Qızıl Əsr »

Hal-hazırda bir çox təşkilat keyfiyyət, səviyyə, məna, estetika kimi sənət dəyərlərini deyil, yalnız çox satmağı və çox pul qazanmağı düşündükləri üçün "sənət" və "sənətçi" etiketləri altında olduqca keyfiyyətsiz, səviyyəsiz, mənasız və çirkin şeyləri cəmiyyətə təqdim edirlər.

Hal-hazırda sənət dünyasında "çirkinliyi təsvir etmə" meyli bir xeyli məşhurdur. Bu meyil materialist fəlsəfənin cəmiyyətə hakim olması nəticəsində yayılan nihilist və pessimist fikirlərdən qaynaqlanır. Sənət adına, insanları pessimizmə sürükləyəcək, həyatdan soyudacaq, gərginlik və böhrana soxacaq məhsullar ortaya qoyulur, çirkinlik bir dəyər olaraq qəbul edilir. Şəkillərin, heykəllərin, ya da musiqilərin mövzuları, xüsusilə ölüm, ağrı-acı, nifrət, təklik, məqsədsizlik, mənasızlıq kimi mövzulardan seçilir. Bu vəziyyət, inancsızlığın insan ruhunda meydana gətirdiyi qarışıqlıq və təxribatın təbii bir nəticəsidir. Axırzamanda isə inancsızlığın doğurduğu bütün bu psixoloji böhranlar yox olacaq, insanlıq Quran əxlaqının gətirdiyi xoşbəxtlik, dinclik və güvənə qovuşacaq və bunun təbii bir nəticəsi olaraq sənət də çirkinlikləri deyil, gözəllikləri təsvir edən bir məşğuliyyət halına gələcək.

Qızıl Əsrdə insanlar arasında Quran əxlaqı geniş yayılacağı üçün Allah’ın yaratdığı hər varlıq və hər hadisə insanlarda böyük bir coşğu yaradacaq və bu coşğuları sənətlərində də əks olunacaq. O dövrdə sənət anlayışı çox üstün bir səviyyədə olacaq, şəhər tənzimləmələrində, təşkilatlarda, bağça tənzimləmələrində, sənət və təhsil mərkəzlərində bu üstün sənət anlayışı hər yönüylə özünü göstərəcək. Dünyaya Allah’ın Quran vasitəsilə insana qazandırdığı dərinliklə baxan sənətçilər əsərləriylə hər kəsi heyran buraxacaqlar. Etdikləri hər yenilik, sınadıqları hər iş bənzərsiz olacaq, insanlara heyranlıq dolu bir zövq verəcək.

Ətrafımızda gördüyümüz Allah’ın bənzərsiz yaratma nümunələri bütün sənət sahələri üçün bir ilham qaynağıdır. Bir üzüm budağındakı gözəllik, kəpənəyin qanadlarındakı bənzərsiz rəng uyğunluğu, bir qu quşunun zərifliyi, çiçəklərdəki rəng və qoxu gözəlliyi və ya bir zebranın, pələngin dərisindəki bənzərsiz ahəng bunlardan yalnız bir neçəsidir. Sənət bu gözəllikləri dilə gətirmənin, şərh etmənin, gündəlik həyatın içinə daşımanın ən əhəmiyyətli yollarından biridir. Şəkil, musiqi, dekorasiya kimi bir çox sənət sahəsi də insanın içində yaşadığı bu coşğunu insanlara verə biləcəyi yollardır.

Qızıl Əsr inkişaf etmiş sənət anlayışı baxımından hz. Süleyman dövrü ilə bənzərliklər göstərəcək.

Allah Quranda Müsəlmanların estetika anlayışı ilə bağlı detallar vermişdir. Çox üstün bir sənət anlayışına sahib olduğuna diqqət çəkilən hz. Süleyman bu mövzuda çox əhəmiyyətli bir nümunədir. Hz. Süleymanın Quranda bəhs edilən köşkündə əsl sənət, estetika və gözəllik hakimdir. Şəffaf bir şüşədən olan yer ilk görənə su olduğu təəssüratı verərək, o adamı təəəcübləndirərək pərəstiş etməsinə səbəb olur. Şəffaf bir yer, həm insana ruhən xoş təsir bağışlayan, qəlbə fərəhlik verən bir görünüşdür, həm də bənzərsiz və ilk dəfə görünən bir mənzərə olduğuna görə həyəcan vericidir. Necə ki, hz. Süleymanın sarayındakı bu gözəlliyin Səba Məlikəsinin üzərində meydana gətirdiyi təsir Quranda belə bildirilir:

Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allah’a təslim oldum!” (Nəml surəsi, 44)

Başqa bir ayədə isə hz. Süleymanın yanındakı şəxslərə müxtəlif sənət əsərləri hazırlatdırdığı belə xəbər verilir:

(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır. (Səba surəsi, 13)

Hz. Süleymanın hazırlatdırdığı sənət əsərləri onun üstün sənət zövqünü bizlərə göstərir. Bu gün Qüdsdəki yalnız bir divarı salamat qalan Süleyman Məbədi bir az əvvəl danışdığımız kimi, Quranda diqqət çəkilən və bu gün bütün tarixi sənəd və yazılarda da bəhs edilən, görkəmli bir saray idi. Allah Quranda Müsəlmanlara peyğəmbərlərin həyatlarını, üstün əxlaqlarını örnək götürməyi əmr etmişdir. Hz. Süleymanla bağlı Quranda izah edilənlər möminlər üçün çox əhəmiyyətli bir örnəkdir. Müsəlmanların yer üzünü necə gözəl əsərlərlə təchiz edə biləcəklərini, sənətdə və estetikada necə irəliləyə biləcəklərini göstərmək baxımından əhəmiyyətli bir dəlildir.



