Hz. Süleymanın həyatından axırzamana işarələr »

Mehdilik Hz. Süleymanın və hz. Zülqərneynin üstün əxlaqlarının axırzamanda yenidən, daha fərqli və geniş bir zəmində həyat tapmasıdır. Hz. Süleymanın və hz. Zülqərneynin şəxs-i mənəviləri, ruhları, məntiqləri, ağıl təcəlliləri, ictimai təcəlliləri axırzamanda özünü göstərəcək.

Hz. Süleyman, hz. Zülqərneyn və Mehdi dövrləri İslamın, gözəl əxlaqın yer üzündə geniş şəkildə yaşanmasıdır. Hər üçü də Allah’ın bəyəndiyi dövrlərdir. Quranda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirilən Buhtunnəsr, Nəmrud və Firon dövrləri isə şeytaniyyətin və imansızlığın hakim olduğu dövrlərdir. Bu dövrlərin dərhal ardınca Allah necə İslam əxlaqını hakim etdisə, axırzamanda, yəni dünyanın son dövründə də Rəbbimiz İslam əxlaqının hakim olduğu bir dövrü qullarına yaşadacaq. Bu isə Qızıl Əsrdir.

Bu əsr hz. Süleyman və hz. Zülqərneyn dövrlərinin daha geniş diametrli bir əks olunması və təcəllisidir. Başqa bir ifadə ilə Mehdilik dinclik, xoşbəxtlik, sevgi, qardaşlıq, vəfa, barış, fədakarlıq, insaniyyət, yardımsevərlik kimi xüsusiyyətlərin dünyaya hakim olmasıdır.

Hz. Süleyman və hz. Zülqərneyn ilə Qızıl Əsr dövrü arasındakı oxşar cəhətlərindən bəzi nümunələri bu şəkildə sıralaya bilərik:

Mehdinin Dünya Hakimiyyəti

Daha əvvəl də vurğuladığımız kimi, hz. Süleyman və hz. Zülqərneyn İslam əxlaqını dünyaya hakim etmişdir. Çox geniş bir əraziyə hökm etmiş, çox güclü bir orduya sahib olmuş və onların dövrü bu baxımdan Qızıl Əsrlə çox oxşardır.

Qızıl Əsr dövrü də İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların axın-axın Müsəlman olacaqları, inkarçı ideologiyaların yer üzündən silinəcəyi, dinin Peyğəmbərimiz (s.ə.v.) dövründəki forması ilə yaşanacağı bir dövrdür. Bəzi hədislərdə Qızıl Əsr dövründəki hakimiyyət bu şəkildə təsvir edilir:

(Mehdi) bütün dünyaya sahib olacaq. (Kitab-ül Bürhan fi-Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 10)

Mehdi şərq ilə qərb arasındakı hər yeri fəth edər. (Əl Qəvlul Müxtəsər Fi Əlamət-il Mehdiyy-il Müntəzər, s. 56)

Mehdinin sahib olduğu süsusi elm və hz. Süleymana və hz. Zülqərneynə bağışlanan böyük elmlər

Kitabın əvvəlki hissələrində Allah’ın hz. Süleymana müxtəlif elmlər lütf ettiyindən bəhs etdik. O, Allah’ın diləməsiylə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı söhbətlərini eşidə bilmiş, külək və mis mədən onun əmrinə verilmişdir. Bunların hər biri hz. Süleymanı digər insanlardan ayıran möcüzəvi xüsusiyyətlərdir. Hz. Zülqərneyn üçün də Quranda, "Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq." (Kəhf surəsi, 91) şəklində bildirilir. Bundan da aydın olduğu kimi O, Allah’ın elm verdiyi qullardandır.

Mehdi də eyni bu iki müqəddəs insan kimi çox xüsusi elmlərə sahib olacaq. Taşköprülüzade Əhməd Əfəndi Meəzuatul ulum adlı əsərində (11/246) Mehdinin cifr elminə vəqf olacağını yazmışdır. Başqa bir hədisdə isə Mehdi haqqında bu məlumat verilir:

O heç kimin bilmədiyi gizli bir vəziyyətə bələdçi olduğu üçün ona Mehdi deyilmişdir. (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 77)

Peyğəmbərimiz (s.ə.v.) həmçinin Mehdinin eynilə hz. Süleyman kimi heyvanların dilini biləcəyini və yenə eynilə hz. Süleyman kimi cinlər üzərində də hakimiyyəti olacağını bildirmişdir:

O (Mehdi), təsdiqlənmiş, quş və bütün heyvanların dillərini bilən biridir. Onun üçün ədalət bütün insanlar və cinlər tərəfindən cari olacaq. (Qiyamət Əlamətləri, s. 188)

Heyvan sevgisinə əhəmiyyət vermələri

Quranda hz. Süleymanın heyvanlara olan şəfqətli və sevgi dolu mövqeyi ilə bağlı bəzi məlumatlar da verilir. Əvvəlki hissələrdə onun qarışqalara zərər verməkdən belə qaçınan mövqeyini, atlara olan sevgisini izah etmişdik.

