Qızıl Əsr »

20-ci əsr, xüsusilə, də son dörddə biri texnologiyanın inkişafı baxımından dünya tarixində görünməmiş bir sürətə səhnə olmuşdur. Bundan 100 il əvvəl adı belə bilinməyən bir çox texnoloji vasitə həyatımızın imtina edilməz parçaları halına gəlmişdir. Hətta bundan 10 il əvvəlki texnologiya ilə günümüzdəki texnologiya arasındakı fərq xəyal edilə bilməyəcək ölçülərə çatmışdır. Hal-hazırkı inkişaflar bizə Qızıl Əsrdə yaşanacaq olan irəliləmələr haqqında da çox əhəmiyyətli işarələr verir.

Qızıl Əsrdə texnologiya sahəsindəki yeniliklər insanların həyatlarında çox böyük bir rahatlıq və asanlıq təmin edəcək. Qədimdən yalnız xəyal edilə bilən bir çox yenilik texnologiyanın inkişafı sayəsində həyatın hər anına yayılacaq. İnsanlar evlərində, işlərində, məktəblərində bu inkişaflar sayəsində çox böyük asanlıqlar yaşayacaq, rahat, əyləncəli və zövqlü mühitlərə qovuşacaqlar. Ev həyatında kompüterlərin istifadə edilməsi insanlara sürət qazandıracaq. Məsələn, hər cür alver, ağır işlər, təhlükəsizlik, isinmə, ventilyasiya, elektrik, təcili vəziyyət sistemlərinə kompüterlər vasitəsilə nəzarət ediləcək, robotlar bir çox işdə insan gücünün yerini alacaq. İnsanlar evlərində oturarkən, ya da televiziya izləyərkən bütün işlərini robotlar sayəsində, avtomatik əməliyyatlarla icra edə biləcəklər.

Texnologiya dünyanın bütün gözəlliklərini insanların önünə sərəcək, üç ölçülü mühitlərdə, virtual televiziyalarla bir çox yeri gəzmələrini, əyləncələrdə iştirak edə bilmələrini, zəka inkişaf etdirəcək oyunlarla oynaya bilmələrini mümkün edəcək. İnsanlar virtual mühitlərdə bir çox təcrübəni əvvəldən əldə edə biləcək, özlərini inkişaf etdirəcək və əksikliklərini düzəldə biləcəklər. Təhsil sistemi kompüter və internet texnologiyasının inkişafı və daha geniş bir sahəyə yayılmasıyla çox köklü bir dəyişmə göstərəcək.

Nəqliyyat texnologiyasında böyük irəliləyiş olacaq

Qızıl Əsrdə nəqliyyat texnologiyasındakı yeniliklər insanların rahatlığını, təhlükəsizliyini təmin edəcək, zaman itkisini azaldacaq. Yeni inşa edilən yollar və vasitələrlə qəza riski azalacaq, bunun üçün lazım olan hər cür tədbir alınacaq.

Nəqliyyatın böyük bir hissəsi yeraltında olacaq, bu şəkildə görünüşü pozan hər cür detal ortadan qaldırılmış olacaq. Bunun nəticəsində tıxac problemi də ortadan qalxacaq, daha gözəl və estetik bir mühit meydana gələcək. Nəqliyyat vasitələrində istifadə edilən və hava çirkliliyinə səbəb olan yanacaqların yerini qalıq buraxmayan günəş, ya da külək enerjisi kimi yanacaqlar, ya da elektrik alacaq. Beləcə bu şəkildə yaranan narahatlıqlara mane olunacaq.

Səs sürətini aşan təyyarələrdə, qatarlarda və digər çox inkişaf etmiş nəqliyyat vasitələrində insanların ehtiyac duya biləcəyi hər cür rahatlıq təmin ediləcək. Qızıl Əsrdəki bütün bu texnoloji inkişaflar maddi imkanı olan müəyyən bir seqmentin istifadə edə bildiyi vasitələr olmaqdan çıxıb, bütün insanların istifadəsinə veriləcək. İslam əxlaqının yaşandığı bu dövrdə hər kəsə eyni gözəlliklər, eyni imkanlar bərabər olaraq paylanacaq, insanlar arasındakı ayrı-seçkiliklər qəti olaraq ortadan qalxacaq.

