Hz. İsa axırzamanda yer üzünə qayıdacaq »

Hz. İsanın Allah Qatından dünyaya yenidən göndərilməsi şübhəsiz insanlıq tarixində çox az adama nəsib ola biləcək ilahi bir müjdədir. O, Allah’ın bütün insanlara "qurtarıcı" olaraq göndərdiyi mübarək bir insandır. Necə ki, dünyadakı qarışıqlıq və zülm mühitinin artdığı dövrlərdə insanlar daim Allah’dan bir "yardımçı" tələb etmişlər; Allah da onlara razılıq etmişdir:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruş-mursunuz? (Nisa surəsi, 75)

Daha əvvəl də ifadə etdiyimiz kimi, içində yaşadığımız dövrdə bizlər üçün bu qurtarıcı Quran əxlaqının hakimiyyətidir. Hz. İsa gəldiyi dövrdə isə Allah’ın əmr etdiyi bu əxlaqı sahiblənəcək, onu dünya üzərindəki bütün insanlara çatdırmaq üçün səy göstərəcək.

Bu mübarək dövrü və insanı gözləyən şəxslərin öhdəsinə düşən; hz. İsa, necə ki bütün möminləri sahiblənəcəksə, onu sahiblənmələri, ona tabe olub, özünün dəstəkçisi və müdafiəçisi olmaları, ilk gəlişində olduğu kimi, "Allah yolunda mənim köməkçilərim kimdir?" sualını qəti bir şəkildə təkrar özünə verdirmələridir. Əks halda, bunu tətbiq etməyən şəxslər dünyada və axirətdə sonsuz bir peşmançılıq və çox kədərli bir əzabla qarşılaşacaqlar. Allah’ın Quranda nankorluq edən qullarına yönəltdiyi xəbərdarlığı son dərəcə açıqdır:

Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca (məhv edib) əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyənlər! (Muminun surəsi, 44)

Digər tərəfdən onu izləyənlər, qəlbən müdafiə edib dəstəkləyənlər və onun əxlaqıyla əxlaqlananlar isə Allah’ın razılığını, rəhmətini və sonsuz cənnətini ümid edirlər. Bu da Allah’ın iman gətirənlərə qəti bir vədi və müjdəsidir:

... və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allah’ın aydın ayələrini sizə oxuyan bir elçi (göndərmişdir). Hər kəs Allah’a iman gətirib saleh əməl işləsə, (Allah) onu içində əbədi qalacağı (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi nəsib etmişdir. (Talaq surəsi, 11)

Dilədiyi qullarını belə böyük bir hadisə ilə şərəfləndirən və axirətləri üçün bu böyük fürsəti yaradan Allah’a şükrlər olsun.

Göndərilmiş (peyğəmbər)lərə salam olsun.

Və aləmlərin Rəbbi olan Allah’a həmd olsun. (Saffat surəsi, 181-182)

İzlənmə sayı: 824