Qızıl Əsr »

İslam əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanlar hər cür əxlaqsızlığa açıq vəziyyətə gəlirlər. Dindar bir insanın əxlaqsızlıqdan qaçınmasının səbəbi Allah’dan qorxması, Allah’ın gizlinin gizlisini bildiyini bilməsi və axirət günündə bütün etdiklərindən sorğuya çəkiləcəyinin şüurunda olmasıdır. Bu səbəblə hər hansı bir pis əxlaq nümunəsi göstərməz, sui-istifadə etməz, yalan danışmaz, insanların canına qəsd etməz, rüşvət almaz…

Amma dinsiz bir insan bütün bu əxlaqsızlıqları asanlıqla edə bilər. Əgər bir insan Allah’dan qorxmursa o adamdan hər şey gözlənilə bilər, çünki ona mane ola biləcək, vicdanını hərəkətə keçirə biləcək hər hansı bir güc yoxdur. Dinsiz bir cəmiyyətdə hər cür əxlaqsızlıq normal qəbul edilə bilər.

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə ən çox diqqəti çəkən şey əxlaqi mövzularda yaşanacaq olan sürətli pozulmalardır. Belə cəmiyyətlərdə ailə həyatında, iqtisadi həyatda, siyasətdə, insan əlaqələrində çox sürətli bir degenerasiya yaşanır. Çünki Allah qorxusunun olmadığı bir həyatda hər hansı bir sərhəd, qayda yoxdur. Sərhədlər nəfsin zövq və ehtiraslarına görə təyin olunur. Bu degenerasiyanın təbii bir nəticəsi olaraq ailə quruluşunda görülən pozğunluq ilə cəmiyyətin təməl quruluşunda çöküntülər özünü göstərir.

Quran əxlaqının unudulduğu cəmiyyətlərdə heç kim heç kimin yaxşılığını, sağlamlığını, rahatlığını, təhlükəsizliyini düşünmür. Hər kəs eqoistcə özünü düşünür; məqsəd daha çox pul qazanmaq, daha çox mənfəət əldə etmək, daha çox mal əldə etməkdir. Belə bir insan ətrafında yaşananları görməzlikdən gəlir. Aclıq içində olanları görəndə onlara kömək etmək ağlından keçmir, israf etməyə davam edir. Haqsız qazanc əldə etdikdə zərər çəkdirdiyi şəxslərin vəziyyətini bilir, amma bu onu etdiyi işdən imtina etdirmir. İnsanlar ancaq bir mənfəət qarşılığında bir-birlərinə yaxşı davranırlar.

Oğurluğun, rüşvətin, intiharların, sui-istifadələrin, ictimai ədalətsizliyin mənbəyində də Quran əxlaqının yaşanmaması dayanır. Halbuki, Quran əxlaqına sahib olan adam hər vəziyyətdə ədalətli davranır, davamlı yaxşı işlər görüb, Allah’ın razılığını və sonsuz axirət yurdunu qazanmağı istəyir. Allah’dan qorxan bir adam şərtlər və mühit nə olursa olsun ədalətindən, xoşgörüşündən, səbrindən, dürüstlüyündən, gözəl əxlaqından ən kiçik bir güzəşt vermir. Allah Quran əxlaqını yaşayan şəxsləri bu şəkildə təsvir edir:

O kəslər ki, Allah’a verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allah’ın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər. O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. (Rəd surəsi, 20-22)

Yaxınlaşmaqda olan bu müqəddəs dövrdə ədaləti tətbiq edəcək, Quran əxlaqını bütün incəlikləriylə yaşayacaq və insanlara təbliğ edəcək üstün əxlaqlı insanlar olacaq. Qızıl Əsrdə bütün insanların çox böyük bir dinclik, güvən və rahatlıq içində yaşayacaqları mühitin ən mühüm səbəblərindən biri Müsəlmanların gözəl əxlaqıdır.

İzlənmə sayı: 946