Hz. İsa axırzamanda yer üzünə qayıdacaq »

Quranda peyğəmbərlərin ölümlərinin bəhs edildiyi qissələrdə hz. İsanın ölümünün izah edildiyi ayələrin araşdırılması hz. İsanın ölümüylə bağlı mühüm bir həqiqəti ortaya çıxarır. Bu hissədə hz. İsanın və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəbcə qarşılıqlarını və Quran ayələrində nə şəkildə istifadə edildiklərini araşdıracağıq.

Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsiylə bağlı olaraq istifadə edilən sözlər irəlidə daha təfsilatlı şəkildə görəcəyimiz kimi "katele (öldürmək), mata (ölmək), haleke (həlak olmaq), sələbə (asmaq)" ya da bir neçə xüsusi sözdür. Halbuki, hz. İsa üçün Quranda çox açıq bir ifadəylə, "Onu öldürmədilər (ma katelehu) və asmadılar (ma salebuhu)" ifadəsi istifadə edilərək heç bir öldürmə şəkliylə öldürülmədiyi vurğulanır. Hz. İsanın bir bənzərinin göstərildiyi və onun Allah Qatına yüksəldildiyi bildirilir. Ali İmran surəsində isə hz. İsanı Allah’ın vəfat etdirəcəyi və onu Öz Qatına yüksəldəcəyi bildirilmişdir:

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm." (Ali İmran surəsi, 55)

Quranda ölüm mənasını bildirən sözlərin və Ali İmran surəsində keçən "vəfat etdirmə" sözünün istifadə şəkilləri belədir:

1) TƏVƏFFA: VƏFAT ETDİRMƏ

Ayədə keçən "vəfat" sözünün qarşılığı türkcədə istifadə edilən ölmə mənasından fərqli mənalardadır. Ayələrin ərəbcə qarşılıqlarının araşdırılması hz. İsanın bildiyimiz mənada ölmədiyini ortaya qoyur. Maidə surəsinin 117-ci ayəsində ölüm hadisəsi bu şəkildə qeyd olunur:

"Mən onlara mənə əmr etdiklərinin xaricində heç bir şeyi söyləmədim. (O da bu idi:) Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allah’a qulluq edin. Onların içində qaldığım müddətcə, mən onların üzərində bir şahidəm. Məni vəfat etdirdikdə (təvəffəytəni), üzərlərindəki müşahidə edici Sən idin. Sən hər şeyin üzərində şahid olansan."

Bu ayələrdə keçən və türkcə tərcümələrdə öldürmə, ya da vəfat etdirmə olaraq çevrilən söz ərəbcədə "təvəffa" kökündən törəmişdir və bu söz ölüm mənasında deyil, "canın alınması" mənasını verir. İnsanın canının alınmasının isə hər zaman ölüm mənasına gəlmədiyi yenə Quranda bizə bildirilir. Məsələn "təvəffa" sözünün keçdiyi bir ayədə insanın ölümündən deyil, yuxuda canının alınmasından bəhs edilir:

Sizi gecə vəfat etdirən (teveffakum) və gündüz "nələr etdiyinizi" bilən, sonra adı qoyulmuş əcəl dolana qədər sizi dirildən Odur... (Ənam surəsi, 60)

Bu ayədə "vəfat etdirmə" olaraq tərcümə edilən söz ilə, Ali İmran surəsinin 55-ci ayəsində istifadə edilən söz eynidir, yəni hər iki ayədə də "təvəffa" sözü keçir. İnsanın gecəki vəziyyəti ölüm olmadığına görə yuxarıdakı ayədə istifadə edilən "təvəffakum" sözünün ölümü nəzərdə tutmadığı, doğru tərcümənin "gecə canlarınızı alan" şəklində olduğu aydın olur. Aşağıdakı ayədə isə həmin söz bu şəkildə istifadə edilir:

Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır... (Zumər surəsi, 42)

Bu ayədən də aydın olduğu kimi, Allah yatan insanın canını alır, amma haqqında ölüm qərarı verilməmiş olanı əcəli gələnə qədər təkrar yollayır. Bu halıyla insan bildiyimiz mənada ölmür. Yalnız keçici bir müddət üçün ruhu bədənindən ayrılmış fərqli bir ölçüyə girmiş olur. Oyanacağı zaman isə təkrar ruhu bədəninə qaytarılır.

