər, o dedi, Peyğəmbər (s.ə.v) buyurdu:  Əgər dünyadan bir gün qalsa, Allah o günü uzadar və Əhl-i Beytimdən birini Məlik edər.  Kitab-ül Bürhan Fi Əlaməti-əl Mehdiyy-il Müntəzər, 10  əl-Qavlu-l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 27  Ölüm-Qiyamət -Axirət və Axırzaman Əlamətləri, s. 437

Bir az əvvəlki rəvayətlərdən və şərtlərdən anladığımız kimi, hicri 1400-cü il eyni zamanda hz. Mehdinin çıxış ilidir. Hicri 1400-cü ilə girməyə dünya günü olaraq 1 gün! belə qalsa, vəzifəyə hazır vəziyyətdə gözləyən Mehdinin vəzifəsini yerinə yetirməsi üçün qiyamət müəyyən bir zaman təxirə salınacaq. (Allah’u aləm) İbni Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır, O dedi ki; Dünya yeddi gündür, Hər gün min il kimidir və Rəsulullah (s.ə.v.) da onun sonunda göndərildi.

Dakkak b. Zeyd-ü Cühənidən rəvayət etdi: Mən gördüyüm bir yuxunu Rəsulullaha (s.ə.v.) danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v.) yeddi pilləli bir minbərin ən üst pilləsində idi: O buyurdu ki, Yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də Onun son minində olacağam.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 89

Bu rəvayətlərdən də anladığımız kimi, ümmətin ömrü hicri 1400-cü ilə qədərdir. Hicri 1400-cü ildə O (min illik) bir gün bitmiş olur. Halbuki, ümmət o bitmə günündə hələ də vəd edilən hz. Mehdini (ə. r. ) gözləyirdi. O zaman O (min illik) bir gün uzadılaraq, hz. Mehdinin (ə. r. ) vəzifəsini yerinə yetirməyə imkan yaradacaq.

İmam Rəbbani Mehdinin peyğəmbərimizin vəfatından 1000 (min) il keçdikdən sonra ikinci minin içində gələcəyini bildirir.

Ancaq gözlənilən odur ki; aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilə... Beləcə kəmalatın əsli zühur edib onun zillətini örtə.. Və nisbət-i aliyyənin mürəvvici Mehdi gəlsin. Allah ondan razı olsun.  Məktubat-i Rəbbani, 1/569 Şəriətin təsdiqi, milləti təcdidi bu ikinci mindədir. Bu iddianın doğruluğuna ədalətli şahid: İsanın (ə.s.) Mehdinin (r.ə.) bu min içində yaşamalarıdır. Məktubat-i Rəbbani 1/611 Rəsulullahın (s. ə. v. ) ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullahın (s. ə. v.) vəfatından sonra min il keçdikdən sonra istəsə az olsunlar. Onların çox kamallı olmaları şəriəti möhkəmlətməsi üçündür ki, çox tamam təkliylə hasil ola. Aradan min il keçdikdən sonra, Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək kudümünü (gəlişini), Hatəmür-rüsül Rəsulullah (s.ə.v.) müjdələmişdir. İsa (ə. s.) belə aradan min il keçdikdən sonra nüzul edəcək.  Məktubat-i Rəbbani 1/440

Peyğəmbərimizin vəfatından min il keçdikdən sonra ikinci min illiyə girilir. İmam-i Rəbbani həzrətlərinin yuxarıdakı izahlarına görə ikinci min illik içərisində hz. Mehdi (ə. r.) gələcək. Bunun üçün ən uyğun zaman 1400-1600 illər arasıdır. Bu illər ikinci min ilin tam ortasıdır. 1400-cü ildən 1500-cü ilə qədər İslamın hakimiyyəti, 1500-1600-ci illəri arasında da pozulma və qiyamət gözləniləcək.

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.    Qiyamət Əlamətləri, 299

Cəlaləddin Suyutinin "əl-Kəşfi Fi Mücazəvəti Qəmli əl-Ümməti Əl Əlfə Əlləzi Dəllət Əleyh əl-Əsər" adlı kitabından nəql. Bəddiüzaman Səid Nursi Həzrətləri də ümmətin qalibanə ömrünün 1506-cı ilə qədər olacağını bildirir.

"... Birinci cümlə min beş yüz (1500) mövqesiylə axırzamanda bir taifə-i mücahidinin (din üçün işləyənlərin, cihad edənlərin) son zamanlarına; və ikinci cümlə, min beş yüz altı (1506) mövqesilə qalibanə mücahidənin tarixinə.... işarə edər.  (...) bu tarixə qədər (1506) zahir və aşikaranə, bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın eyham edər."   Sikkə-i Təsdiq-i Qeybi, 46   

İmam Suyuti (r.ə) daxil olmaqla, bir qisim üləma bu ümmətin ömrünün (hicri) 1500-cü illərə qədər davam edəcəyinə, daha sonra da pozulmanın başlayacağına (Allah’u aləm) işarə edirlər. Səhih qaynaqlı hədislərə görə hz. Mehdi (ə. r.) zühur etdikdən sonra 40 il yaşayacaq. Hz. İsa (ə.s.) haqqındakı hədislərdə də Onun yer üzündə qalma müddətinin 40-45 il olacağı bildirilir. Bunun bir qismini hz. Mehdi (ə. r.) ilə hz. İsa (ə.s.) birlikdə yaşayacaqlar; bu da təxminən 7-10 ildir. Bu məlumatlara görə hz. Mehdi (ə. r.) və hz. İsanın (ə.s.) vəfatına qədər olan 1475-1480-ci illərinə gəlinmiş olacaq. Bu tarixdən 1500-ci ilə qədər davam edən 20-25 illik bir müddət də vəziyyətin mühafizəsinə çalışıldığı bir dövr olacaq. Bu rəvayətdə də Mehdinin yüz il başında zühur edəcəyi bildirilir.
 
Çünki onun (hz. Mehdinin ) zühuru yüz başlarında olacaq.  Məktubat-i Rəbbani   

Yuxarıda izah edildiyi kimi, İmam Suyuti həzrətlərinin rəvayətinə görə Ümmət-i Muhəmmədin ömrü 1500 (min beş yüz) ili keçməyəcək. Hicri 1500-cü ilə çatmağa bir əsr qalmışdır. O da hicri 1400-cü ilin əvvəlləridir.

Rəsulullah (s.ə.v.) buyurdu: Qiyamət yer üzündə Allah’a ibadət edilməyən bir yüz il keçmədikcə qopmaz.  Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman , 92

Yuxarıdakı rəvayətlərin işarələrindən səadətli bir əsr keçdikdən sonra və təxminən bir əsr zülmün, küfrün hakim olduğu dövrə keçdikdən sonra qiyamət gözləniləcək. Edilən hesablar Mehdi ancaq hicri 14-cü əsrin başlarında çıxdığı təqdirdə təsdiqlənəcək. Ümmətin ömrü hicri 1500-cü ili keçməyəcəyinə görə, Mehdinin hicri 1400-cü ilin əvvəllərində gəlməsi lazımdır. əl-Qavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər. Kitab ül Bürhan Fi Əlamət-əl Mehdiyyil Axırzaman Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, 494. Ramız: Əl -Ahadis 508 (İbni Mace-Tabaraninin Kəbiri)

İzlənmə sayı: 1181