Ünsiyyət sahəsindəki yeniliklər insanlığa xidmət edəcək

Qızıl Əsrdə dünyanın dörd bir tərəfindəki insanlarla çox sürətli və çox tez xəbərləşmə təmin edilə biləcək, məlumat mübadiləsi geniş yayılacaq. Xüsusilə də peyklərin xəbərləşmə sahəsində təmin etdiyi asanlıqların bütün insanların istifadəsinə təqdim edilməsiylə xəbərləşmədə çox böyük bir sürət qazanılacaq. Səslə xəbərləşmənin yerini zəng edənlərin həm səsini, həm də üç ölçülü görünüşünü əks etdirən xoloqrafik telefonlar alacaq.

Kompüter və internet texnologiyası dünyada rahatlığa səbəb olacaq

Artıq insan həyatının hər mərhələsində çox böyük asanlıqlar təmin edən kompüter gündəlik həyatda, iş həyatında, şəhər planlamasında, tibbdə, ünsiyyətdə, sənətdə çox böyük bir sürət qazandırır. Qızıl Əsrdə isə bu yeniliklər daha da böyük bir sürət qazanacaq və hər cür yenilik insanlığın xidmətinə təqdim ediləcək.

 Hal-hazırda 20-ci əsrdəki ən vacib yeniliklər arasında sayılan "İnternet şəbəkəsi" də insanlıq tarixində bir cığır açmışdır. Dünyanın dörd bir tərəfindəki insanların saniyələr içində bir-birlərinə çata bilmələri, məlumatlarını paylaşa bilmələri, danışa bilmələri, müzakirə edə bilmələri, qısası, hər şəkildə xəbərləşə bilmələri beynəlxalq internet şəbəkəsi sayəsində mümkün hala gəlmişdir.

Artıq bir şey öyrənmək, bir kitabxanada məlumat axtarmaq, beynəlxalq bir təşkilatın hesabatlarını araşdırmaq, dünyada inkişaf edən hadisələrə, texnoloji inkişaflara və bu mövzudakı izahlara çatmaq insanların yalnız bir neçə dəqiqəsini alır. Beləcə bütün insanların uzun illər araşdırma aparıb, araşdırdıqları məlumatlar heç əmək sərf etmədən insanların istifadəsinə verilmişdir.

Burada çox əhəmiyyətli bir məsələyə diqqət etmək lazımdır. Dünya tarixi araşdırıldıqda, insanlığın heç bir dövrdə belə böyük yeniliklər yaşamadığı görünür. Xüsusilə texnologiya sahəsində 20-ci əsrdə əldə edilən nailiyyətlər keçmiş dövrlərdə olmamışdır. Bundan yalnız 100 il əvvəl bir insana dünyanın bugünki vəziyyəti göstərilmiş olsa, şübhəsiz çox böyük bir qarışıqlıq yaşayardı. Hətta 100 il əvvəl deyil, bundan 15-20 il əvvəl bir insana internet texnologiyasından bəhs edilsə, bunu son dərəcə uzaq, bəlkə 100 il sonra ancaq çatıla biləcək bir inkişaf olaraq qiymətləndirərdi. Bütün bu inkişaflar insanların çox əhəmiyyətli dövrlərə yaxınlaşmaqda olduğunun işarələridir. Görünən odur ki, yaxınlaşmaqda olan Qızıl Əsr hər cür texnologiyanın ən üst səviyyədə tətbiq olunduğu, insanların önünə minlərlə nemətin təqdim edildiyi, son dərəcə ehtişamlı bir dövr olacaq.

İzlənmə sayı: 1697