Qızıl Əsr »

Peyğəmbərimizin hədislərində bildirildiyinə görə, Qızıl Əsrin əvvəlində cəmiyyətdə çox böyük bir pozulma və ədalətsizlik hökm sürəcək. Oğurluq, saxtakarlıq, fırıldaqçılıq  artacaq, ehtiyac içində olanlara kömək edilməyəcək, yalnız çox kiçik bir zümrə bolluq içində yaşayacaq. Quran əxlaqının hakim olduğu dövrdə, yəni Qızıl Əsrdə isə cəmiyyətin hər seqmentində əsl mənada ədalət, dinclik və güvən dolu bir mühit olacaq. Yaşanan bu ədalət dolu mühitin bir nəticəsi olaraq insanlar heç bir saxtakarlığa, pisliyə, haram hərəkətlərə də yanaşmayacaqlar. Çox böyük bir dinclik və güvən təmin ediləcək. Axırzamanda yaşanacaq ədalətli mühitdən hədislərdə bu şəkildə bəhs edilir:

"… Yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu doğruluq və ədalətlə doldurar." (Sünəni-i Əbu Davud, 5/93)

"Yer üzü zülm və işgəncə yerinə ədalətlə dolacaq." (Qiyamət Əlamətləri, s. 163)

"… Dünyada ədalət və haqq öz yerini tapar..." (Məktubat-i Rəbbani 1/251)

"Malı, bərabər bir şəkildə insanlara paylayacaq. Onun ədaləti hər yerə yayılacaq. Zülmlə dolu olan dünya o gəldikdən sonra ədalətlə dolub daşacaq... Hz. Mehdinin zamanında ədalət o qədər geniş yayılacaq ki, zorla alınan hər mal sahibinə geri verildiyi kimi, bir insanın başqasına aid olub, dişində qalmış bir şey belə sahibinə qaytarılacaq... Yer üzü təhlükəsizliklə dolacaq və hətta bir neçə qadın yanlarında heç kişi olmadan, rahatlıqla, həccə gedəcək." (əl-Qəvlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 23)

Zülmlə dolu olan dünya o gəldikdən sonra ədalətlə dolub daşacaq. (əl-Qəvlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 20)

Onun ədaləti hər yerə yayılacaq.. (əl-Qəvlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 20)

Hz. Mehdi, o qədər mərhəmətli olacaq ki, onun dövründə nə bir şəxs yuxusundan oyandırılacaq, nə də bir şəxsin burnu qanayacaq. (əl-Qəvlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 44)

O (Mehdi) ərzə sahib olar və özündən əvvəl təzyiq və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən ona kim yetişsə, qar üzərində sürünərək belə olsa gəlsin, onu axtarsın. Çünki o Mehdidir. (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 14)

... Onun dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər. (Kitab-ül Bürhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 17)

Bütün ölkələr ona qapılarını açacaqlar... Yer üzündə təhlükəsizlik və sakitlik hakim olacaq. (Qiyamət Əlamətləri, s. 164)

İzlənmə sayı: 1115