Qızıl Əsr »

Peyğəmbərimizdən (s.ə.v.) nəql edilən bir çox hədisdə yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına işarə edilir. "Qızıl Əsr" adıyla tanınan bu dövr hədislərdən də aydın olduğu kimi yarım əsrdən çox davam edən "Əsr-i Səadət" ə bənzər bir dövr olacaq.

Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, güvən və ədalətin təmini, dinclik və səadət, hər cür texnoloji inkişafın insanların hüzuru, rahatlığı, sevinci və dincliyi üçün istifadə edilməsi, ehtiyac içində olan kimsənin qalmaması, istəyənə istədiyindən sayılmadan, qat-qat çox verilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir. Hədislərdə o dövrdə "silahların susacağı"nın bildirilməsi bu dövrdə yer üzünün barışla dolacağının müjdəsidir. Qızıl Əsrdə əvvəldən aralarında kin-küdurət olan xalqlar arasında çox böyük bir qardaşlıq yaşanacaq, hər cür döyüşün yerini barış, dostluq və sevgi alacaq.

Texnoloji inkişaflar axır zamanın bu dövründə son həddə çatacaq, insanlar texnologiyanın bütün nemətlərindən mümkün qədər çox faydalanacaqlar. Tibbdə, əkinçilikdə, kommunikasiyada, sənaye texnologiyasında, nəqliyyatda çox böyük inkişaflar yaşanacaq, davamlı yeni görüşlər, fikri axınlar yaranacaq. Hər yeni görüş bir başqasına liderlik edəcək, inkişaflar çox böyük bir sürət qazanacaq.

Sənətdə çox böyük nailiyyətlər olacaq, musiqidə, teatrda, rəssamlıqda bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allah’a olan imanın insanlara verdiyi geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə liderlik edəcək. İnsanlar Qızıl Əsrdə həyatlarından o qədər məmnun olacaqlar ki, bir hədisin ifadəsinə görə "zamanın necə keçdiyinin fərqinə varmayacaqlar, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allah’dan ömürlərinin uzadılmasını" istəyəcəklər. Peyğəmbərimizin (s.ə.v.) başqa bir sözündə axır zamandakı mühit bu şəkildə təsvir edilir:

"… Kiçiklər kaş ki mən böyük olsaydım, böyüklər də kaş ki mən kiçik olsaydım deyərlər... Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər." (Kitab-ül Bürhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 17)

İzlənmə sayı: 1070