Prof. dr. Süleyman Atəş də təfsirində "təvəffa" sözünü bu şəkildə açıqlamışdır:

Təvəffinin yuxu mənasında istifadə edildiyini söyləyənlərə görə -ki əksəriyyət bu fikirdədir- ayənin təfsiri "Səni yatırdacağam" şəklindədir. Nəticə olaraq hz. İsanın yuxudakına bənzər bir vəziyyətə gələrək Allah Qatına yüksəldildiyini, hadisənin bildiyimiz ölüm olmadığını, yalnız bu ölçüdən bir ayrılma olduğunu söyləyə bilərik. (Doğrusunu ən yaxşı Allah bilər.) (Prof. dr. Süleyman Atəş, Uca Quranın Müasir Təfsiri, Cild 2, Syf: 49-50)

2) KATƏLƏ: ÖLDÜRMƏK

Quranda ölüm mövzusu izah edilərkən ümumiyyətlə istifadə edilən söz ərəbcədə "öldürmək" mənasına gələn "katələ" sözüdür. Mömin surəsində "katələ" sözü bu şəkildə istifadə edilir:

Firon dedi ki: "Buraxın məni, Musanı öldürüm (aktul) da o (getsin) Rəbbinə yalvarıb-yaxarsın... (Mömin surəsi, 26)

Ayədə keçən "Musanı öldürüm" ifadəsinin ərəbcəsi "aktul Musa" şəklindədir. Bu söz katələ felindən törəmişdir. Başqa bir ayədə isə həmin söz bu şəkildə istifadə edilir:

... Peyğəmbərləri haqsız yerə öldürmələrindən idi (yaktulunə)... (Bəqərə surəsi, 61)

Ayədə keçən "öldürmələrindən idi" sözünün ərəbcəsi "yaktulunə" şəklindədir və yenə eyni şəkildə katələ sözündən törəmişdir. Və tərcümədə də açıq ifadə edildiyi kimi "öldürmək" mənasındadır.

Aşağıda peyğəmbərlərin ölümünü açıqlayan bəzi ayələrdə "katələ" felinin hansı şəkildə istifadə edildiyi ifadə olunur. Mötərizə içində mənaları bildirilən bütün sözlərin feli kökləri KATƏLƏDİR:

... Onların bu sözlərini və peyğəmbərləri haqsız yerə öldürmələrini (katləhum) yazacağıq... (Ali İmran surəsi, 181)

... Böyüklük göstərərək bir qisminiz onu yalanlayacaq, bir qisminiz də onu öldürəcəksinizmi? (taktulunə) (Bəqərə surəsi, 87)

... De ki: "Əgər inanırdınızsa, daha əvvəl niyə Allah’ın peyğəmbərlərini öldürürdünüz?" (taktulunə) (Bəqərə surəsi, 91)

Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənlər (yaktulunə) və insanlardan ədaləti əmr edənləri öldürənlər; (yaktulunə)... (Ali İmran surəsi, 21)

... Əgər, siz haqlı idinizsə, o halda onları niyə öldürdünüz?" (katəltumuhum) (Ali İmran surəsi, 183)

... Demişdi ki: "Səni mütləq öldürəcəyəm"... (Lə aktulənnəkə) (Maidə surəsi, 27)

"Əgər məni öldürmək (taktuləni) üçün mənə əl qaldırsan, mən səni öldürmək (aktuləkə) üçün sənə əl qaldıran deyiləm... (Maidə surəsi, 28)

"Öldürün (uktulu) Yusufu və ya onu bir yerə atıb-buraxın..." (Yusuf surəsi, 9)

Fironun arvadı dedi ki: "Mənim üçün də, sənin üçün də bir göz bəbəyi; onu öldürməyin... (la taktulu) (Qəsəs surəsi, 9)

" “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edir­­lər..." (Qəsəs surəsi, 20)

Bundan sonra qövmünün (İbrahimə) cavabı yalnız: "Onu öldürün (uktuluhu), ya da yandırın" demək oldu... (Ənkəbut surəsi, 24)

3) HALƏKƏ: ÖLMƏK

Quranda öldürmə hərəkəti üçün istifadə edilən başqa bir söz isə "haləkə" felidir. Haləkə sözü ayələrdə "həlak olmaq, ölmək" mənalarında istifadə edilir. Məsələn, Mömin surəsinin 34-cü ayəsində bu şəkildə keçir:

... Sonda o, vəfat edincə, (haləkə) dediniz ki; "Allah, ondan sonra qəti olaraq bir elçi göndərməz... (Mömin surəsi, 34)

Ayədə, türkcəyə "vəfat edincə" olaraq çevrilən ifadənin ərəbcəsi "izə hələkə" şəklindədir və bu sözün mənası da ölməkdir.