Üstəlik zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allah’dan) qorxanlar üçündür. (Zuxruf surəsi, 35)

Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir... (Tövbə surəsi, 72)

Qızıl Əsrdə cənnətə bənzər bir mühit meydana gələcək

Möminlərin cənnətə duyduqları həsrət onların ətraflarını cənnəti xatırladan məkanlara çevirmələrinə vəsilə olur. Cənnət, əlbəttə ki, hər insanın xəyal edə bildiyindən çox üstün sənət əsərlərinə, dünyada heç bir insanın çata bilməyəcəyi qüsursuzluqda görünüşlərə, gözəlliklərə sahib olan bir məkandır. Ancaq Qurana uyğun olan dünyagörüşü dünyadakı bütün imkanları istifadə edərək, buranı əldən gəldiyi qədər çox cənnətə bənzədə bilməyi tələb edir.

Əvvəlcə möminlər Quranın verdiyi təmizlik anlayışını olduqları mühitdə əks etdirəcəklər. İnsanların istifadə etdikləri bütün məkanlar, yollar, ibadətxanalar, əyləncə yerləri, işyerləri, evlər, qısası, hər yer tərtəmiz olacaq. Allah bir ayəsində möminlərə "Paltarını təmizlə. Pislikdən çəkinib uzaqlaş." (Müddəssir surəsi, 4-5) şəklində əmr edir. Bu ayənin gərəyi Qızıl Əsrdə möminlərin geyimlərində görünməmiş bir təmizlik olacaq. Bunun təmin edilməsi üçün lazımlı olan təmizləyici maddələr bütün insanların istifadəsinə veriləcək, bu mövzularda insanlara böyük asanlıqlar təmin ediləcək. İnsanların paltarları və yaşadıqları məkanlar xaricində ətraf mühit təmizliyinə də çox əhəmiyyət veriləcək. Bütün məskunlaşma mərkəzlərində ətraf mühit çirkliliyinə son qoyulacaq, hava çirkliliyinə səbəb olan hər mövzuya həll gətiriləcək.

Bütün bunlarla yanaşı, insanların kütləvi şəkildə istifadə etdikləri yerlərdə də hər cür rahatlıq təmin ediləcək. Məsələn, bütün ibadətxanalarda isti, soyuq suyun davamlı axması, kütləvi nəqliyyat vasitələrində hər kəsin rahatlıqla səfər edə bilməsi təmin ediləcək. Çirkli, murdar qoxulu, sıxlıq mühitlərdə insanların saatlarla əziyyət çəkməsinə mane olan sistemlər inkişaf etdiriləcək. Hətta belə yerlər tamamilə ortadan qaldırıldığı üçün insanlar artıq keçmişdə yaşanan bu çətinlikləri unudacaqlar.

İnsanların ictimai həyatları da son dərəcə zəngin olacaq. Əyləncə mərkəzləri, istirahət etmə sahələri, musiqi dinləmə yerləri, həm yuxarıda danışdığımız kimi tərtəmiz olacaq, həm də insanların ən rahat istifadə edə biləcəkləri şəkildə təşkil ediləcək. Gənclərin getdikləri əyləncə mühitlərində sağlamlığa zərərli heç bir yemək və içki saxlanılmayacaq, hər mühitdə insanların sağlamlığı güdüləcək.

Eyni zamanda heyvan sevgisinə də təşviq ediləcək, hər cür heyvanın rahatlıqla sevilə biləcəyi və araşdırıla biləcəyi mühitlər meydana gətiriləcək. Hətta şir, panter, çita kimi heyvanların öyrədilərək küçələrdə gəzmələri təmin ediləcək. Bununla yanaşı, əqrəb, ilan kimi heyvanların zəhərlərinin elmi metodlarla yox edilməsi sayəsində, bunların da insanlara zərər verməsinə mane olunacaq. Axırzamanda yaşanacaq olan bu mühitə Peyğəmbərimizin (s.ə.v.) bir hədisində belə diqqət çəkilmişdir:

"...insan qoyun və digər heyvanlarına gedin otlayın, deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına almayacaq, ilan və əqrəblər heç kimi sancmayacaq, yırtıcı heyvanlar qapıların qarşısında dayanacaq, heç kimə zərərləri toxunmayacaq..." (Qiyamət Əlamətləri, Pambıq Nəşrləri, s. 245)

Qızıl Əsr cənnəti xatırladan, insanların Allah’ın razılığını və cənnətini ümid edərək yaşadıqları bir dövr olacaq. Başqa sözlə, bu dövrdə insanlar hər yerdə cənnətdəkinə bənzər bir sənət, estetika və gözəllik yaratmağa çalışacaqlar. Allah cənnətdəki mühiti İnsan surəsində bu şəkildə təsvir edir:

və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar. (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. (Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər ) onları (cənnətdəkilərin ) içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək. (Bu elə) bir bulaqdandır ki, (o,) (Cənnətdə) Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan (xidmətçi) cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. (Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən. (İnsan surəsi, 12-20)

Qızıl Əsr Allah’ın insanlara dünyada mümkün ola bilən ən ehtişamlı gözəllikləri və nemətləri təqdim edəcəyi bir dövr olacaq. Bu dövrdə meydana gələcək mühitin gözdə canlandırıla bilməsi üçün cənnətdəki mühiti təsvir edən ayələrə baxmaq kifayətdir.

İzlənmə sayı: 1094