Qızıl Əsr »

Allah barış yurduna çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah’ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunus surəsi, 25-26)

Belə bir həyatı təmin edən ən əhəmiyyətli səbəb, şübhəsiz, Quran əxlaqının əksiksiz olaraq tətbiq olunması olacaq.

Bilindiyi kimi, bir cəmiyyətdə dinclik və sakitlik o cəmiyyətdəki insanların dövlətə və onun bütün vahidlərinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Quranda isə "itaət" məqbul bir əxlaq xüsusiyyəti olaraq təşviq edilir. Allah Müsəlmanlara bir çox ayəsiylə itaəti əmr edir. Başqa sözlə, Qurana təslim olan insanların yaşadığı bir cəmiyyət həyatı eyni zamanda da dövlətə itaətin və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühitdir. Allah Quranda insanları "fitnə-fəsaddan, qarışıqlıq yaratmaqdan" çəkindirmişdir.

Hədislərdə o dövrdə heç qan tökülməyəcəyi, heç bir qarışıqlıq və narahatlıq çıxmayacağı dəfələrlə vurğulanmışdır:

Naim b. Hammad Əbu Səid əl- Hudridən təhric etdi; Peyğəmbərimiz buyurdu ki:

"Onun dövründə yuxuda olan oyandırılmaz və bir damla qan belə axıdılmaz." (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, 11)

"Onun dövründə nə bir adam yuxusundan oyandırılacaq, nə də bir adamın burnu qanayacaq." (əl-Qəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, 44)

İzlənmə sayı: 922