Qızıl Əsr dövründə də heyvanlara olan sevgi təşviq ediləcək. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu dövrdə hər cür heyvanın rahatlıqla izlənilə biləcəyi və sevilə biləcəyi mühitlər meydana gətiriləcəyi xəbər verilir. Bu mövzudakı hədislərdən bəziləri belədir:

... insan qoyun və heyvanlarına gedin otlayın, deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına almayacaq, ilan və əqrəblər heç kimi sancmayacaq, yırtıcı heyvanlar qapıların qarşısında dayanacaq, heç kimə zərərləri toxunmayacaq... (Qiyamət Əlamətləri, s. 245)

İlanlar uşaqlarla, inəklər aslanlarla dolana biləcək... (Əl Qəvlul Müxtəsər, s. 64)

Yuxarıdakı hədislərdə göründüyü kimi, Qızıl Əsr ilə Süleyman dövrü arasındakı başqa bir diqqətçəkən bənzərlik də heyvanlar üzərindəki hakimiyyətdir. Hz. Süleyman quşlar başda olmaqla, müxtəlif canlılar üzərində necə hakimiyyət qurdusa, Qızıl Əsr dövründə də heyvanlar üzərində yırtıcı heyvanların belə insanlara zərər verməsinə mane olan şəkildə bir hakimiyyət olacaq.

And olsun, (peyğəmbər olaraq) göndərilən qullarımıza (bu) sözümüz keçmişdir: Həqiqətən onlar, şübhəsiz nüsrət (kömək və zəfər) tapacaqlar. Və heç şübhəsiz; bizim ordularımız, üstün gələcək olanlar məhz onlardır.
(Saffat surəsi 171-173)

Sülhsevər olmaları və diplomatiya yolunu seçmələri

Hz. Süleymanın qonşu ölkələrlə olan əlaqələrində xoşgörüşlü, bağışlayıcı və sülhsevər bir mövqedə olduğunu daha əvvəl vurğulamışdıq. O, problemləri diplomatiya yoluyla həll edir və demokratik üsullar izləyirdi. Hz. Süleyman yaşadığı dövrdə çox üstün bir mədəniyyət meydana gətirmiş və hakimiyyətini də diplomatiya ilə, sənətlə və mədəniyyətlə təmin etmişdir. Çox güclü, qarşı qoyula bilməz ordulara sahib olmasına baxmayaraq, əsgəri gücünü istifadə etməmişdir. Hz. Zülqərneyn isə ətrafındakı xalqlar tərəfindən "yer üzündə məğlubiyyətçiliyi və fitnəni önləyən adam" olaraq tanınmış, insanlara barış və dinclik gətirən bir lider olmuşdur. Hz. Süleyman və hz. Zülqərneyn dövrləri bu yönüylə Qızıl Əsr dövrüylə çox böyük bənzərliklər göstərir.

Qızıl Əsrdə insanlar öz istəkləri ilə Müsəlman olacaq, heç bir döyüşə ehtiyac qalmadan İslam əxlaqı bütün dünyaya hakim olacaq. Bu dövrü təsvir edən hədislərdə bu şəkildə ifadə olunur:

Zamanında nə bir şəxs yuxusundan oyandırılacaq, nə də bir şəxsin burnu qanayacaq. (Əl Qəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42)

Mehdi Peyğəmbərin yolu ilə gedəcək, yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq. (Qiyamət Əlamətləri, s. 163)

Hədislərdə də ifadə olunduğu kimi, Mehdi bütün dünyaya İslam əxlaqını barış yoluyla hakim edəcək, döyüş və şiddətdən qaçınacaq. Mehdinin izləyəcəyi yol bütün dünya səviyyəsində böyük bir mədəni intibah ilə insanların İslam əxlaqına yönəldilməsi olacaq. O dövrdə Allah’ın izniylə aşağıdakı ayələr təcəlli edəcək:

Allah’ın köməyi və fəth gəldiyi zaman və insanların Allah’ın dininə dəstə-dəstə girdiklərini gördükdə, dərhal Rəbbini həmd ilə təsbeh et və Ondan bağışlama dilə. Çünki O, tövbələri çox qəbul edəndir. (Nəsr surəsi, 1-3)

Din əxlaqına dəvət mövzusunda qərarlı olmaları və sürətli davranmaları

Hz. Süleyman verdiyi məntiqli və ardıcıl qərarlar ilə bütün möminlər üçün çox əhəmiyyətli bir nümunədir. Səba ölkəsini iman gətirməyə dəvət etmək üçün yazdığı məktub onun təbliğ gücünü göstərərkən, elm sahibi bir adamın vasitəsilə Səba Məlikəsinin taxtını gətirtməsi sürətli qərar alma mövzusuna verdiyi əhəmiyyəti ortaya qoyur. Hz. Zülqərneynin Yəcüc və Məcüc adlı qövmün fitnə-fəsadını önləmək üçün qiyamətə qədər yıxıla bilməyəcək qədər güclü bir Sədd tikməsi də onun gücünün və ağlının bir göstəricisidir. Qızıl Əsr bu yönüylə hz. Süleyman və hz. Zülqərneyn dövrünə çox böyük bənzərlik göstərəcək.