4) ƏL MƏVTƏ: ÖLÜM

Quranda peyğəmbərlərin ölümüylə bağlı olaraq istifadə edilən başqa söz isə "əl məvtə" sözüdür. Məvtə sözü ayələrdə "ölmək" mənasında istifadə edilir. Bunlardan biri Səba surəsində hz. Süleyman ilə bağlı olaraq bildirilir:

Beləcə onun (Süleymanın) ölümünə (əl məvtə) qərar verdiyimiz zaman, ölümünü (məvtihi) onlara əsasını yeməkdə olan bir ağac qurdundan başqası xəbər vermədi... (Səba surəsi, 14)

Eyni mənbədən gələn başqa istifadə isə hz. Yəhya ilə bağlı olaraq istifadə edilir:

... Ona salam olsun; doğulduğu gün, öləcəyi gün (yemi idi) və diri olaraq yenidən-qaldırılacağı gün də. (Məryəm surəsi, 15)

Bu ayədə "öləcəyi" şəklində çevrilən sözün ərəbcəsi "Yəmutu" sözüdür. Həmin söz hz. Yaqubun ölümü ilə bağlı ayələrdə də keçir. Bəqərə surəsində bu şəkildə keçir:

Yoxsa siz, Yaqubun ölüm anında (əl məvtə) orada şahidlər idinizmi?.. (Bəqərə surəsi, 133)

Bu ayədə keçən "əl məvtə" sözü də yenə eyni kökdən gəlir və ölüm mənasında istifadə olunur.

Hz. Məhəmməd ilə bağlı bir ayədə isə "katələ" və "məvta" felləri eyni anda istifadə edilir:

Məhəmməd yalnız bir elçidir. Ondan əvvəl nə qədər elçilər gəlib-keçmişdir. İndi o ölsə (məvta), ya da öldürülsə, (kutilə) siz topuqlarınız üzərində geriyə qayıdacaqsınız?... (Ali İmran surəsi, 144)

Məvta (ölmək) kökündən gələn məvt sözü yenə peyğəmbər ölümlərinin izah edildiyi başqa ayələrdə də keçir:

... Dedi ki: "Kaş ki bundan əvvəl ölsəydim də (mittu), yaddaşlardan silinib unudulsaydım." (Məryəm surəsi, 23)

Səndən əvvəl heç bir bəşərə ölümsüzlüyü (əl huldə) vermədik; indi sən ölsən (mittu) onlar ölümsüzmü qalacaqlar? (Ənbiya surəsi, 34)

"Məni öldürəcək (yumituni), sonra dirildəcək olan da Odur," (İbrahim peyğəmbər) (Şuəra Surəsi, 81)5)

XALİD: ÖLÜMSÜZ

Ayələrdəki ölümsüzlüyü ifadə edən  başqa bir söz isə "xalid" sözüdür. Xalid sözünün mənası qalıcı olmaq, gələcəyi davam etmək şəklindədir. Ənbiya surəsində "xalid" sözü bu şəkildə istifadə edilmişdir:

Biz onları, yemək yeməyən cəsədlər etmədik və onlar ölümsüz (halidiynə) deyildilər. (Ənbiya surəsi, 8)6)

SƏLƏBƏ: ASMAQ

Quranda peyğəmbərlərin ölümləri izah edilərkən istifadə edilən sözlərdən biri də sələbə (asmaq) felidir. Sələbə feli "asmaq, çarmıxa çəkmək və edam etmək" kimi mənalardadır. Bu fel ayələrdə bu şəkildə istifadə edilir:

... Halbuki, onu öldürmədilər və onu asmadılar (ma sələbi) ... (Nisa surəsi, 157)

... Biri əfəndisinə şərab içirəcək, digəri isə asılacaq (yusləbi)... (Yusuf surəsi, 41)

... Ancaq öldürmələri, asılmaları (yusalləbu)... (Maidə surəsi, 33)

... Şübhəsiz əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm və hamınızı edam edəcəyəm (usallibənnəkum)... (Əraf surəsi, 124)

... Sizin əllərinizi və ayaqlarınızı çarpaz olaraq kəsəcəyəm və sizi xurma budaqlarına asacağam (usallibənnəkum)... (Taha surəsi, 71)

... Ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizin hamınızı həqiqətən asacağam (usallibənnəkum). (Şuəra surəsi, 49)

Ayələrdə də göründüyü kimi, hz. İsanın vəfatıyla digər peyğəmbərlərin ölümlərinin qeyd edildiyi ayələr bir-birindən çox fərqli sözlərlə ifadə edilir. Allah Quran ayələrində hz. İsanın öldürülmədiyini, asılmadığını, insanlara onun bir bənzərinin göstərildiyini, onu vəfat etdirdiyini (yəni yuxudakı kimi canını aldığını) və Öz Qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa üçün "canını almaq" mənasına gələn "Təvəffa" feli istifadə edilərkən, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən katələ, ya da məvt kimi ifadələr istifadə edilir. Bu məlumatlar isə bizə hz. İsanın vəziyyətinin qeyri-adiliyini bir daha göstərir.

Nəticə olaraq hz. İsanın yuxudakına bənzər bir vəziyyətə gətirilərək Allah Qatına yüksəldildiyini, hadisənin bildiyimiz ölüm olmadığını, yalnız bu ölçüdən bir ayrılma olduğunu söyləyə bilərik. (Doğrusunu ən yaxşı Allah bilər.)

İzlənmə sayı: 2182