Quranda qiyamət əlamətləri »

Biz heç bir məmləkəti təqdir edilmiş bir Kitab göndərmədən əvvəl məhv etmədik. (Hicr surəsi, 4)

Tarix boyunca Allah məhv edilən hər məmləkətə, əvvəlcə, onları doğru yola dəvət edən kitab endirmişdir. Buna baxmayaraq, üsyan və azğınlığa davam edənlər özləri üçün təyin olunmuş müddət başa çatdıqda həlak edilmiş və gələcək nəsillər üçün ibrət olmuşlar. Allah`ın bu qanununu düşündüyümüzdə bəzi əhəmiyyətli sirlər ortaya çıxır.

Qiyamət dünya üzərindəki bütün cəmiyyətlərin başına gələcək son fəlakətdir. Quran insanların öyüd alıb düşünməsi üçün endirilən İlahi kitabların sonuncusudur və qiyamətə qədər tək yol göstərici kimi qalacaq. Ayələrdəki ifadə ilə; "... O (Quran) aləmlərə bir öyüd və xatırlatmadan başqası deyil." (Ənam surəsi, 90) Quranın yalnız müəyyən zamana və məkana xitab etdiyini zənn edən insanlar isə dərin qəflət içindədir, çünki Quran bütün "aləmlər" üçün ortaq çağırışdır.

Peyğəmbərimiz (s.ə.v) dövründən bəri Quran həqiqətləri bütün dünyaya təbliğ edilir. Xüsusilə, yaşadığımız dövr tarixdə bənzəri görünməmiş texnoloji inkişaflar sayəsində Quranın əmrlərinin bütün insanlığa geniş şəkildə çatdığı bir dövrdür. Bu gün elm, təhsil, nəqliyyat və ünsiyyət sahələrindəki inkişaflar ən uc nöqtəyə çatmaq üzrədir. Xüsusilə, kompyuter və internet texnologiyaları sayəsində dünyanın dörd bir tərəfindəki insanlar saniyələr içində bir-birləri ilə danışır, məlumatlarını paylaşır və ünsiyyət qura bilirlər. Elm və texnologiya inqilabı bütün dünya ölkələrini birləşdirir; "qloballaşma", "dünya vətəndaşlığı" kimi ifadələri lüğətimizə qazandırır. Qısacası, dünyadakı insanları bir-birindən ayıran bütün maneələr sürətlə aradan qalxır.

Bu gerçəklər əsasında rahatlıqla bunu söyləyə bilərik: Yaşadığımız "İnformasiya Əsri"ndə Allah hər cür texnoloji inkişafı xidmətimizə vermişdir. Müsəlmanların üzərinə düşən məsuliyyət də, Allah’ın təqdim etdiyi bu imkanları ən gözəl və faydalı şəkildə istifadə etmək, dünyanın ayaq basılan hər nöqtəsində insanları Quran əxlaqına dəvət etməkdir.

İzlənmə sayı: 914