Qızıl Əsr dövründə insanlar axın-axın İslama yönələcək, bunun üçün çox geniş əhatəli və ardıcıl fəaliyyətlər olacaq. Cəmiyyətlər bir-birinin ardınca İslam əxlaqını mənimsəyəcək, inkarçı ideologiyalar sürətli və qalıcı cəhdlərlə dünya üzərindən qalxacaq, hər cür zülm sistemi tarixin qaranlıqlarına basdırılacaq. Bu mövzu ilə əlaqədar olaraq böyük İslam alimi Muhyiddin Ərəbi bunları bildirmişdir:

Allah ona (Mehdiyə) o qədər güc verəcək ki, bir gecə içində zülmü və zülm əhlini ortadan qaldıracaq, dini qoyacaq, İslamı canlandıracaq, diqqətə alınmaz bir hala gəldikdən sonra ona təkrar qiymət qazandıracaq, ölümündən sonra onu dirildəcək... Əsrində cahil, xəsis və qorxaq olan bir adam dərhal alim, comərd və cəsur olacaq... Dini Rəsulullahın (s.ə.v.) zamanında olduğu kimi eynilə tətbiq edəcək... (Muhyiddin Ərəbi əl-Əndəlisi, Futuhat-ül Məkkiyə, Bab 66, Qiyamət Əlamətləri, s. 186)

Abadlıq işlərinə böyük əhəmiyyət verilməsi

Hz. Süleymanın abadlıq işlərinə verdiyi əhəmiyyəti kitabın əvvəlki hissələrində detallı olaraq araşdırmışdıq. O, əmri altında çalışan bina ustası cinləri və şeytanları istifadə edərək qazanlar, heykəllər, hovuzlar və qalalar inşa etmişdir. Onun görkəmli sarayını hər görən insan - başda Səba Məlikəsi olmaqla - heyran qalmışdır. Hz. Zülqərneynin tikdiyi Səddin istehsalında isə Allah’ın diləməsi xaricində yıxıla bilməyəcək qədər güclü bir texnika istifadə edilmişdir.

Peyğəmbərimizin hədislərində Qızıl Əsrdə abadlıq işlərinə çox böyük əhəmiyyət veriləcəyinə diqqət çəkilir. Bu dövrdə şəhərlərə hüzur və barışla yanaşı, üstün bir mədəniyyət də aparılacaq. Bu hədislərdən biri bu şəkildədir:

Mehdi Konstantiniyyə və digər diyarların abadlığına çalışar. (Əl Qəvlul Müxtəsər

Zənginliyi və ehtişamı İslamın mənfəəti, Allah’ın razılığı üçün istifadə etmələri

Hz. Süleyman sahib olduğu zənginlikləri Allah’ın dinini təbliğ etmək və İslam əxlaqını bütün dünyada yaymaq üçün ən gözəl şəkildə istifadə etmişdir. Fəth etdiyi ölkələrdə yaşayan insanları əvvəlcə Allah’a iman gətirməyə və təslim olmağa dəvət etmişdir. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu bu mövzuda çox əhəmiyyətli bir dəlildir. Hz. Zülqərneyn də "... Rəbbimin mənə verdiyi (güc, nemət və imkan) daha xeyirlidir..." (Kəhf surəsi, 95) ayəsindən də aydın olduğu kimi, Allah’ın nemətiylə möhkəm bir iqtidara malikdir. Və bu böyük gücü yer üzündə fitnə-fəsada mane olmaq üçün istifadə etmişdir.

Qızıl Əsr dövründə də insanlar çox böyük bir zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Mehdi yer üzünün bütün zənginliyini Allah’ın dinini yer üzünə hakim etmək üçün istifadə edəcək, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və barışı əsas alacaq. Onun tayı-bərabəri olmayan tətbiqləri insanların İslam əxlaqına qarşı ürəklərinin yumşalmasına səbəb olacaq və İslam əxlaqı çox qısa bir müddətdə bütün dünyaya hakim olacaq. Bu mövzudakı hədislərdən bəziləri bu şəkildədir:

Ümmətim içərisindən Mehdi çıxacaq, Allah onu insanları zəngin etmək üçün göndərəcək. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, yer bitkisini çıxaracaq... (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 15)

... Beətdən əvvəl insanlar qrup-qrup ona axın edəcəklər və oraya gedən hər kəs ondan bərəkət qazanacaq. (əl-Qəvlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 25)

İzlənmə sayı: 1067