Quranda qiyamət əlamətləri »

İnsanların əksəriyyəti qiyamət saatı haqqında məlumata sahibdirlər. Onlar qiyamət saatının dəhşətindən az və ya çox xəbərdardırlar. Buna baxmayaraq, insanların belə həyati mövzuda göstərdikləri ortaq münasibət var. Qiyamət haqqında düşünmək və ya danışmaq istmirlər. Qiyamət saatı gəldiyində yaşanacaq qorxunu ağıllarına gətirməmək üçün ciddi cəhd göstərirlər. Qəzetdə oxuduqları təbii fəlakət xəbərinin və ya o fəlakəti göstərən filmin özlərinə qiyaməti xatırlatmasına belə dözə bilmirlər. O günün mütləq yaşanacaq böyük həqiqət olduğunu düşünməkdən qaçırlar. Bu mövzuda danışan insanları dinləmək, bu böyük günü təsvir edən yazıları oxumaq istəmirlər. Bunlar qiyamət düşüncəsinin gətirdiyi qorxudan qaçmaq məqsədi ilə istifadə etdikləri üsullardan bəziləridir.

Əksər insan da qiyamət saatının reallaşacağına ciddi mənada ehtimal verməz. Bunun nümunəsini “Kəhf” surəsində zəngin bağ sahibinin ifadələrində də görürük:
O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”(Kəhf surəsi, 36)

Bu ifadələrdə Allaha inandığını söyləyən, lakin qiyamət həqiqətini düşünməyən, üstəlik ayələrə zidd fikirlər irəli sürənlərin zehniyyətləri gözlər önünə sərilir.

Başqa bir ayədə də qiyamət saatı ilə əlaqədar olaraq şübhəyə qapılan inkarçılardan belə bəhs edilir:
(Sizə): “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz (buna) əmin deyilik!”– deyirdiniz”. (Casiyə surəsi, 32)
Bir qisim insanlar da qiyamət saatını tamamilə inkar edirlər. Onlar barədə Quranda bu şəkildə bildirilmişdir:

Lakin onlar Qiyaməti dəyalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq.(Furqan surəsi, 11)

Həqiqəti öyrənmək məqsədi ilə bizlərə yol yöstərici tək mənbə olan Qurana baxdığımızda bunlarla qarşılaşırıq. Qiyamət haqında özlərini aldadan insanlar böyük səhv edirlər. Çünki Allah ayələrində  qiyamət saatının yaxın olduğunu və bu mövzuda heç bir şübhəyə yer olmadığını xəbər verir:

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur...(Həcc surəsi, 7)

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir.(Hicr surəsi, 85)

O Saat mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur.(Ğafir surəsi, 59)

Quranın qiyamətlə bağlı vəhy olunduğu ayələrin üzərindən 1400 ilə qədər uzun müddət keçdiyini, bu müddətin də bir insan həyatı ilə müqayisədə uzun olduğunu düşünə bilərlər. Ancaq Qiyamət dünyanın, günəşin, ulduzların, qısacası, bütün kainatın sonudur. Kainatın milyardlarla illik keçmişi göz önünə alındığında, on dörd əsrlik zaman müddətinin çox qısa olduğu qətidir.

Son dövrlərin ən böyük İslam alimi sayılan Bədiüzzaman Səid Nursi də oxşar bir suala hikmətli  təşbeh ilə belə cavab vermişdir:
Quran “qiyamət yaxındır” deyə fərman verir. Bu qədər il keçdikdən sonra gəlməməsi yaxınlığına zərər verməz. Beləliklə, qiymət dünyanın əcəlidir. Dünyanın ömrünə nisbətən min və ya iki min il, bir ilə nisbətən bir- iki gün və ya bir- iki dəqiqə kimidir. Qiyamət saatı yalnız insaniyyətin əcəli deyil ki, onun ömrü ilə müqayisə edilib uzaq görülsün.

(Bediüzzaman Said Nursi, Sözler, Yeni Asya Neşriyat, 1990, s.318, İsmail Mutlu, Kıyamet Alametleri, Mutlu Yayıncılık, İstanbul, 1996, s.214)

İzlənmə sayı: 1733