Hz. Süleymanın həyatından axırzamana işarələr »

Hz. Süleymanın və hz. Zülqərneynin yaşadıqları dövrlərdə reallaşmış olan bu dünya hakimiyyəti bütün Müsəlmanlar üçün çox böyük bir müjdədir. Çünki bu qissələrdə axırzamanla bağlı mühüm işarələr var.

Allahın sərhədlərini həssaslıqla qoruyan, İslam əxlaqını bütün dünyada hakim etmək üçün ciddi bir səy göstərən və heç bir çətinlik qarşısında əzmsizlik göstərməyən Müsəlmanlar tarixin hər dövründə mütləq üstün gələcəklər. Allahın köməyi və dəstəyi mütləq onların yanında olacaq. Hz. Süleyman və hz. Zülqərneyn yuxarıda saydığımız xüsusiyyətlərinin dünyadakı qarşılığını güclü bir hakimiyyətlə (və əlbəttə Allahın digər bir çox mənəvi lütfü ilə) almışlar. Axırzamanda eyni hakimiyyət Allahın izni ilə mütləq reallaşacaq.

İslam əxlaqının bu böyük hakimiyyəti - daha əvvəl də vurğuladığımız kimi - Peyğəmbərimizin bəzi hədislərində hz. Süleyman və hz. Zülqərneynin dünya hakimiyyətlərinə bənzədilərək təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (Əl Qəvlul Müxtəsər Fi Əlamətil Mehdiy-il Müntəzər, s. 29)

Yer üzünün dörd məliyi var. Onların ikisi: Zülqərneyn və Süleyman möminlərdən, digər ikisi Nəmrud və Buhtunnəsr kafirlərdəndir. Yerə beşinci olaraq əhli beytimdən biri sahib olacaq. Yəni Mehdi. (Məktubat-i Rəbbani, 2/1163)

İzlənmə sayı: 990