Quranda qiyamət əlamətləri »
Dabbə: heyvan, canlı. “Dəbbə” kökündən törəmiş isimdir. “Dəbbə” yavaş yerimək, qıvrılmaq deməkdir. Heyvanlar və həşəratlar üçün isdifadə edilir. Bununla yanaşı, içkinin bədənə yayılması və çürük bir şeyin ətrafına sirayət etməsi kimi hərəkəti gözlə hiss edilməyən şeylər üçün istifadə edilir.

Quranda “dəbbə”  kəlməsinin istifadə edildiyi bir çox ayə var. Ancaq axırzamanda baş verən bu xüsusi hadisəni izah edən tək ayə “Nəml” surəsinin 82-ci ayəsidir. “Dəbbə”nin bu ayədə ifadə edilən xüsusiyyətini təhlil etdiyimizdə bu həqiqətləri görürük:


1. Dabbə “dəbb” edən, yəni hərəkətli, canlı varlıqdır

2. Dabbə yerdən, torpaqdan hazırlanır

3. Dabbə “danışan” və müəyyən bir xəbər verən bir şey və ya varlıqdır. Bu danışması isə bütün insanlara və bəşəriyyətə yönəlib.


Məşhur təfsirçi Almalılı Həmdi Yazarın ifadə etdiyinə görə,dəbbə sözü daha çox canlı heyvanlar üçün istifadə olunsa da "dəbbə" sözü əslində lüğətdə "mâyedübbü", yəni asta gedən, büzülən kimi açıqlanır. Bu halda qatar, avtomobil, velosiped kimi avtomatik şeylər üçün də istifadə edilə bilər.

Dabbə haqqında bu məlumatları bütöv olaraq qiymətləndirdiyimizdə, "Dabbetül-Ərz"in müasir texnologiyanın məhsulu olan televiziya olduğunu söyləyə bilərik. Bundan başqa, "dəbbə" sözünün ərəbcə "nekire"mənasında, yəni qeyri-müəyyən söz formasında istifadə edilməsi, bunun bilinməyən, tanınmayan bir varlıq olduğunu göstərir.

Almalılı Həmdi Yazır bu məqama belə diqqət çəkir:

"Bu ayədə"dəbbə" deyə nekrə (qeyri-müəyyən ad) kimi istifadə edildiyindən bunun bildiyimiz dâbbələrdən tam fərqli birdəbbə olması güman edilir ..."

Elmalılı Hamdi Yazır kimi təfsirçilərdən başqa, bəzi lüğət yazıçıları da sözün mənası olaraq "dəbbə" nin hərəkət edən hər cür texniki aləti də ifadə etdiyini bildirmişlər. Belə ki, televiziya da hərəkətləri və hərəkətli görüntüləri ötürən, tezliklərlə məlumat axışını təmin edən texniki alətdir. Ən əhəmiyyətlisi isə axırzamanın əlamətlərindən olan bu yerdən hazırlanmış "dəbbə" nin "insanlarla danışması" dır. Televiziya da hər şeydən çox bu mənada, ayədəki mənası ilə təcəlli edir. Dünyada televiziyanın olmadığı hər hansı bir ölkə, millət, cəmiyyət, demək olar ki, yoxdur. Müasir texnologiyanın məhsulu olan televiziya hər cəmiyyətə öz dili ilə xitab edir.

Son olaraq, "dəbbə" nin ayədə ifadə edilən əsas xüsusiyyəti də onun yerdən çıxarıldığı və ya "yerdən hazırlanmış" olduğudur. Televiziyanın da bütün parçaları (şüşə ekranı, metal parçası, və s) yerdən, torpaqdakı elementlərdən meydana gəlir.

Göstərilən "dəbbə" nin televiziya olduğu barədə fikirimizi təsdiq edən bir başqa məqam da "dəbbə" nin "elə ən-nas" yəni "insanlığa" səsləndiyi formasında olduğudur. Televiziya quruluşuna görə eyni anda bütün insanlığa mesaj verən bir cihazdır.

Yenə son dövrlərdə, "dabbeten minelard" ın mahiyyəti çox müzakirə edilmiş, bəzi müsəlman elm adamları "dəbbə" nin  xəbərdaredici xüsusiyyətinə görə bir insan ola biləcəyini söyləmişlər. Ancaq bunu xatırlatmalıyıq ki, ayədə ifadə edilən "insanları xəbərdar etmə" vəzifəsi insanlar tərəfindən yerinə yetirilsə idi, bu insanların bütün dünyaya mesajlarını çatdırması yenə televiziya vasitəsilə baş verərdi. Bu vəziyyət də - insan ya da adam sözünün deyil də, "dəbbə" sözünün istifadə edilmiş olduğunu göz önünə alsaq belə-ayədə haqında danışılanın bir adam deyil, televiziya kimi bir texniki alət ola biləcəyi fikrini dəstəkləyir.

Burada "dəbbə" ilə bir insanın nəzərdə tutulmadığını ortaya qoyan bir başqa məqam da budur: Ayədə bəhs edilən "dəbbə" nin işi insanlara "Allahın ayələrinə inanmadıqlarını söyləmək" dir. Halbuki bu, demək olar ki, bütün müsəlmanların, şərtlər meydana gəldiyində etdikləri bir xəbərdarlıqdır. Bunun xüsusilə xatırladılması "dəbbə" nin sıravi bir insan, ya da "canlı" olmadığını göstərir. (Ən doğrusunu Allah bilir)

İzlənmə sayı: 1250