Axırzaman və Hz. Mehdi (ə.s.) əlamətləri »

"Hz.Mehdi eynilə hz.Zülqərneyn və hz.Süleyman kimi dünyaya hökm edəcək."
(Əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)


Göründüyü kimi, bu hədis Quranda bəhs olunan hz.Zülkarneyn və hz.Süleyman qissələrini hz.Mehdi mövzusu ilə bağlı olaraq araşdırmalı olduğumuza işarə edir.

Aşağıdakı hədislərlə də Kəhf və Talut qissələrində axırzamana baxan çox əhəmiyyətli işarələr olduğu xəbər verilir. Peyğəmbərimiz axırzaman və hz.Mehdi bağlı hədislərini müxtəlif şəkildə izah edə bilərdi. Ancaq burada verilən nümunələrdə də göründüyü kimi, xüsusilə Quran qissələri ilə əlaqə quraraq izah etməsi araşdırdığımız mövzuya çox güclü dəlil təşkil edir. Peyğəmbərimiz belə buyurur:

"Əshabi-Kəhf hz.Mehdinin köməkçiləri olacaq."
(Kitab ul Burhan Fi Əlamət-el Mehdiyy el Axır Zaman, s. 59)


"Hz.Mehdinin köməkçilərinin sayı Talut ilə çayı keçənlər qədərdir."
(Kitab ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axırzaman, s. 57)

Bu nöqteyi-nəzərdən tədqiq edildikdə Quranda İslam əxlaqının yer üzünə hakim olacağı bir dövrün varlığına işarə edən bir çox ayə olduğu məlum olur.

İzlənmə sayı: 1292