Quranda qiyamət əlamətləri »

Allah ayələrində qiyamət saatının yaxın olduğunu və bu mövzuda heç bir şübhəyə yer olmadığını xəbər verir:

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur... (Həcc surəsi, 7)

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)

Quranın qiyamətlə bağlı vəhy olunduğu ayələrin üzərindən 1400 ilə qədər uzun müddət keçdiyini, bu müddətin də bir insan həyatı ilə müqayisədə uzun olduğunu fikirləşənlər ola bilər. Ancaq Qiyamət dünyanın, günəşin, ulduzların, qısacası, bütün kainatın sonudur. Kainatın milyardlarla illik keçmişi göz önünə alındığında, on dörd əsrlik zaman müddətinin çox qısa olduğu qətidir.

Son dövrlərin ən böyük İslam alimi sayılan Bədiüzzaman Səid Nursi də oxşar bir suala hikmətli təşbeh ilə belə cavab vermişdir:

Quran “qiyamət yaxındır” deyə fərman verir. Bu qədər il keçdikdən sonra gəlməməsi yaxınlığına zərər verməz. Beləliklə, qiymət dünyanın əcəlidir. Dünyanın ömrünə nisbətən min və ya iki min il, bir ilə nisbətən bir- iki gün və ya bir- iki dəqiqə kimidir. Qiyamət saatı yalnız insaniyyətin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib uzaq görülsün.

(Bediüzzaman Said Nursi, Sözler, Yeni Asya Neşriyat, 1990, s.318, İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.214)

İzlənmə sayı: 1081