Hz. Süleymanın həyatından axırzamana işarələr »

Nəhayət qarışqa vadisinə gəlib çatdıqda, dişi bir qarışqa dedi ki: "Ey qarışqalar, yuvalarınıza daxil olun ki, həzrəti Süleyman və onun ordusu özləri də bilmədən sizi əzib keçməsinlər." (Nəml surəsi, 18)

Yuxarıdakı ayədən bu kimi şərhlər edilə bilər:

- Dişi qarışqa vadiyə gələnlərin hz. Süleymanın ordusu olduğunu anlayır. Burada son dərəcə şüurlu bir tanıma var. Bu vadidəki qarışqaların öz aralarında danışmaları, ətraflarında olub bitən hadisələrin tam olaraq şüurunda olmaları, fərqli bir birlik ola biləcəklərinə işarə ola bilər. Bu şüurlu davranış həmin canlıların cin olma ehtimalını ağla gətirir. (Ən doğrusunu Allah bilər)

- Həmçinin burada hər hansı bir qarışqadan bəhs edilmir. "Qarışqa vadisi" deyilən xüsusi bir yerə və xüsusi qarışqalara diqqət çəkilir. Bu da həmin canlıların cin olma ehtimalını qüvvətləndirir.



Göylərdə və yerdə olan nə varsa, canlılar və mələklər Allah’a səcdə edərlər və onlar böyüklük göstərməzlər. Üstlərinə hər an bir əzab göndərməyə qadir olan Rəblərindən qorxarlar və əmr olunduqları şeyi edərlər. (Nəhl surəsi, 49-50)

 (Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi ki: "Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükr etməmi və məmnun olacağın saleh bir əməldə olmamı ilham et və məni rəhmətinlə saleh qulların arasına qat." (Nəml surəsi, 19)

- Hz. Süleymanın qarışqaların öz aralarındakı söhbətlərini eşitməsində də axırzamanda kompüter texnologiyasında yaşanacaq olan inkişaflarla bağlı bəzi diqqətçəkici işarələr ola bilər.

- Hal-hazırda "Silikon Vadisi" termini texnologiya dünyasının mərkəzində dayanmışdır. Hz. Süleyman qissəsində də bir "qarışqa vadisi"ndən bəhs edilməsi çox mənalıdır. Allah bu ayə ilə axırzamanda yaşanacaq olan inkişaf etmiş texnologiyaya diqqət çəkə bilər.

- Həmçinin hal-hazırda qarışqalar və bəzi böcək növləri yüksək texnologiya sahəsində sıx olaraq istifadə edilir. Bu canlılardan nümunə götürülməsi ilə inkişaf etdirilən robot layihələri ilə müdafiə sənayesindən texnologiya sahəsinə qədər bir çox sahədə istifadə etməyi düşünürlər. Ayədə bu inkişaflara da işarə ola bilər.

1950-ci illərdə amerikalı alimlərin məlumat və təcrübələrini bir yerə gətirib dünya bazarına girmək istəmələri nəticəsində meydana gətirilən və 4000 kvadrat kilometrlik bir sahəyə yayılan Silikon Vadisi Kaliforniyadakı Stanford Universiteti liderliyində qurulmuşdur. Dünyanın dörd bir tərəfindəki informasiya, enformasyon və yüksək texnologiya üzərində çalışan 8000 şirkət bu bölgədə toplanmışdır. 300.000-ə yaxın yaxşı alim, mühəndis və tədqiqatçı bu vadidə yüksək texnologiya məhsullarının inkişaf etdirilməsi üçün çalışır, texnologiya sahəsində yaşanan inkişafların böyük hissəsi bu bölgədə reallaşır.

İzlənmə sayı: 986