“Kəhf” surəsindən axırzamana işarələr »

Onların qəlbinə qüvvət verdik... (Kəhf surəsi, 14)
HİCRİ: 1400 MİLADİ: 1979

O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır... (Kəhf surəsi, 95)
HİCRİ: 1409, MİLADİ: 1988 (Şəddəsiz)

Həqiqətən biz ona yer üzündə möhkəm bir iqtidar verdik... (Kəhf surəsi, 84)
HİCRİ: 1440, MİLADİ: 2019 (Şəddəli)

“Kəhf” surəsində hicri 14-cü əsrin əvvəlinə, yəni miladi olaraq 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlinə baxan bir işarə isə “Kəhf” surəsinin sıra nömrəsi ilə ayə sayının hasilindən əldə edilən 1980 rəqəmidir. Bu rəqəm hicri 14-cü əsrin əvvəllərinə uyğun gəlir.

18-ci surə Kəhf surəsi 110 ayə  18 x 110 = 1980

Bədiüzzaman Səid Nursi də bir çox sözündə axırzamanın başlanğıcı olaraq eyni tarixlərə işarə etmişdir. Məsələn, bir ifadəsi bu şəkildədir:

"Elə bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: "Axirətin təfsilatından dərs alan ayıq-sayıq və iti nəzərli olan səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq olaraq fikirləri düşmüş kimi, gələcək-i dünyəvidə min dörd yüz il sonra gələcək bir həqiqəti əsrlərində yaxın zənn etmişlər?"

Ustad burada səhabələrin yaşadığı dövrdən "1400 il sonra"sından bəhs edərək, axırzamanın 1980-ci illər olacağına işarə etmişdir. Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmiş, tam 1400 deyilmişdir. Yəni hicri 14-cü əsr.

“Kəhf” surəsi iman gətirənlər üçün çox əhəmiyyətli bir müjdədir. Bu müjdə Peyğəmbərimizin (s.ə.v.) də hədislərində bildirdiyi, müqəddəs bir dövr olan axırzamanın yaxınlaşmasıdır. “Kəhf” surəsi bu baxımdan İslamın axırzamanda keçirəcəyi başlanğıc, inkişaf və hz. İsanın gəlişi ilə birlikdə nəticələnəcək olan hakimiyyət dövrlərinə işarə edir.

İzlənmə sayı: 987